Qanunvericilik › Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 40

Maddə 40. Müalicə sağlamlaşdırma yerlərinin və kurortların mühafizəsi

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Təbii müalicə amillərinin və təbii resursların mühafizəsi məqsədi ilə müalicə-sağlamlaşdırma yerlərinin və kurortların ətrafında sanitariya mühafizə zonaları müəyyən edilir.

Müalicə sağlamlaşdırma yerlərinin və kurortların ərazisində, eləcə də onların ətrafında yaradılan sanitariya mühafizə zonalarında xəstəliklərin profilaktikası və müalicəsi, əhalinin istirahəti, habelə təbii müalicəvi resursların mühafizəsi müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

Müəyyən edilmiş sanitariya rejimi ilə əlaqədar, torpaq sahələrinin təsərrüfat dövriyyəsindən tam çıxarılması nəzərdə tutulduğu hallar istisna edilməklə, sanitariya mühafizə zonalarının hüdudlarında olan torpaq sahələri torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən geri alınmır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver