Fiziki və hüquqi şəxslər elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən istifadəni ödənişli əsaslarla həyata keçirirlər.
Xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində elmi, mədəni-maarif, tədris, xidmət, turizm və rekreasiya fəaliyyətini həyata keçirmək üçün bina və qurğuların fiziki və hüquqi şəxslərə verilməsinə, bu Qanunla nəzərdə tutulan hallar istisna olmaqla, müəyyən edilmiş qaydada və ödənişli əsaslarla yol verilir.