Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarələrin xüsusi fondları və vəsaitləri ola bilər. Bu fondların və vəsaitlərin yaradılması və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Xüsusi mühafizə olunan təbiət əraziləri üçün nəzərdə tutulmuş məqsədli ayırmalardan, onların xüsusi vəsaitlərindən və fondundan bu ərazilərin saxlanılması və inkişafı ilə bağlı olmayan məqsədlər üçün istifadə edilməsi qadağandır.