Qanunvericilik › Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Yanğın təhlükəsizliyi sahəsində maliyyə və maddi-texniki təminat

Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yanğın təhlükəsizliyinə dair dövlət və regional proqramlar üzrə məqsədli maliyyə təminatı dövlət büdcəsində ayrıca sətirdə göstərilməklə planlaşdırır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu vəsaitdən təyinatı üzrə istifadə edir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın təhlükəsizliyini həyata keçirən qurumlarının (müqavilələr əsasında yaradılan bölmələrdən başqa), yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris müəssisələrinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğından mühafizə xidmətini həyata keçirən qurumunun müqavilə əsasında yaradılmış bölmələri onları yaradan müəssisələrin vəsaiti hesabına, zərurət olduqda isə həmçinin qanuna zidd olmayan digər maliyyələşmə mənbələri hesabına saxlanılır.

Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğından mühafizə xidmətini həyata keçirən qurumunun şəhər (rayon) hissələri (bölmələri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır. Yaradılacaq hissələrin (bölmələrinin) minimum sayı əhalinin hər 1000 nəfəri üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğından mühafizə xidmətini həyata keçirən qurumunun şəxsi heyətinin bir vahidi hesabı ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında maddi-texniki təminat Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və normada həyata keçirilir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində təxirəsalınmaz tədbirlərin maliyyələşdirilməsi üçün, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən işlər istisna olmaqla, digər mənbələr hesabına maliyyələşdirilən bina və qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna olmaqla) tikintisi, yenidən qurulması və genişləndirilməsi işlərinin ümumi smeta dəyərinin 0,5 faizi məbləğində müvafiq icra hakimiyyəti orqanının hesabına məcburi ayırmalar ödənilir.

IV fəsil

Azərbaycan Respublİkasının müvafİq İcra hakİmİyyətİ orqanının müvafİq qurumlarında xİdmət

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver