Qanunvericilik › Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının şəxsi heyəti

Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının şəxsi heyəti sıravi və rəis ştat vəzifələrində olan əməkdaşlardan ibarətdir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının şəxsi heyətində onlar üçün kadrlar hazırlayan və onların ixtisasını artıran yanğın-texniki tədris müəssisələrinin müəllimləri, dinləyiciləri və müdavimləri də daxildirlər.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının şəxsi heyətinə özünün təhsilinə, sağlamlıq vəziyyətinə, fiziki hazırlığına və digər şəxsi keyfiyyətlərinə görə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyə qadir olan həqiqi hərbi xidmət və ya alternativ xidmət (əmək mükəlləfiyyətı) keçmiş kişilər və azı 18 yaşı olan qadınlar — Azərbaycan Respublikası vətəndaşları qəbul edilirlər.

Əvvəllər cinayət törətdiklərinə görə məhkum edilmiş şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında xidmətə qəbul oluna bilməzlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver