Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-106/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADI Açar sözlər: xarici məhkəmələrin qətnamələrinin tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, MÜƏYYƏN ETDI:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq Baş Idarəsinin 2026-cı il ## ##### tarixli məktubu ilə, Türkiyə Respublikası Istanbul Anadolu 20 Ailə Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs nümayəndəsi Nümayəndə ərizəsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuşdur.
2. Məhkəmə kollegiyası məruzəçini dinləyib, ərizədə qoyulan dəlilləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir.
3. Belə ki, Türkiyə Respublikası Istanbul Anadolu 20 Ailə Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə X1 ilə Barəsində məhkəmə tapşırığı verilən şəxs arasında olan nikah pozulmuşdur.
4. Tanınmaya dair məhkəməyə etiraz daxil olmamışdır.
5. Ərizəçinin xarici dövlətin qətnaməsinin tanınması tələbinin hüquqi əsaslarını təşkil edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 462-ci maddəsinə görə, xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.
6. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri dedikdə, mülki işlər və iqtisadi mübahisələr üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, arbitraj məhkəmələrinin qətnamələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.
7. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən, xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.
8. Məcəllənin 470.1-ci maddəsinə əsasən, əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.
9. “Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il tarixli 5 oktyabr Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il ## #### tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, mülki prosessual qanunvericiliyin və Beynəlxalq Müqavilənin tələblərinə əsasən, xarici dövlətin məhkəmə qərarı Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən tanınarkən həmin qərarın Azərbaycan Respublikasının qüvvədə olan hər hansı qanununa və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsiplərinə uyğun olub-olmaması yoxlanılmalıdır. ... Məhkəmələr xarici ölkələrin məhkəmə qərarlarının tanınması daxil olmaqla hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il ## ###### tarixli Qərarı).
10. MPM-in istinad edilən müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun nümayiş etdirdiyi hüquqi mövqedən göründüyü kimi tanınması tələb olunan qərar Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmirsə, onun tanınmasına yol verilir.
11. Hazırda baxılan ərizə üzrə tanınması tələb edilən məhkəmə qətnaməsi Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmir. Qətnamə qanuni qüvvəyə minmişdir.
12. Məhkəmə kollegiyası yuxarıda sadalanan mülki prosessual normaların tələblərini hazırkı məsələyə tətbiq edib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Türkiyə Respublikası Istanbul Anadolu 20 Ailə Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı Azərbaycan Respublikasının qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından, vəsatət təmin edilməli, sözügedən qərar Azərbaycan Respublikasında tanınmalıdır.
13. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 459, 462-465, 469-473-cü maddələrini rəhbər tutaraq,
QƏRARA ALDI:
Ərizə təmin edilsin.
Qərardad qəbul edildiyi andan qüvvəyə minir.