Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-109/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Məhkəməsi Mülki kollegiyasının Avstriya Respublikasının Sankt Polten Rayon Məhkəməsinin 2025-ci 5 mart tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair verilmiş ərizə üzrə QƏRARDADI Açar sözlər: ərizənin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Müəyyən etdi: Barəsində məhkəmə tapşırığı verilən şəxs nümayəndəsi kimi Nümayəndə ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edərək qızı Barəsində məhkəmə tapşırığı verilən şəxs nikahının pozulması haqqında Avstriya Respublikasının Sankt Polten Rayon Məhkəməsinin 2025-ci 5 mart tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizə aşağıda qeyd olunan əsaslara görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra -MPM) 69.1 və 69.1-1-ci maddələrinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.1 və 74-cü maddələrinə görə, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Baxılan işdən görünür ki, ərizəçi adından Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlanmış ərizəni nümayəndə qismində imzalayan şəxsin ##.##.2026-cı il tarixli etibarnamədə sonuncuya verilmiş səlahiyyətlər sırasında məhkəmədə təmsil səlahiyyəti nəzərdə tutulmamışdır. Belə olan halda, ərizəçi adından Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlanmış ərizə səlahiyyətli şəxs tərəfindən imzalanmış sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qanunla müəyyən olunmuş bütün sənədlər ərizəyə əlavə olunmadığından Barəsində məhkəmə tapşırığı verilən şəxs nümayəndəsi kimi Nümayəndə ərizəsi geri qaytarılmalı və ona izah olunmalıdır ki, hazırkı qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, onun təkrarən Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmək hüququ vardır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 73-74-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Barəsində məhkəmə tapşırığı verilən şəxs nümayəndəsi kimi Nümayəndə tərəfindən verilmiş ərizə geri qaytarılsın. Ərizəçi Barəsində məhkəmə tapşırığı verilən şəxs nümayəndəsi kimi Nümayəndə izah olunsun ki, hazırkı qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, onun təkrarən Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №10(1-8)-109/2026
Ali Məhkəmə Qərardad — İş №10(1-8)-109/2026
08.05.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver