Məhkəmə qərarları › İş №10(1-8)-113/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-113/2026

18.06.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-113/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Bolqarıstan Respublikasının Popovo Rayon Məhkəməsinin 2025-ci il ## ####### tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə QƏRARDADİ (Açar sözlər: xarici dövlətlərin məhkəmə və arbitraj qətnamələrinin Azərbaycan Respublikasında tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bolqarıstan Respublikasının Popova Rayon Məhkəməsinin nikahın pozulması haqqında 2025-ci il ## ####### tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs vəsatətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinin ## ##### 2026-cı il tarixli məktubu ilə, Bolqarıstan Respublikasının Popovo Rayon Məhkəməsinin nikahın pozulması haqqında 2025-ci il ## ####### tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs vəsatəti və ona əlavə olunmuş sənədlər daxil olmuşdur.

2. Məhkəmə kollügiyası qeyd edir ki, vəsatətdə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinin ## ##### 2026-cı il tarixli məktubunda tanınması tələb olunan qərarın tarixi ## ####### 2025-ci il tarix kimi qeyd edilsə də əlavə olunmuş sənədlərdən məlum olur ki, tanınması tələb olunan qərarın tarixi ## ####### 2025ci ildir.Ona görə də məhkəmə kollegiyası tanınması tələb olunan qərarın tarixinin vəsatətdə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinin ## ##### 2026-cı il tarixli məktubunda ## ####### 2025-ci il tarix kimi qeyd edilməsini texniki səhvlik hesab edir.

3. Vəsatət verən Barəsində məhkəmə tapşırığı verilən şəxs Bolqarıstan Respublikasının Popovo Rayon Məhkəməsinin müvafiq qərarı ilə nikahının pozulduğunu, həmin qərarın qanuni qüvvəyə mindiyini, nikahın pozulmasının Azərbaycan Respublikasında qeydə alınması üçün həmin qərarın səlahiyyətli məhkəmə tərəfindən tanınmasının tələb olunduğunu göstərərək həmin qərarın Azərbaycan Respublikası ərazisində tanınmasına dair qərardad çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə kollegiyası vəsatəti və əlavə olunmuş sənədləri araşdıraraq belə qənaətə gəlir ki vəsatət təmin edilməlidir.

5. Belə ki, Bolqarıstan Respublikasının Popovo Rayon Məhkəməsinin nikahın pozulması haqqında 2025-ci il ## ####### tarixli qərarı ilə X2 ilə Barəsində məhkəmə tapşırığı verilən şəxs arasındakı nikah pozulmuş və digər məsələlər həll edilmişdir.

6. Qərar ## ####### 2025-ci il tarixdə qüvvəyə minmişdir.

7. Tanınmaya dair məhkəməyə etiraz daxil olmamışdır.

8. Ərizəçinin xarici dövlətin qətnaməsinin tanınması tələbinin hüquqi əsaslarını təşkil edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.

9. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.

10. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.

11. Həmin Məcəllənin 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.

12. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.

13. Müvafiq məhkəmə aktının tanınmasının rədd edilməsi üçün Azərbaycan Rrespublikasının MPM-in 465-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmir.

14. “Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ####### 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, mülki prosessual qanunvericiliyin və Beynəlxalq Müqavilənin tələblərinə əsasən, xarici dövlətin məhkəmə qərarı Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən tanınarkən həmin qərarın Azərbaycan Respublikasının qüvvədə olan hər hansı qanununa və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsiplərinə uyğun olub-olmaması yoxlanılmalıdır. ... Məhkəmələr xarici ölkələrin məhkəmə qərarlarının tanınması daxil olmaqla hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il ## ###### tarixli Qərarı).

15. MPM-in istinad edilən müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun nümayiş etdirdiyi hüquqi mövqedən göründüyü kimi tanınması tələb olunan qərar Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmirsə, onun tanınmasına yol verilir.

16. Məhkəmə kollegiyası hesab edir ki, Bolqarıstan Respublikasının Popovo Rayon Məhkəməsinin nikahın pozulması haqqında 2025-ci il ## ####### tarixli qərarı Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığı üçün vəsatət təmin edilməli və həmin qərar nikahın pozulması hissəsində Azərbaycan Respublikasının ərazisində tanınmalıdır.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 459, 465, 469-473-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Vəsatət təmin edilsin. Bolqarıstan Respublikasının Popovo Rayon Məhkəməsinin 2025-ci il ## ####### tarixli qərarı X3 ilə Barəsində məhkəmə tapşırığı verilən şəxs arasındakı nikahın pozulması hissəsində Azərbaycan Respublikasının ərazisində tanınsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar