Məhkəmə qərarları › İş №10(1-8)-115/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-115/2026

02.06.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-115/2026 02.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Türkiyə Respublikasının Ünye 2.Ailə Məhkəməsinin qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair verilmiş ərizə üzrə QƏRARDADI (Açar sözlər: xarici məhkəmələrin qərarının tanınması və məcburi icrası, Azərbaycan məhkəmələrinin müstəsna aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi hakim), X4 və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə Türkiyə Respublikasının Ünye 2.Ailə Məhkəməsinin # ###### 2026-cı il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair barəsində məhkəmə tapşırığı verilən şəxs1 vəsatətinə ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: barəsində məhkəmə tapşırığı verilən şəxs1 Türkiyə Respublikasının Ünye 2.Ailə Məhkəməsinin # ###### 2026-cı il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icrasına dair ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmişdir. Ərizədə göstərilmişdir ki, barəsində məhkəmə tapşırığı verilən şəxs1 nikahı qeyd edilən qərarla pozulmuş, həmçinin Azərbaycan Respublikasında yerləşən daşınmaz əmlaklarnı əri tərəfindən ona veriləcəyi müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Nikahın pozulmasının qeydə alınması üçün həmin qərarın Azərbaycan Respublikasında tanınması zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) MPM-in 464-cü maddəsinə əsasən, xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. MPM-in 467.3-cü maddəsinə görə, ərizəyə baxılarkən məhkəmə xarici dövlətin məhkəmə qətnaməsini tanımaqdan və icra etməkdən imtina etdikdə bu Məcəllənin 465-ci maddəsi ilə nəzərdə tutulan əsasların olub-olmamasını yoxlayır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş üzrə iddiaçı olmuş barəsində məhkəmə tapşırığı verilən şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, qərarın tanınmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası MPM-in 467.1 və 467.2-ci maddələrinə uyğun olaraq tərəflərin iştirakı olmadan vəsatətə baxılmasını mümkün hesab etmişdir. Məruzəçini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, ərizə qismən təmin edilməli, Türkiyə Respublikasının Ünye 2.Ailə Məhkəməsinin # ###### 2026-cı il tarixli qərarı boşanma hissəsində Azərbaycan Respublikasının ərazisində tanınmalı, həmin qərarın daşınmaz əmlaklara dair hissədə tanınması və icrasından isə imtina edilməlidir. Belə ki, Türkiyə Respublikasının Ünye 2.Ailə Məhkəməsinin # ###### 2026-cı il tarixli qərarından görünür ki, barəsində məhkəmə tapşırığı verilən şəxs1 ilə barəsində məhkəmə tapşırığı verilən şəxs2 arasında nikah pozulmuş, Azərbaycan Respublikasında (Balakən rayonu) yerləşən torpaq sahələri və daşınmaz əmlakların boşanma qərarı qətiləşdikdən sonra iddiaçı barəsində məhkəmə tapşırığı verilən şəxs2 tərəfindən cavabdeh barəsində məhkəmə tapşırığı verilən şəxs1 veriləcəyi müəyyən edilmişdir. Həmin qərar, tərəflər apellyasiya şikayətindən imtina barədə ərizə verdikləri üçün ## ###### 2026-ci il tarixdə qüvvəyə minmişdir. Ərizədə Türkiyə Respublikasının Ünye 2.Ailə Məhkəməsinin # ###### 2026-cı il tarixli qərarının tanınması və məcburi icra yönəldilməsi xahiş edilir. MPM-in 462-ci maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər. MPM-in 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır. Məhkəmə kollegiyası qeyd edilən normalara əsasən hesab edr ki, Türkiyə Respublikasının Ünye 2.Ailə Məhkəməsinin # ###### 2026-cı il tarixli qərarının nikahın pozulması hissəsində tanınmasına mane olan hallar olmadığı üçün qərar həmin hissədə Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından tanınmalıdır. Bununla belə, Türkiyə Respublikasının Ünye 2.Ailə Məhkəməsinin # ###### 2026-cı il tarixli qərarının daşınmaz əmlaklara dair hissədə tanınması və icrası üçün əsaslar yoxdur. MPM-in 444.0.1-ci maddəsinə görə daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə verilməsi və ya girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan Respublikasının ərazisindədirsə Azərbaycan Respublikasının məhkəmələrinin müstəsna səlahiyyətinə daxildir. MPM-in 465.1.1-ci maddəsinə görə işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə, məhkəmənin qətnaməsinin məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir. "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında" 2002-ci il # ### tarixli Müqavilənin 18-ci maddəsinin “d” bəndinə görə bu Müqavilənin 17-ci maddəsində nəzərdə tutulan məhkəmə qərarları o şərtlərlə tanınır və icra edilir ki, məhkəmə qərarının tanınması və icrasının həyata keçirildiyi Razılığa gələn Tərəfin məhkəmələrinin müstəsna səlahiyyətlərinə daxil olmayan predmet barədə çıxarılmış olsun. Türkiyə Respublikasının Ünye 2.Ailə Məhkəməsinin # ###### 2026-cı il tarixli qərarı ilə cavabdehə verilməsi müəyyən edilmiş daşınmaz əmlaklar Azərbaycan Respublikasının ərazisindədir. Belə olan halda, daşınmaz əmlaklara dair bağlı məsələ MPM-in 444.0.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələrinin müstəsna səlahiyyətinə aid olduğu üçün qeyd edilən qərar həmin hissədə tanına və icra edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Türkiyə Respublikasının Ünye 2.Ailə Məhkəməsinin # ###### 2026-cı il tarixli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından Azərbaycan Respublikasında tanınmalı, həmin qərarın daşınmaz əmlaklara dair hissədə tanınması və icrasından isə imtina edilməlidir. Yuxarıda qeyd edilənləri və MPM-in 464, 465 və 467-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Vəsatət qismən təmin edilsin. Türkiyə Respublikasının Ünye 2.Ailə Məhkəməsinin # ###### 2026-cı il tarixli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikasının ərazisində tanınsın. Türkiyə Respublikasının Ünye 2.Ailə Məhkəməsinin # ###### 2026-cı il tarixli qərarının daşınmaz əmlaklara dair hissədə tanınması və icrasından imtina edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar