Məhkəmə qərarları › İş №10(1-8)-130/2026

Ali Məhkəmə Qərardad — İş №10(1-8)-130/2026

23.06.2026 · Xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-130/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Türkiyə Respublikasının Inegöl 1. Asliye Hukuk Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair iş üzrə QƏRARDADİ Açar sözlər: xarici məhkəmələrin qərarlarının tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Türkiyə Respublikasının Inegöl 1. Asliye Hukuk Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına dair Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş ərizəyə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI:

1. Barəsində məhkəmə tapşırığı verilən şəxs ərizə ilə müraciət edərək, ad və soyadının düzəldilməsi barədə Türkiyə Respublikasının Inegöl 1. Asliye Hukuk Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarının Azərbaycan Respublikasının ərazisində tanınmasını xahiş etmişdir.

2. Məruzəçini dinləyərək, ərizənin dəlillərini və əlavə olunmuş sənədləri araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir.

3. Məhkəmə kollegiyası iş materiallarına əsasən müəyyən etdi ki, tanınması xahiş olunan qərara əsasən Barəsində məhkəmə tapşırığı verilən şəxs adının Leyla olaraq düzəldilməsi, soyadının isə dəyişdirilmədən saxlanılması qərara alınmış və qərar ## ###### 2025-ci il tarixdə qüvvəyə minmişdir.

4. Tanınmaya dair məhkəməyə etiraz daxil olmamışdır.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 459.0. Xarici məhkəmələrin öz xarakterinə görə icrası tələb olunmayan aşağıdakı qətnamələri Azərbaycan Respublikasında tanınır: 459.0.1. məhkəmənin qətnamə çıxardığı dövlətin vətəndaşlarının şəxsi statusuna toxunan qətnamələr.

6. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən, xarici dövlətlərin qətnamələri Azərbaycan Respublikası qanunvericiliyinə zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışsa Azərbaycan Respublikasında tanına və icra edilə bilər.

7. MPM-in 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.

8. Qeyd olunan qətnamənin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 465-ci maddəsində qeyd edilən tanınmadan və icraya yönəlməsindən imtina edilməsi halları aşkar edilməmişdir.

9. MPM-in 473-cü maddəsinə əsasən məcburi icra edilməli olmayan xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasının rədd edilməsinə bu Məcəllənin 465-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda yol verilir.

10. Məhkəmə kollegiyası hesab edir ki, Türkiyə Respublikasının Inegöl 1. Asliye Hukuk Məhkəməsinin ## ####### 2025-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı Azərbaycan Respublikası vətəndaşının şəxsi statusu ilə bağlı olduğundan, Azərbaycan Respublikası qanunvericiliyinə və hüquq qaydasına zidd olmadığından həmin qərarın tanınması barədə ərizə təmin edilməlidir.

11. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 459-473-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI: Ərizə təmin edilsin. Barəsində məhkəmə tapşırığı verilən şəxs ərizəsi təmin edilərək Türkiyə Respublikasının Inegöl 1. Asliye Hukuk Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərarı Azərbaycan Respublikasında tanınsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar