Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-137/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Rusiya Federasiyası, Novqorod Vilayəti, barəsində məhkəmə tapşırığı verilən şəxs1 ## ###### 2025-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikasında tanınması və icrası barədə ərizəçi barəsində məhkəmə tapşırığı verilən şəxs1 vəsatəti üzrə QƏRARDADİ Açar sözlər: xarici dövlətin məhkəmə aktının tanınması və icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhkəmə iclas katibi: X1 qızının katibliyi ilə, Rusiya Federasiyası, Novqorod Vilayəti, barəsində məhkəmə tapşırığı verilən şəxs1 # ###### 2025-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikasında tanınması və icrası barədə ərizəçi barəsində məhkəmə tapşırığı verilən şəxs1 tərəfindən verilmiş vəsatətə ## #### 2026cı il tarixdə Ali Məhkəmənin inzibati binasında şifahi icraat qaydasında baxaraq, Müəyyən etdi:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Beynəlxalq Əməkdaşlıq İdarəsinin # ### 2026-cı il tarixli məktubu ilə Rusiya Federasiyası, Novqorod Vilayəti, barəsində məhkəmə tapşırığı verilən şəxs1 # ###### 2025-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikasında tanınması və icrası barədə barəsində məhkəmə tapşırığı verilən şəxs1 vəsatəti və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
2. Vəsatətdə barəsində məhkəmə tapşırığı verilən şəxs2 dövlət büdcəsinin xeyrinə 18.000 rublun tutulmasına dair Rusiya Federasiyası, Novqorod Vilayəti, barəsində məhkəmə tapşırığı verilən şəxs1 # ###### 2025-ci il tarixli qətnaməsinin tanınması və Azərbaycan Respublikasında icra edilməsi xahiş olunmuşdur.
3. Vəsatətə baxılmasının vaxtı və yeri haqqında tərəflərə xəbər verilmiş, həmçinin digər tərəfə 1 ay müddətində tanınmaya dair etiraz təqdim etmək hüququ izah olunmuşdur.
4. Məhkəmə aktının tanınması və məcburi icraya yönəldilməsinə qarşı məhkəməyə etiraz daxil olmamışdır.
5. Kassasiya məhkəməsi məruzəçini dinləyib, vəsatətin dəlillərini və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara görə vəsatət qismən təmin edilməlidir.
6. Belə ki, Rusiya Federasiyası, Novqorod Vilayəti, barəsində məhkəmə tapşırığı verilən şəxs1 # ###### 2025-ci il tarixli qətnaməsi ilə barəsində məhkəmə tapşırığı verilən şəxs2 dövlət büdcəsinin xeyrinə 18.000 rublun tutulması hissəsində Azərbaycan Respublikasında tanınmalı və icra edilməlidir.
7. Vəsatətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Rusiya Federasiyası, Novqorod Vilayəti, barəsində məhkəmə tapşırığı verilən şəxs1 # ###### 2025-ci il tarixli qətnaməsi ilə barəsində məhkəmə tapşırığı verilən şəxs2 dövlət büdcəsinin xeyrinə 18.000 rubl dövlət rüsumunun tutulması və s. qət edilmişdir.
8. Qeyd olunan məhkəmə qətnaməsi ## ######## 2025-ci il tarixdə qanuni qüvvəyə minmiş və Rusiya Federasiyası ərazisində icra olunmamışdır.
9. Həmçinin müəyyən edilmişdir ki, sözügedən məhkəmə qətnaməsi ilə müyyən edilmiş məbləği ödəməli olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. 10.Azərbaycan Respublikası MPM-nin 458.1-ci maddəsinə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. 11.Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 12.Həmin Məcəllənin 458.3-cü maddəsinə əsasən, xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilər. 13.Həmin Məcəllənin 462-ci maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər. 14.Həmin Məcəllənin 463-cü maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür. 15.Həmin Məcəllənin 464-cü maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. 16.Həmin Məcəllənin 468.1-ci maddəsinə əsasən, xarici dövlətin məhkəmə qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadı əsasında bu qətnamənin məcburi qaydada icra edilməsinin həll olunması haqqında, məhkəmə qətnaməsinin icra edilmə yerinə göndərilməklə, icra vərəqəsi verilir. 17.Həmin Məcəllənin 468.2-ci maddəsinə əsasən, xarici dövlətin məhkəmə qətnaməsinin məcburi qaydada icra edilməsi barədə hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qətnamənin icrasını həyata keçirən orqanlar tərəfindən edilir. 18.Sadalanan mülki prosessual normaların tələblərindən göründüyü kimi tanınması tələb olunan qətnamə Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmirsə, onun tanınmasına və icra olunmasına yol verilir. 19.Kassasiya məhkəməsi vəsatəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Rusiya Federasiyası, Novqorod Vilayəti, barəsində məhkəmə tapşırığı verilən şəxs1 # ###### 2025-ci il tarixli qətnaməsi barəsində məhkəmə tapşırığı verilən şəxs2 dövlət büdcəsinin xeyrinə 18.000 rublun tutulması hissəsində Azərbaycan Respublikası qanunvericiliyinə, hüquq qaydasına zidd olmadığından, həmin hissədə Azərbaycan Respublikasında tanınmalı və icra edilməlidir. 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 462-464, 467-468-ci maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Qərara aldı: Ərizəçi barəsində məhkəmə tapşırığı verilən şəxs1 vəsatəti qismən təmin edilsin. Rusiya Federasiyası, Novqorod Vilayəti, barəsində məhkəmə tapşırığı verilən şəxs1 # ###### 2025-ci il tarixli qətnaməsi dövlət rüsumunun tutulması hissəsində Azərbaycan Respublikasında tanınsın və icraya yönəldilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.