Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-160/2026 28.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Rusiya Federasiyasının Nijeqorodsk Vilayətinin Başqırdıstan Respublikasının Ufa Şəhəri Oktyabr Rayonu üzrə ** saylı məhkəmə sahəsinin sülh hakiminin ##.##.2014cü il tarixli məhkəmə əmrinin Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: məhkəmə əmrinin tanınması və məcburi icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, Rusiya Federasiyasının Nijeqorodsk Vilayətinin Başqırdıstan Respublikasının Ufa Şəhəri Oktyabr Rayonu üzrə ** saylı məhkəmə sahəsinin sülh hakiminin barəsində məhkəmə tapşırığı verilən şəxs1 alimentin tutulması haqqında ##.##.2014-cü il tarixli məhkəmə əmrinin Azərbaycan Respublikası ərazisində tanınması və icrası barədə barəsində məhkəmə tapşırığı verilən şəxs2 vəsatətinə və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxılmışdır. Işin halları
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq Baş Idarəsinin ## ### 2026-cı il tarixli məktubu ilə Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa Şəhəri Oktyabr Rayonu üzrə ** saylı məhkəmə sahəsinin sülh hakiminin barəsində məhkəmə tapşırığı verilən şəxs1 alimentin tutulması haqqında ##.##.2014-cü il tarixli məhkəmə əmrinin Azərbaycan Respublikası ərazisində tanınması və icrası barədə barəsində məhkəmə tapşırığı verilən şəxs2 vəsatəti və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
2. Rusiya Federasiyasının Nijeqorodsk Vilayətinin Başqırdıstan Respublikasının Ufa Şəhəri Oktyabr Rayonu üzrə ** saylı məhkəmə sahəsinin sülh hakiminin barəsində məhkəmə tapşırığı verilən şəxs1 alimentin tutulması haqqında ##.##.2014-cü il tarixli məhkəmə əmrinə əsasən borclu barəsində məhkəmə tapşırığı verilən şəxs1 ərizəçi barəsində məhkəmə tapşırığı verilən şəxs2 xeyrinə ##.##.2012-ci il təvəllüdlü X1 saxlanması üçün borclunun bütün əməkhaqqı və digər gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutulması, alimentin ##.##.2014-cü il tarixdən etibarən hər ay uşağın yetkinlik yaşına çatanadək tutulmalı olması və borcludan dövlət büdcəsinin hesabına 100 rubl dövlət rüsumunun tutulması qərara alınmışdır.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının tərəfdaş çıxdığı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 54. Qərarların tanınması və icrası
1. Razılığa gələn Tərəflərdən hər biri bu Konvensiyada nəzərdə tutulan şərtlərə əsasən Razılığa gələn digər Tərəflərin ərazilərində çıxarılan aşağıdakı qərarları tanıyır və icra edir: a) mülki və ailə işləri üzrə Razılığa gələn Tərəflərin ədliyyə müəssisələrinin qərarları, o cümlədən belə işlər üzrə məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişləri və pul öhdəliklərinə münasibətdə notarial aktlar (bundan sonra - qərarlar); ...
2. Bu maddənin 1-ci bəndində göstərilən qərarların tanınması və icrası sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
“Maddə 59. Qərarların tanınmasından və icrasından imtina Bu Konvensiyanın 54-cü maddəsində nəzərdə tutulan qərarların tanınmasından və icrasından aşağıdakı hallarda imtina edilə bilər, əgər: ... j) sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan icraetmə müddəti bitmişdirsə; ...”
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 458. Xarici məhkəmələrin qətnamələrinin tanınması və icra edilməsi 458.1. Xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. 458.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 458.3. Xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilər.”
“Maddə 462. Xarici dövlətlərin məhkəmə və arbitrajlarının qətnamələrinin icrası və tanınması Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.”
“Maddə 464. Xarici dövlətlərin məhkəmə və arbitraj qətnamələrinin icrası və tanınması barədə ərizələrə baxan məhkəmə Xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.
Maddə 465. Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələrini məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsi 465.1. Aşağıdakı hallarda məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir: 465.1.1. işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə; 465.1.2. işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa; 465.1.3. eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və ya digər dövlətin məhkəməsində iş qaldırılmazdan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa; 465.1.4. qətnamə, ərazisində həmin qətnamə çıxarılan dövlətin qanunvericiliyi üzrə qanuni qüvvəyə minməmişsə; 465.1.5. qətnamənin icrası Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil edirsə; 465.1.6. xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa. 465.2. Əgər Azərbaycan Respublikası məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslarla olan mübahisə barədə iş başlanmışdırsa, məhkəmə qətnamənin məcburi icrası və tanınması barədə ərizəyə baxılmasını dayandırır. Qətnamənin məcburi icrası və tanınması barədə qərar qəbul edildiyi halda, məhkəmə iş üzrə icraata xitam verir. Əgər ərizə rədd edilmişsə, mübahisəyə mahiyyəti üzrə baxılır.”
“Maddə 467. Ərizəyə baxılması ... 467.4. Məhkəmə ərizə üzrə xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası və ya bundan imtina edilməsi barədə qərardad çıxarır.”
Kassasiya instansiya məhkəməsinin mövqeyi
3. Kassasiya instansiyası məhkəməsi aşağıda göstərilən əsaslara görə hesab edir ki, Rusiya Federasiyasının Nijeqorodsk Vilayətinin Başqırdıstan Respublikasının Ufa Şəhəri Oktyabr Rayonu üzrə ** saylı məhkəmə sahəsinin sülh hakiminin barəsində məhkəmə tapşırığı verilən şəxs1 alimentin tutulması haqqında ##.##.2014-cü il tarixli məhkəmə əmrinin Azərbaycan Respublikasında tanınması və icra edilməsindən imtina olunmalıdır.
4. Ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr onun qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.
5. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir (Konstitusiyanın 151-ci maddəsi).
6. Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının tərəfdaş çıxdığı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının 59-cu maddəsində qərarların tanınması və icra edilməsindən imtina olunması üçün dəqiq və qəti əsaslar göstərilmişdir.
7. Bu əsaslar razılığa gələn dövlətin məhkəməsinə belə halların mövcudluğu qənaətinə gəldikdə həmin məhkəmənin imtina səlahiyyətlərinə malikliyini tanıyır.
8. Adı çəkilən Konvensiyanın 59-cu maddəsində təsbit edilmiş əsaslardan biri də sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan icraetmə müddətinin bitməsidir (“j” bəndi).
9. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 458.3-cü maddəsinə görə xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətində məcburi qaydada icraya yönəldilə bilər.
10. Hazırkı işdə Rusiya Federasiyasının Nijeqorodsk Vilayətinin Başqırdıstan Respublikasının Ufa Şəhəri Oktyabr Rayonu üzrə ** saylı məhkəmə sahəsinin sülh hakiminin məhkəmə əmri ##.##.2014-cü il tarixində qəbul edilmiş və əmr dərhal qüvvəyə minmişdir.
11. Buna görə də ərizəçi barəsində məhkəmə tapşırığı verilən şəxs2 ##.##.2014-cü il tarixdən 3 il ərzində həmin əmrin məcburi qaydada icraya yönəldilməsi üçün müraciət edə bilərdi. Göründüyü kimi ərizəçi bu 3 illik müddəti ötürdükdən sonra, yəni ##.##.2026-cı ildə müraciət etmişdir.
12. Belə olan təqdirdə hazırkı iş üzrə məhkəmə əmrinin tanınması və məcburi icraya yönəldilməsi “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının 59-cu maddəsinin “j” bəndinin və MPM-in 458.3-cü maddəsinin təsir dairəsinə düşür.
13. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Rusiya Federasiyasının Nijeqorodsk Vilayətinin Başqırdıstan Respublikasının Ufa Şəhəri Oktyabr Rayonu üzrə ** saylı məhkəmə sahəsinin sülh hakiminin barəsində məhkəmə tapşırığı verilən şəxs1 alimentin tutulması haqqında ##.##.2014-cü il tarixli məhkəmə əmrinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icra edilməsindən imtina olunmalıdır.
14. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 458, 462, 464, 465, 467ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Vəsatəti təmin edilməsin. Rusiya Federasiyasının Nijeqorodsk Vilayətinin Başqırdıstan Respublikasının Ufa Şəhəri Oktyabr Rayonu üzrə ** saylı məhkəmə sahəsinin sülh hakiminin barəsində məhkəmə tapşırığı verilən şəxs1 alimentin tutulması haqqında ##.##.2014-cü il tarixli məhkəmə əmrinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icra edilməsindən imtina edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.