Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 10(1-8)-179/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADI Açar sözlər: xarici məhkəmələrin qətnamələrinin tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Türkiyə Respublikasının Çanakkale 1. Sulh Hukuk Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Barəsində məhkəmə tapşırığı verilən şəxs tərəfindən verilmiş ərizəyə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI:
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq Baş Idarəsinin # #### 2026-cı il tarixli məktubu ilə, Türkiyə Respublikasının Çanakkale 1. Sulh Hukuk Məhkəməsinin miras əmlaka dair payların müəyyən edilməsi haqqında ## ####### 2023-cü il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Barəsində məhkəmə tapşırığı verilən şəxs ərizəsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuşdur.
2. Türkiyə Respublikasının Çanakkale 1.Sulh Hukuk Məhkəməsi tərəfindən ##.##.2023-cü ildə vəfat etmiş Menzer Incenin vərəsələri Barəsində məhkəmə tapşırığı verilən şəxs ilə Mehmet Ince arasında miras əmlaka dair payların müəyyən edilməsi ilə bağlı ## ####### 2023-cü il tarixli qərar qəbul edilmişdir.
3. Qeyd olunan qərar qəbul olunduğu tarixdən qanuni qüvvəyə minmişdir.
4. Tanınmaya dair məhkəməyə etiraz daxil olmamışdır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 459-cu maddəsinə əsasən xarici məhkəmələrin öz xarakterinə görə icrası tələb olunmayan aşağıdakı qətnamələri Azərbaycan Respublikasında tanınır: 459.0.1. məhkəmənin qətnamə çıxardığı dövlətin vətəndaşlarının şəxsi statusuna toxunan qətnamələr.
6. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən, xarici dövlətlərin qətnamələri Azərbaycan Respublikası qanunvericiliyinə zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışsa Azərbaycan Respublikasında tanına və icra edilə bilər.
7. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələri dedikdə, mülki işlər və kommersiya mübahisələri üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri habelə xarici dövlətlərin digər aktları başa düşülür.
8. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.
9. Həmin Məcəllənin 469-cu maddəsinə əsasən xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.
10. Qeyd olunan qərarın Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 465ci maddəsində qeyd edilən tanınmadan və icraya yönəlməsindən imtina edilməsi halları aşkar edilməmişdir.
11. MPM-in 473-cü maddəsinə əsasən məcburi icra edilməli olmayan xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasının rədd edilməsinə bu Məcəllənin 465-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda yol verilir.
12. Hazırda baxılan ərizə üzrə tanınması tələb edilən məhkəmə qətnaməsi Azərbaycan Respublikası qanunlarına və ya onun konstitusion qaydalarına, suverenliyi, təhlükəsizliyi və ya ictimai asayiş prinsipləri ilə ziddiyyət təşkil etmir. Qətnamə qanuni qüvvəyə minmişdir.
13. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, sözügedən qərar Azərbaycan Respublikasında tanınmalıdır.
14. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 459, 462-465, 469-473-cü maddələrini rəhbər tutaraq,
QƏRARA ALDI: Ərizə təmin edilsin.
Qərardad qəbul edildiyi andan qüvvəyə minir.