Məhkəmə qərarları › İş №2(001)-1956/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1956/2020

09.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1956/2020 09.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “nikahın qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “nikahın qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla mərhum Qarayeva (Qocayeva) Solmaz Temir qızı barəsində 1974-cü ilin dekabr ayında Ermənistan SSR Vardenis rayonu VVADQ Şöbəsində nikahın qeyd edilməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1951-ci il tarixdə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur. 1974-cü ilin dekabr ayında Qarayeva (Qocayeva) Solmaz Temir qızı ilə rəsmi nikaha girərək evlənib ailə qurmuşlar və 1974-cü ilin dekabr ayında Ermənistan SSR Vardenis rayon VVADQ Şöbəsində akt qeydləri aparılmaqla nikah haqqında şəhadətnamə verilmişdir. X8 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onlar məlum hadisələrlə bağlı 1988-ci ildə qaçqın düşmüşlər və onlara məxsus nikah haqqında şəhadətnamə orada qalmışdır və sonradan əldə edilməsi mümkün olmamışdır. O, nikah haqqında akt qeydinin bərpa edilməsi barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin kifayət qədər əsaslar olmadığı üçün ərizəsinin təmin edilməməsi barədə xx xxxxxx 2020-ci il tarixdə cavab məktubu verilmişdir. Nikah haqqında akt qeydləri olmadığından nikah barədə arayış almaq, məlumat əldə edilməsi mükün deyildir, ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Nikah haqqında şəhadətnamənin olmaması səbəbindən hüquqlarının həyata keçirilməsində maneçiliklər yaranır. Onların 1974-cü ildə nikah haqqında akt qeydləri aparılmasını və onların nikaha girməklərini məhkəmədə şahidlər təsdiq edə bilərlər. Onların birgə nikahdan doğulmuş uşaqlarının doğum haqqında şəhadətnamələrinin valideynləri qrafasında analarının soyadı Qarayeva qeyd edilmişdir. Belə ki, nikahlarını rəsmiləşdirərkən mərhum həyat yoldaşı onun soyadını qəbul etmişdir, qızlıq soyadı Qocayeva olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat vermişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə göndərərək iddiaçının iddiasına etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını, habelə şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşı Ərizəçi mərhum X9 ilə 1974-cü ilin dekabr ayında Ermənistan SSR Vardenis rayonunda nikaha daxil olmuşlar. Nikahdan sonra Solmaza “Qarayeva” soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 ifadəsində bildirmişdir ki, ərizəçi onun atasıdır. Atası Ərizəçi ilə anası mərhum X11 1974-cü ilin dekabr ayında Ermənistan SSR Vardenis rayonunda nikaha daxil olmuşlar. Mərhum anasının qızlıq soyadı Qocayeva olmuş, nikahdan sonra isə “Qarayeva” olaraq dəyişdirilmişdir. Anası x xxxxxx 2012-ci il tarixində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X19 ifadəsində göstərmişdir ki, ərizəçi onun atasıdır. Atası Ərizəçi ilə anası mərhum X11 1974-cü ilin dekabr ayında Ermənistan SSR Vardenis rayonunda nikaha daxil olmuşlar. Mərhum anasının qızlıq soyadı Qocayeva olmuş, nikahdan sonra isə “Qarayeva” olaraq dəyişdirilmişdir. İş materiallarında olan Ermənistan SSR, Vardenis rayonu, Zod kənd Soveti tərəfindən verilmiş İİ-CЛ seriyalı № 228112 saylı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1977-ci il tarixdə anadan olmuş X2 Yusif Qurban oğlu ilə X6 birgə nikahından doğulmuşdur. İş materiallarında olan Ermənistan SSR, Vardenis rayonu, Zod kənd Soveti tərəfindən verilmiş İİ-CЛ seriyalı № 447138 saylı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə anadan olmuş X3 Yusif Qurban oğlu ilə X6 birgə nikahından doğulmuşdur. İş materiallarında olan Ermənistan SSR, Vardenis rayonu, Zod kənd Soveti tərəfindən verilmiş İİİ-CЛ seriyalı № 482899 saylı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə anadan olmuş X4 Yusif Qurban oğlu ilə X6 birgə nikahından doğulmuşdur. İş materiallarında olan Ermənistan SSR, Vardenis rayonu, Zod kənd Soveti tərəfindən verilmiş İİİ-CЛ seriyalı № 313463 saylı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1980-ci il tarixdə anadan olmuş X5 Yusif Qurban oğlu ilə X6 birgə nikahından doğulmuşdur. İş materiallarında olan AZ-İ seriyalı № 591223 nömrəli ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2012-ci ildə ürəyin dayanması səbəbindən ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müyyən edən əsas müddəaları”-nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün Ərizəçi “nikah akt qeydinin bərpa edilməsi barədə” ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə nikahın qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədləri bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktın müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən “mərhum X11 ilə nikahlarının 1974-cü ilin dekabr ayında qeyd edilməsi faktının müəyyən edilməsi” tələbini təsdiq edən mümkün və kifayət edən sübutlar təqdim edilmişdir. Həmin sübutlar yuxarıda sadalandığı kimi məhkəmə iclaslarında iştirak etmiş şahidlərin ifadələri, tərəflərin birgə nikahından doğulmuş uşaqlarının doğum haqqında şəhadətnamələri, ərizəçi ilə mərhum X6 ailə münasibətlərində olduqlarını təsdiq edən foto şəkillərdir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, iş materiallarından ərizəçinin və ailəsinin Ermənistan Respublikasında anadan olduqları və vaxtı ilə orada yaşadıqları, nikaha məhz orada daxil olduqları və övladlarının da orada doğulduqları lakin məlum hadisələr zamanı məcburi köçkün olduqları aydın olur. Bu isə onların nikahlarına dair hüquqi xarakterli hər hansı bir sənədin Azərbaycan Respublikasınını Dövlət Arxivlərində mövcudluğunu istisna edir. Məhkəmə xüsusilə onu da nəzərə alır ki, işin araşdırılması zamanı mərhum X1 əvvəlcə “Qocayeva” olduğu, daha sonra isə ona “Qarayeva” soyadı verildiyi müəyyən edilmişdir. Bu halın özü belə, ərizəçi ilə mərhum X6 həqiqətən də rəsmi nikaha daxil olduqları və məhz nikaha daxil olduqdan sonuncuya “Qarayeva” soyadı verildiyi qənaətinə gəlməyə əsas verir. Beləliklə, Ərizəçi ilə X7 həqiqətən də 1974-cü ilin dekabr ayında Ermənistan SSR Vardenis rayonu VVADQ şöbəsində nikaha daxil olması, nikaha daxil olduqdan sonra Solmaz Temir qızına “Qarayeva” soyadının verilməsi məhkəmədə tədqiq edilmiş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır; Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və həmin sənəd, Ərizəçi yeni nikah haqqında şəhadətnamənin verilməsi üçün tələb olunur. Odur ki, qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi ilə X7 1974-cü ilin dekabr ayında Ermənistan SSR Vardenis rayonu VVADQ şöbəsində nikaha daxil olması faktı müəyyən edilsin. Hazırkı qətnamə nikah haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizəçi veriləcək nikah haqqında şəhadətnamədə “nikaha daxil olduqdan sonra arvada verilmiş soyad” qrafasında “Qarayeva” yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar