Məhkəmə qərarları › İş №2(001)-1994/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1994/2021

28.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1994/2021 28.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, X7 onun övladıdır. Oğlu xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. X2 2000-ci ildən mərkəzi sinir sisteminin orqanik zəifliyi, kəskin ağıl zəifliyi diaqnozu ilə müalicə olunur. Bununla bağlı oğluna 1-ci qrup əlil statusu verilmişdir. Artıq 20 ildir ki, müxtəlif müalicə vasitələrindən istifadə etsələr də, onun müalicəsi mümkün deyil. Oğlu onun himayəsindədir və oğlunun qayğısına o qalır. Övladı öz hərəkətlərinin hüquqi nəticələrini dərk etmir. Oğlunun hərəkətlərinin hüquqi nəticələrini dərk etməməsi nəticəsində banklarda, digər dövlət qurumlarında oğlunun əlilliklə bağlı hər hansı hərəkətləri yerinə yetirməsi mümkün deyildir. Digər tərəfdən öz əmlakı barəsində sərəncam verməklə bağlı hüquqi prosedurları həyata keçirmək imkanına malik deyildir. Bu da onların mülkiyyət hüquqlarının həyata keçirilməsini imkansız edir. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Binəqədi RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZE seriyalı № 07769537 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1983-cü ildə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadlr. İş materiallarına əlavə olunmuş İX-ЖГ seriyalı № 462817 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1983-cü ildə doğulmuş, anası Ərizəçi, atası X5r. İş materiallarında olan 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının Binəqədi rayon üzrə əlillər barədə xx xxxxxx 2020-ci il tarixli məlumatından görünür ki, X6 mərkəzi sinir sisteminin orqanik xəstəliyi, kəskin ağrı zəifliyi ilə eşitmənin və görmənin pozulması diaqnozu qoyulmuş, müddətsiz birinci dərəcəli əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 061429 saylı arayışından görünür ki, X7 uşaqlıqdan 1-ci qrup müddətsiz əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021-ci il tarixli 708 saylı rəyindən görünür ki, X4 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, C.E.Əliyev fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olundu ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etməyən və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.1983-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, onun üzərində qəyyum təyin edilməsi Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasına tapşırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT E T D İ: Ərizə təmin edilsin. Bakı şəhəri, 8 mkr., H.Hüseynov küçəsi, ev 23, 100 saylı mənzildə qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X3 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına həvalə edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar