Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2068/2021 04.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs qismində Bakı şəhəri 11 saylı Notariat ofisi cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs qismində Bakı şəhəri 11 saylı Notariat ofisi cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 8910 manat, mənəvi ziyana görə 500 manat, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 9440 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixinddə Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusu Məmmədov İ.A. tərəfindən təsdiq edilmiş 3M/341 reyestr nömrəli kredit müqaviləsinə əsasən borclu Məmmədov Fuad Rizvan oğluna 25700 manat məbləğində pulu xx.xx.2018-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. 25700 pul vəsaitinən cavabdeh hissə-hissə olmaqla 16790 manat ödəmişdir. Dəfələrlə bu barədə bildirməsinə baxmayaraq borcu tam şəkildə ödəməmişdir. Hal-hazırda cavabdehin ona 8910 manat borcu qalmışdır. O, pul tələbini məhkəmədən kəna həll olunmadığı üçün bu barədə pul və maddi ziyan tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək məcuriyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə icra qeydi verilmişdir, lakin borclu icra qeydi üzrə ödəniş etmədiyindən məhkəməyə iddia vermək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirmişdir ki, o,Fuadla dost olmuşdur idi. Həmin borcdan müəyyən hissə qaytarılsa da lakin borc tam olaraq ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Maraqlı şəxş isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixində imzalanan kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı borcalan Cavabdeh faizsiz 25700 manat məbləğində pul borc vermiş, borcalan krediti xx.xx.2018-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilən xx.xx.2018-ci il tarixli icra qeydindən görünür ki, ünvan 1 mənzil 16 ünvanında qeydiyyatda olan İddiaçı xeyrinə Bakı, Binəqədi , 8-ci mkr, S.Axundov küçəsi, ev 1, mənzil 56 ünvanında qeydiyyatda olan Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 25700 manat pulun və 10 manat haqqın tutulması müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixində kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinə əsasən borcverən İddiaçı borcalan Cavabdeh faizsiz 25700 manat məbləğində pul borc vermiş, borcalan krediti xx.xx.2018-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən pulun tutulması ilə bağlı xx.xx.2018-ci il tarixli icra qeydi verilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən: Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; Həmin qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində notariusun icra qeydlərinin icra sənədi sayılması göstərilmişdir. Həmin qanunun 7.4-cü maddəsində qeyd olunmuşdur ki, notariusun icra qeydlərinin məzmunu "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Göründüyü kimi tələbetmə hüququnun əsasını təşkil edən kredit müqaviləsi üzrə notarius tərəfindən artıq icra qeydi verilmiş və həmin icra qeydi icra sənədi hesab olunduğundan icraya yönəldilmişdir. İddiaçının yenidən eyni məsələ ilə bağlı məhkəmə icraatı qaydasında tələb irəli sürməsi yolverilməzdir. Belə ki, iddiaçının hər hansı hüququnun pozulması müəyyən edilmir və bunun üçün məhkəmə müdafiəsindən istifadə üçün əsas yoxudur. Eyni zamanda qalıq borcun hal hazıradək ödənilməməsi ilə bağlı məsələ isə icra qaydasında həll olunmalı olan məsələdir. Odur ki, hazırki tələbə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4.-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs qismində Bakı şəhəri 11 saylı Notariat ofisi cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs qismində Bakı şəhəri 11 saylı Notariat ofisi cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2068/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2068/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver