Məhkəmə qərarları › İş №2(001)-6874/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6874/2025

15.12.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6874/2025 15.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X20 Hüseynağa qızının sədrliyi, Səftərov Hüseyn Sahib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs2 və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti cəlb edilməklə) “şəxsin ölmüş elan edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1910-cu ildə Bakı X2 1944-cü ilin mart ayının 1-də İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, Əmiraslanova (Yağubəliyeva) Məhəbbət Alı qızı 1972-ci ildə X11 ilə ailə qurmuşdur, nikah Bakı şəhəri Kirov rayonu VVAQ şöbəsində rəsmiləşdirilmişdir və bu barədə 02 aprel 1972-ci il tarixdə vətəndaşlıq vəziyyəti aktları kitabında 80 nömrə ilə müvafiq qeyd edilməklə A3 № 268854 nömrəli evlənmək haqqında şəhadətnamə verilmişdir. Evləndikdən sonra uzun müddət həyat yoldaşı ilə ünvan 1 ünvanında birgə yaşamışlar, uzun müddət birgə ümumi təsərrüfat aparmışlar, həmin ünvdan birgə nikahdan övladları dünyaya gəlmişdir. Həyat yoldaşı X6 adına Qazax rayonu ZAQS bürosu tərəfindən verilmiş xx.xx.1942-ci il tarixli, doğum haqqında şəhadətnamənin notarius tərəfindən təsdiq edilmiş surətindən müəyyən edilir ki, o, 01 aprel 1942-ci il tarixdə Qazax şəhərində anadan olmuşdur, atası X7, anası X8 olmuşdur. Həyat yoldaşı X9 atası X7 1944-cü ilin fevral ayında X14 itkin düşmüşdür. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 483 nömrəli arayışdan müəyyən edilir ki, həqiqətən 1910-cu il təvəllüdlü X7 1941-ci ilin sentyabr ayında X17 hərbi xidmətə göndərilmiş, 1944-cü ilin fevral ayında X14 itkin düşmüşdür. Həyat yoldaşı X9 anası, qaynanası X8 isə xx.xx.1992-ci ildə Qazax rayonunda vəfat etmişdir. Belə ki, Qazax rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, qaynanası X8 xx.xx.1992-ci ildə Qazax rayonunda vəfat etmişdir. Həmçinin, Bakı şəhəri Maraqlı şəxs2 tərəfindən tərtib edilmiş ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, həyat yoldaşı X11 xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etmişdir. Həyat yoldaşı X9 xx.xx.2025-ci ildə vəfatından sonra ondan qalan miras əmlakı faktiki olaraq qəbul etmişdir və idarə edir. Həyat yoldaşı X9 xx.xx.2025-ci ildə vəfatından sonra mən lazımi sənədləri şəxsiyyət vəsiqəsini, mərhum həyat yoldaşı X9 ölüm haqqında şəhadətnaməsini, qaynanası X3 ölüm haqqında şəhadətnaməsini və qaynatası X2 "1944-cü ildə X14 itkin düşməsi barədə" arayışı təqdim edərək əri X5 miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini vərəsəlik hüququ əsasında adına sənədlşdirmək üçün yaşadığı ərazi üzrə notariusa müraciət etdi, lakin notariusda ondan həyat yoldaşının atası X2 ölüm haqqında şəhadətnaməsini tələb etdilər. Həyat yoldaşının atası, yəni 1910-cu il təvəllüdlü qaynatam X7 1944-cü ilin fevral ayında X14 itkin düşdüyü üçün onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra, qaynatanın adına ölüm haqqında şəhadətnamə verilməsi üçün yaşadığı ərazi üzrə Maraqlı şəxs2nə müraciət etdi. Maraqlı şəxs2 04 oktyabr 2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, "xx.xx.1910-cu ildə anadan olmuş X2 ölümü barəsində Maraqlı şəxs2 arxivində ölüm haqqında akt qeydi aşkar olunmadı. Akt qeydi kitabları Maraqlı şəxs2 arxivində 1949-cu ilədək saxlanılmır. Ölüm haqqında bərpa akt qeydi kitabları 1949-1955-ci ilədək yoxlanılmışdır. "Vətəndaşlıq vəziyyəti aktları" X1 sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir". Sadalananlardan göründüyü kimi, qaynatası X7 1944-cü ilin fevral ayında X14 itkin düşdüyündən və onun ölməsi barədə ölüm haqqında şəhadətnaməsi olmadığı üçün vərəslik hüququnu həyata keçirə bilmir, ərindən mənə miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini vərəsəlik hüququ əsasında öz adına sənədləşdirə bilmir. Ona görə də, hazırda həyat yoldaşının atası X2 ölmüş hesab edilməsi haqqında mövcud ərizə ilə məhkləməyə müraciət etməli olmuşdur. Ərizəmin təmin edilməsi və xx.xx.1910-cu il təvəllüdlü X2 01 mart 1944-cü il tarixdən ölmüş elan edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Ərizəçi dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə Mülki iş materiallarında olan: AZ №268854 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyən olunur ki, X10 ilə X9 nikahı Bakı şəhəri Kirov rayonu VVAQ şöbəsində rəsmiləşdirilmişdir və bu barədə 02 aprel 1972-ci il tarixdə vətəndaşlıq vəziyyəti aktları kitabında 80 nömrə ilə müvafiq qeyd aparılmışdır. xx.xx.1942-ci il tarixli, doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X11 01 aprel 1942-ci il tarixdə Qazax şəhərində anadan olmuşdur, atası X7, anası X4r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2025-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyindən vəfat etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 483 saylı arayışından müəyyən olunur ki, 1910-cu il təvəllüdlü X7 1941-ci ilin sentyabr ayında X17 hərbi xidmətə göndərilmiş, 1944-cü ilin fevral ayında X14 itkin düşmüşdür. Maraqlı şəxs2 xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1910-cu ildə anadan olmuş X2 ölümü barəsində Maraqlı şəxs2 arxivində ölüm haqqında akt qeydi aşkar olunmadı. Akt qeydi kitabları Maraqlı şəxs2 arxivində 1949cu ilədək saxlanılmır. Ölüm haqqında bərpa akt qeydi kitabları, 1949-1955-ci ilədək yoxlanılmışdır. "Vətəndaşlıq vəziyyəti aktları X1 sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivininin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" X1 sisteminə baxış keçirilərkən Vəli Əmiraslanova dair hər hansı məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 1910-cu il təvəllüdlü X2 yaşayış yeri üzrə qeydiyyatı, şəxsiyyət vəsiqəsi, və ümumvətəndaş pasportu barədə məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 314.1-ci maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2-ci maddəsinə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4-cü maddəsinə əsasən, bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsini rəhbər tutaraq, məhkəmə hesab edir ki, xx.xx.1910-cu il təvəllüdlü X7 01 mart 1944-cü il tarixdə ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1910-cu il təvəllüdlü X7 01 mart 1944-cü il tarixdən ölmüş elan edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar