Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № 2(3-6)-2478/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Kazımov Elşәn Cәlәddin oğlunun sәdrliyi vә mәruzәsi ilә, Cәfәrov Namiq Şamil oğlu vә Şirinov İkram Sabir oğlundan ibarәt tәrkibdә, Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadından әrizәçi Ərizәçi İsmayıl oğlunun şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : Ərizәçi Ərizәçi İsmayıl oğlu maraqlı şәxs Maraqlı şәxs olmaqla şəxsin ölmüş elan edilməsi tәlәbinә dair әrizә ilә mәhkәmәyә müraciәt edib. Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadı ilә (hakim Şәbnur Qәdirova) әrizә vә ona әlavә edilmiş sәnәdlәrin geri qaytarılması qәrara alınıb. Mәhkәmә qәnaәtindә göstәrib ki, ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl müvafiq qeydiyyat orqanına müraciət etməsi barədə sənədi iş materiallarına əlavə etməmişdir. Şəxsin ölmüş elan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl ərizəçi qanunla nəzərdə tutulmuş qaydada müvafiq qeydiyyat orqanına müraciət etməli idi. Əgər bu həll olunmazsa, ərizəçi şəxsin ölmüş elan edilməsi tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidir. Qәrardaddan әrizәçi Ərizәçi İsmayıl oğlu (nümayәndәsi vә vәkili İsmayılov Samir Şahid oğlu) şikayәt verәrәk lәğv edilmәsini vә әrizәnin icraata qәbul edilib mahiyyәti üzrә baxılmasını xahiş edib. Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәyib vә baxılması üçün iş materialları ilә birlikdә Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. İşdә iştirak edәn şәxslәrә şikayәtә yazılı icraat qaydasında baxılacağı barәdә mәhkәmә bildirişi göndәrilmiş vә onlarda olan bütün sübutların, elәcә dә şikayәtә dair etiraz vә ya izahatlarının tәqdim edilmәsi tәklif edilmiş, lakin işdә iştirak edәn şәxslәr sübutlar, etiraz vә ya izahatlarını mәhkәmәyә tәqdim etmәyib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Mәcәllәnin 152.1 vә 152.1.6-cı maddәsinә әsasәn müqavilә ilә vә ya hәmin kateqoriya işlәr üçün qanunla nәzәrdә tutulmuşsa, iddiaçı cavabdehlә mübahisәnin mәhkәmәyә qәdәr (pretenziya qaydasında) nizama salınmasına riayәt edilmәsinә dair sәnәd tәqdim etmәdikdә hakim iddia әrizәsini vә ona әlavә edilmiş sәnәdlәri geri qaytarır. Hәmin Mәcәllәnin 305.1 vә 305.1.2-ci maddәsinә әsasәn mәhkәmә xüsusi icraat qaydasında şәxsin xәbәrsiz itkin düşmüş hesab edilmәsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlәrә baxır: Hәmin Mәcәllәnin 307.2.8-ci әsasәn, mәhkәmә müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barәdә işlәrә baxır. Hәmin Mәcәllәnin 313-cü maddәsinә әsasәn әrizәdә şәxsi xәbәrsiz itkin düşmüş hesab etmәyin vә onun ölmüş elan edilmәsinin әrizәçiyә nә mәqsәd üçün lazım olduğu göstәrilmәli, habelә şәxsin xәbәrsiz itkin düşmәsini tәsdiq edәn hallar, yaxud xәbәrsiz itkin düşәnin ölüm tәhlükәsi qarşısında olmasını vә ya onun müәyyәn bәdbәxt hadisәdәn hәlak olmasını güman etmәyә әsas verәn hallar şәrh edilmәlidir. Hәrbi әmәliyyatlar zamanı hәrbi qulluqçuların vә ya digәr şәxslәrin xәbәrsiz itkin düşmәsi barәdә әrizәdә hәrbi әmәliyyatın qurtardığı vaxt göstәrilmәlidir. Hәmin Mәcәllәnin 315.2-ci maddәsinә әsasәn şәxsin ölmüş elan edilmәsinә dair mәhkәmә qәtnamәsi müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqan (qurum) tәrәfindәn ölümün qeydә alınması üçün әsasdır. Mәhkәmә tәrkibi hesab edir ki, birinci instansiya mәhkәmәsi әrizәni istinad etdiyi әsasla geri qaytarmaqla haqlı olmayıb. Çünki mәhkәmә şəxsin ölmüş elan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl ərizəçi qanunla nəzərdə tutulmuş qaydada müvafiq qeydiyyat orqanına müraciət etməli idi qәnaәtinә gәlirdisә, onda göstәrmәli idi ki, mәhkәmәyә müraciәt etmәzdәn әvvәl әrizәçi hansı qanunla nәzәrdә tutulmuş qaydada qeydiyyat orqanına müraciәt etmәli idi, ancaq göstәrmәyib, göstәrmәsi dә mümkün deyil. Çünki әrizәdә göstәrilәn mәsәlә ilә bağlı MPM-dә belә mәcburi tәlәb yoxdur. Çox güman ki, mәhkәmә MPM-in 307.2.8-ci maddәsindә göstәrilәn halı nәzәrdә tutub yaxud tuta bilәr ki, bu da fәrqli mәsәlәlәr sayılır. Yәni şәxsin müәyyәn vaxtda müәyyәn şәraitdә vәfat etmәsi faktının müәyyәn edilmәsi barәdә işlәrә baxarkәn, mәhkәmә әrizәçinin bundan әvvәl müvafiq icra hakimiyyәti orqanlarına müraciәt etmәsinә vә hәmin orqanların imtinasına dair sәnәdlәrin әrizәyә әlavә edilmәmәsinә görә әrizәni geri qaytara bilәr. Başqa sözlә, şәxsin ölmüş edilmәsinә dair әrizә ilә, şәxsin müәyyәn vaxtda müәyyәn şәraitdә vәfat etmәsi faktının müәyyәn edilmәsi barәdә әrizә eyni halla bağlı deyil. Birincidә qeydiyyat orqanına mәhkәmәyә әrizә vermәzdәn әvvәl müraciәt edilmәsi tәlәb edilmir, ikincidә isә tәlәb olunur. Göründüyü kimi birinci instansiya mәhkәmәsi qeyd olunan әrizәlәr üzrә baxılan ayrıayrı mәsәlәlәri yanlış anlayaraq qarışdırmaqla düzgün olmayan nәticәyә gәlib. Mülki Prosessual Mәcәllәnin 387.1-ci maddәsinә әsasәn, prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi qәtnamәnin vә ya qәrardadın lәğv edilmәsinә yalnız o halda әsas olur ki, bu, düzgün olmayan qәtnamәnin vә ya qәrardadın qәbul edilmәsinә sәbәb olsun. Hәmin Mәcәllәnin 398.0 vә 398.0.2-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi şikayәtә baxıb qәrardad qәbul etdikdә qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Şәrh olunanlara әsasәn apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, şikayәtdә göstәrilәnlәr birinci instansiya mәhkәmәsinin qәrardadının lәğvi üçün әsasdır, ona görә dә şikayәt qismәn tәmin edilmәli, Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadı lәğv edilmәli vә növbәti prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi üçün iş hәmin mәhkәmәyә qaytarılmalıdır. Şәrh olunanlara әsasәn vә Mülki Prosessual Mәcәllәnin 398.0.2, 399, 400-402-ci maddәlәrini rәhbәr tutaraq apellyasiya instansiya mәhkәmәsi q ə r a r a a l d ı: Şikayәt qismәn tәmin edilsin. Bakı şәhәri Sabunçu Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadı lәğv edilsin vә növbәti prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi üçün iş hәmin mәhkәmәyә qaytarılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.
Məhkəmə qərarları › İş №2(3-6)-2478/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2478/2026
22.06.2026 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver