Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7424/2021 27.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə, daha sonra isə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan 23 iyul 1966-cı il təvəllüdlü qardaşı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 23 iyul 1966-cı il təvəllüdlü qardaşı X9 şizofreniya xəstəsidir və bununla əlaqədar olaraq 2009-cu il tarixdən RƏXD-nin qeydiyyatındadır, ona şizofreniyamn paranoid forması diaqnozu qoyulmuşdur. 16 aprel 2009 – 12 iyun 2009, 19 fevral 2021 – 01 mart 2021-ci il tarixlərdə 2 nömrəli X1 stasionar müalicə almış, qalan vaxtlarda isə ambulator müalicə və müayinədə olmuş, hər ay imtiyazlı formada müvafiq dərmanlarla təmin edilmişdir. Qardaşı 2-ci qrup əlildir. Bununla bağlı hər il ƏƏSMN Tibbi Sosial Ekspert Komissiyasının müvafiq arayışları verilmişdir. Hazırda xəstə kimi 10 nömrəli şəhər Poliklinikasında qeydiyyatdadır. Qardaşı səhhətindəki bu qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə edə bilmədiyindən əvvəllər ona valideynləri, onlar rəhmətə gedəndən sonra isə o, və həyat yoldaşı baxmaqda davam edirlər. Hazırda onunla bağlı digər sənədləşmə işlərinin onun tərəfindən həll edilməsi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi və vəkili ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Vİİİ-ЖГ seriyalı, 286565 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23 iyul 1966-cı il təvəllüdlü X4 atası X10, anası X7, doğulduğu yer Bakı şəhəridir. AZ seriyalı 16661999 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 23 iyul 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş X4 yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, ev 23, mənzil 77-dir. Bakı Şəhəri 2 saylı X2 tərəfindən verilmiş xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan görünür ki, X8 paranoid şizofreniya fasiləsiz gediş proqrediyent tipli xroniki psixotik hal qüsuru ilə, parafren sindromu diaqnozu qoyulmuşdur. 10 nömrəli Şəhər Poliklinikasının Tibbi Sosial Ekspert Komissiyasına 0096003AAC2Z nömrəli göndərişindən görünür ki, X8 şizofreniya paranoid forma, xroniki psixotik hal, psixi qüsur halı diaqnozu qoyulmuşdur. 6 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş ilkin və təkrar müayinədən keçən əllilər üçün arayışlardan görünür ki, X9 ümumi xəstəliyə görə ikinci dərəcəli əlildir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş müayinə barədə məlumatların elektron çıxarışından görünür ki, X8 ikinci dərəcəli əlillik verilmiş, “paranoid şizofreniya fasiləsiz gediş” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının 18 noyabr 2021-ci il tarixli, 2713 saylı rəyindən görünür ki, X5 xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar (hərbi xidmətdən gələndən sonra psixi vəziyyətinin dəyişməsi, dəfələrlə psixiatrdan müalicə alması, 2009-cu ildən “Şizofreniyanın paranoid forması” diaqnozu ilə RƏXD-nin qeydiyyatda olması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında “Paranoid şizofreniya fasiləsiz gedişli” diaqnozu ilə İ qrup olduğunun qeyd edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən bir qədər gərgin olması, bələdliyinin zamana və məkana görə zəifləməsi, kontakta formal daxil olması, verilən suallardan bəzən yayınaraq özünü maraqlandıran mövzularda danışması, təfəkkürünün paralogik olması, autizm əlamətlərinin qeyd olunması, eşitmə hallyusinasiyaları barədə məlumat verməsi, maraq dairəsinin məhdud olması, keçirilən ekspertizanın məqsədini dərk etməməsi öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, X4 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 23 iyul 1966-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 23 iyul 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-7424/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7424/2021
27.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver