Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2678/2021 28.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Salamova Azadə Telman qızının katibliyi İddiaçı Cavabdeh2 vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 31.270 manat məbləğində pulun və təzminat olaraq 9000 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı il tarixdə Cavabdeh2lə tanış olmuşdur. Bundan sonra o, iddiaçını qardaşı Cavabdeh3 və atası Cavabdeh1lə də tanış etmişdir. Bir müddət Cavabdeh2 iddiaçıdan az miqdarda borc götürüb geri qaytarmış, daha sonra yüksək miqdarda məbləğ istəmiş, iddiaçı pulu verməkdən imtina etmişdir. Bundan sonra cavabdehin atası Cavabdeh1 iddiaçıya zəng edib pulu Cavabdeh2 verməyini xahiş etmişdir. Cavabdeh1 evi satıb pulu geri ödəyəcəyini bildirmiş, Cavabdeh2 işlərinə şəxsən nəzarət etdiyini qeyd etmişdir. İddiaçı razılaşaraq xx.xx.2019cu il tarixdə Cavabdeh1 zaminliyi və Cavabdeh3 iştirakı ilə 25000 manat məbləğində pulu Cavabdeh2 vermişdir. Bir müddət sonra yenidən 5000 manat, 770 manat və 500 manat olmaqla, ümumilikdə 31270 manat məbləğində pulu Cavabdeh2 vermişdir. İddiaçı Cavabdeh1lə görüşmüş, Cavabdeh1 pulu yaxın müddətdə qaytaracağını bildirmiş, lakin iddiaçının dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq pulu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili X2 iddia tələbini qəbul etməmiş, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmişdir ki, Cavabdeh2 iddiaçıya olan borcunu ödəmişdir. Hazırda iddiaçı pulun faizini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 147-ci maddələrinə əsaslanmaqla işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Beləliklə, məhkəmə baxışı zamanı iş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Əfəndiyevin xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 31270 manat pulunun qaytarılmasına dair Cavabdeh2 verdiyi şikayət üzrə aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh2 göstərmişdir ki, onun İddiaçı adlı şəxsə heç bir məbləğdə borcu olmayıb, əksinə sonuncunun ona borcu vardır. Azərə görə işini itirmişdir. O, İddiaçı 31270 manat pulu sələmə almışdır, bir müddət sələmi ödəyib ondan aldığı 31270 manat pulu tam şəkildə ona geri qaytarmışdır. Sadəcə olaraq Azərin ondan tələb etdiyi ona verilən pulun sələmidir, lakin ona heç bir borcu yoxdur. Həmin vaxtı ona təcili pul lazım olduğu üçün İddiaçı yanına gedib sələmə ondan pul istəmişdir. Azər ondan pulu nə edəcəyini soruşduqda ona tikinti işi olduğu, ev tikib satacağını, tanışları Rəşad və digər tanışları ilə iş görüb pulunu qaytaracağını söyləmişdir. Bundan sonra Azər ondan istədiyi pulu ona vermişdir. Həmin vaxt yanında Rəşad olmuşdur. Hal-hazırda onun İddiaçı heç bir borcu yoxdur, sonuncunun onun barəsində yazdıqları tam yalan və böhtandır. Araşdırma zamanı baş vermiş hadisədə cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olduğu üçün İddiaçı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf 31.270 manat məbləğində pulun Cavabdeh2dan alınaraq ona ödənilməsinin əsası kimi iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarını göstərmişdir. Həmin qərarda Cavabdeh2 pulu aldığını və geri ödədiyini bildirmişdir. Lakin cavabdehin pulu geri ödədiyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 31.270 manat məbləğində pul Cavabdeh2dan tutularaq iddiaçıya ödəniləməli, iddia tələbi 9000 manat təzminat hissəsində rədd edilməldir. Belə ki, iddiaçı bununla bağlı heçbir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 31270 (otuz bir min iki yüz yetmiş) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2678/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2678/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver