Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-728/2026 22.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “borc tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan iddiaçı İddiaçı ASC ilə Bəkirov İsmayıl Bəkir oğlu arasında bağlanmış ##.##.2018-ci il tarixli, BPM ************ saylı kredit müqaviləsindən görünür ki, iddiaçı İddiaçı ASC tərəfindən Cavabdeh oğluna 42 ay müddətinə 2090 manat pul kreditə verilmişdir.
2. İş materiallarında olan İddiaçı ASC–yə aid ##.##.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, Bəkirov İsmayıl Bəkir oğlunun hesabına ##.##.2018-ci il tarixdə 2069,10 manat pul mədaxil edilmişdir.
3. İş materiallarında olan iddiaçı İddiaçı ASC-nin Bəkirov İsmayıl Bəkir oğlunun vərəsəsi Cavabdeh ünvanlandığı ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehin ##.##.2018ci il tarixli kredit müqaviləsi üzrə 1614,17 manat və buna müvafiq olaraq hesablanmış faiz mövcuddur. Cavabdehdən kredit borcu üzrə tam borc məbləğinin ödənilməsi tələb olunmuşdur.
4. Bəkirov İsmayıl Bəkir oğlunun ##.##.2018-ci il tarixli, BPM ************ saylı kredit müqaviləsi üzrə 1614,17 manat borcunun olmasına dair ##.##.2025-ci il tarixli maliyyə arayışı tərtib olunmuşdur.
5. İş materiallarında olan ##.##.2021-ci il tarixli *V-*** saylı Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bəkirov İsmayıl Bəkir oğlu ##.##.2019-cu il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlaka arvadı Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
6. ##.##.2025-ci il tarixli ********** saylı mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 36,15 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödənilmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh cəmi 1614,17 manat borcun və 36,15 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC ilə Bəkirov İsmayıl Bəkir oğlu arasında bağlanmış ##.##.2018-ci il tarixli, BPM************ saylı kredit müqaviləsinə əsasən Bəkirov İsmayıl Bəkir oğluna 42 ay müddətinə 2090 manat pul krediti verilmişdir. Borcalan ##.##.2019-cu il tarixində vəfat etdiyindən Kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən Bəkirov İsmayıl Bəkir oğlunun miras əmlakına dair onun vərəsəsi Cavabdeh miras payını əldə etməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehin müqavilə üzrə cəmi 1614,17 manat məbləğində borcu mövcuddur. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
10. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Güləndam Quliyeva) ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Cavabdeh ##.##.2018-ci il tarixli, BPM ************ saylı kredit müqaviləsi üzrə cəmi 1614,17 (bir min altı yüz on dörd manat on yeddi qəpik) manat məbləğində pul alınıb iddiaçı İddiaçı ASC-yə verilməsi, cavabdeh Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 36,15 (otuz altı manat on beş qəpik) manat alınaraq iddiaçı İddiaçı ASC-yə verilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, həmin vaxt qüvvədə olan 739.1, 739.2, 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Cavabdeh Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı İddiaçı ASC ##.##.2025-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində onu Cavabdeh cəmi 1614,17 manat borcun və 36,15 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC ilə Bəkirov İsmayıl Bəkir oğlu arasında bağlanmış ##.##.2018-ci il tarixli, BPM************ saylı kredit müqaviləsinə əsasən Bəkirov İsmayıl Bəkir oğluna 42 ay müddətinə 2090 manat kredit verilmişdir. Borcalan ##.##.2019-cu il tarixində vəfat etdiyindən Kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən onun həyat yoldaşı Bəkirov İsmayıl Bəkir oğlunun miras əmlakına dair onun vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir və bu səbəbdən iddiaçı iddia ərizəsində onu cavabdeh qismində göstərmişdir. Hal hazırda o “xxxx” ASC bankına hər ay 296 manat özünə aid olan kredit borcunu ödəyir. ## ##### 2026-cı il tarixində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Məhkəmənin Qətnaməsinə əsasən onun pensiya kart hesabından 196 manat tutmuşdur, bu ümumillikdə - 492 manat təşkil edir. Onun pensiyası - 425 manat təşkil edir. Bu da onu göstərir ki, onun aldığı pensiya onun ümumi borcunu ödəmir və ümumilikdə 50 faizdən çox təşkil edir. Hər iki borclar “xxxx” ASC bankına məxsusdur və məbləğlər çıxıldıqdan sonra, pensiya kartından kredit borcların tutulması nəticəsində yaşayış üçün vəsaitin qalmaması onun üçün ciddi sosial problem yaratmışdır. O “xxxx” ASC bankına və Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə müraciət etdi, hər iki tərəf məhkəmə qətnaməsinin icraatını dayandırmaq və ya azaltmaq mümkünsüz hesab etmişlər. Yəni o, hal-hazırda yaşayış üçün tam vəsaitsiz qalmışdır. O təqaüdçüdür, heç bir yerdə işləmir və əlavə gəliri yoxdur. İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş öz iddia hüququndan müddəti çərçivəsində məhkəməyə zamanında müraciət etməmiş, üç il iddia müddətinin axımını ötürmüş və iddia müddətini ötürdükdən sonra ##.##.2025-ci ildə məhkəməyə müraciət etmişdir. Buraxılmış iddia müddəti iddiaçı tərəfindən üzürlü sayıla biməz, çünki borcalan Bəkirov İsmayıl Bəkir oğlu ##.##.2019-cu il tarixində vəfat etdiyindən Kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir və onun ölüm haqqında Şəhadətnamənin surəti dərhal “xxxx” ASC-ə təhvil verilmişdir. Yəni iddiaçı tərəf artıq xəbərdar olmuşdur ki, Borcalan vəfat etdiyindən Kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməyəcək. İddiacı tərəfindən Məhkəməyə təqdim edilmiş Borclunun maliyyə arayışından görünür ki, sonuncu ödəniş ##.##.2019-cu il tarixində baş vermişdir, Yəni iddiaçı həmin tarixdən ərizə verənə qədər ödənişlərin ödənmədiyi haqqında məlumatlı idi. Qeyd olunanlara əsasən Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbi əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.4-cü maddəsinə əsasən iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
16. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
17. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
21. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi (köhnə redaksiyada):
26. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
27. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
28. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
29. Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
31. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
35. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
36. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
40. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar - 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
41. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.
43. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
44. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər.
45. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır.
46. Müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Bəkirov İsmayıl Bəkir oğlu arasında bağlanmış ##.##.2018-ci il tarixli, BPM************ saylı kredit müqaviləsinə əsasən Bəkirov İsmayıl Bəkir oğluna 42 ay müddətinə 2090 manat pul krediti verilmişdir. Borcalan ##.##.2019-cu il tarixində vəfat etdiyindən Kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən Bəkirov İsmayıl Bəkir oğlunun miras əmlakına dair onun vərəsəsi Cavabdeh miras payını əldə etməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mərhum Bəkirov İsmayıl Bəkir oğlunun kredit müqaviləsi üzrə 1614,17 manat məbləğində borcu mövcudluğu işin mübahisə edilməyən halıdır. İddiaçı bank Bəkirov İsmayıl Bəkir oğlunun vərəsəsi Cavabdeh qarşı iddia qaldırmış və həmin iddia əsaslı olmuşdur. Lakin iddaçı tələbində haqlı olsa da, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
47. Məhkəmə kollegiyası ilkin olaraq apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsaslıdır.
48. Belə ki, cavabdeh apellyasiya şikayətində iddia müddətinin ötürülməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş öz iddia hüququndan müddəti çərçivəsində məhkəməyə zamanında müraciət etməmiş, üç il iddia müddətinin axımını ötürmüşdür.
49. İş materiallarından göründüyü kimi, kredit müqaviləsi ##.##.2018-ci il tarixində bağlanmış, borcalanın son ödənişi ##.##.2019-cu il tarixində həyata keçirilmiş, borcalan Bəkirov İsmayıl Bəkir oğlu ##.##.2019-cu il tarixində vəfat etmişdir.
50. Bundan başqa, cavabdehə ##.##.2021-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, iddiaçı isə məhkəməyə ##.##.2025-ci il tarixində müraciət etmişdir.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən isə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər nəzərə alınmaqla, iddiaçının kredit öhdəliyinin icra edilməməsindən məlumatlı olduğu halda qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmişdir.
52. Beləliklə, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə nəticəyə gələrkən iddia müddətinin ötürülməsini nəzərə almamış və lazımi hüquqi qiymət verməmişdir.
53. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllə 375.1, 375.2-ci maddələr).
54. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2008-ci il tarixli qərarında qərarına (nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhləri məcburi xarakterə malikdir) əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MMin 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM-in 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2008-ci il tarixli qərarında həmçinin, göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. ... Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.
56. İş materiallarından da göründüyü kimi, iddiaçı birinci instansiya məhkəməsinə kiçik mübahisələr üzrə iddia ərizəsi kimi müraciət etdiyindən işə yazılı icraat qaydasında baxılmışdır.
57. Lakin iş materialları ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə məhkə bildirişinin cavabdehə çatdırılmasını təsdiq edən sübut yoxdur. Məhkəmə bildirişi geri qayıtmış, məhkəmə tərəfindən bildirişin çatdırılmasının təmin olunması həvalə edilmiş Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi də tapşırığı icra etməmiş, məhkəmə bildirişində bu barədə müvafiq qeyd aparmaqla bildirişi geri qaytarmış, nəticədə cavabdeh məhkəmə icraatı barədə lazımi qaydada məlumatlandırılmamışdır.
58. Kollegiya iddiaçının nümayəndəsi Şəki Apellyasiya Məhkəməsinə ünvanladığı müraciətində iddiaçı tərəfindən pretenziya məktublarının və digər rəsmi sənədlərin cavabdehin ünvanına göndərildiyini bildirsə də, sonuncu tərəfindən həmin məktub və sənədlərin alındığı da iş materialları ilə təsdiq olunmur.
59. Kollegiya onu da qeyd etməyi vacib sayır ki, cavabdeh pretenziya məktubu və digər sənədləri almış olsaydı belə, bu hal onun məhkəmə proseslərindən xəbərdar olması anlamına gəlmir.
60. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirməmiş və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, mübahisələndirilən iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
61. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
62. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
63. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddia tələbini təmin etməklə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir.
64. Hazırkı mülki iş üzrə mübahisələndirilən məbləğ beş min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (qətnamənin 41-ci bəndi). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “borc tələbi”nə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov