Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4365/2024 25.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddir ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, K-96 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının cavabdeh tərəfindən ödənilməsi və mediasiya xidmətinə görə ödənilən 60 manatın cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bərdə rayonunun Yenidaşkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə daimi yaşayır. Ali təhsillidir, ixtisası yer quruluşçusudur. 44 günlün Vətən Müharibəsinin iştirakçısıdır. Həmin müharibədəki iştirakı dövləti tərəfindən yüksək qiymətləndirilərək Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli 2720 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250S nömrəli sərəncamı ilə Vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. 2021-ci il tarixədək ixtisası üzrə əmək fəaliyyəti olmamışdır. xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə ixtisası üzrə müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2018-ci il tarixli K-93 nömrəli əmrlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və ünvan reyestri xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Mingəçevir Layihə Tədqiqat İdarəsinə 8-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli K-039 nömrəli əmrlə həmin vəzifədən azad edilmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il tarixli K-063 nömrəli əmri ilə 7 saylı Bərdə Ərazi İdarəsinin daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestr şöbəsinə 9-cu dərəcə vəzifə maaşı ilə mühəndis-inventarlaşdırıcı vəzifəsinə 1 ay müddətinə təyin edilmişdir. Lakin həmin vəzifədə 1 il 3 ay 5 gün saxlanılmaqla işləmiş və əmək haqqı almışdır. Bundan sonra yenə də cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli K-137 nömrəli əmri ilə 7 saylı Bərdə Ərazi İdarəsinin Daşınmaz Əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinə 1 ay müddətinə 10-cu dərəcə vəzifə maaşı ilə kadastr üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. Lakin həmin vəzifədə 11 ay 23 gün saxlanılmaqla işləmiş və əmək haqqı almışdır. Cavabdehin X2 Nigar Alimova tərəfindən imzalanmış 23 may 2024-cü il tarixli K-96 nömrəli əmrlə onunla bağlanmış əməmk müqaviləsinə 23 may 2024-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam verilmişdir. Sözügedən əmrdə əsas olaraq “S.Q.Hüseynocun əmək müqaviləsi” göstərilmişdir. Halbuki o cavabdehin nə xx.xx.2022-ci il tarixli K-063 nömrəli əmri ilə 7 saylı Bərdə Ərazi İdarəsinə 9-cu dərəcə vəzifə maaşı ilə mühəndis-inventarlaşdırıcı vəzifəsinə 1 ay müddətinə təyin edilərkən nə də cavabdehin xx.xx.2023-cü il tarixli K-137 nömrəli əmri ilə 7 saylı Bərdə Ərazi İdarəsinə 1 ay müddətinə 10-cu dərəcə vəzifə maaşı ilə kadastr üzrə mütəxəssis vəzifəsinə keçirilərkən onunla cavabdeh arasında hər hansı bir müddətli əmək müqaviləsi bağlanmamışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1rşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair” iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Bununla əlaqədar bildirir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, K-96 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşçi ilə müddətli əmək müqaviləsi bağlanıldığdan əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşəgötürənin xx.xx.2024-cü il tarixli, k-063 nömrəli əmri ilə iddaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə mühəndis-inventarlaşdırıcı vəzifəsinə təyin olunmuş və aralarında xx.xx.2022-ci il tarixli, 1034 nömrəli əmək müqaviləsi imzalanmışdır. İşəgötürənin xx.xx.2023-cü il tarixli, k-137 nömrəli əmri ilə iddiaçı mütəxəssis vəzifəsinə təyin edilmişdir və xx.xx.2022-ci il tarixli, 1034 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü tarixli əlavə imzalanmışdır. İşçi ilə xx.xx.2022-ci il tarixli, 1034 nömrəli əmək müqaviləsi imzalandıqdan sonra vəzifənin dəyişilməsi və əmək haqqının artırılması barədə həmin müqaviləyə müxtəlif vaxtlarda əlavələr imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1382 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi yaradılmışdır. xx.xx.2022-ci il tarixdə yeni işə götürən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin X2 ilə aralarında müqavilə imzalanmışdır. İşçi ilə yeni işə götürən arasında yeni əmək münasibətləri yarandığından Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin tələbinin nəzərə alınması mümkün olmamış və iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanılmışdır. İddaçı xx.xx.2022-ci il tarixdə əmək müqaviləsini bağlayan zaman müqaviləni oxumuş, müddəti və müddəları ilə tanış olmuş və onu imzalamaqla qəbul etmişdir. Nə müqavilə imzalanan zaman, nə də ki işlədiyi 2 ildən artıq olan müddət ərzində müqavilənin müddətindən və ya şərtlərindən hər hansı formda şikayət etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin nümayəndəsi Nümayəndə etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 34743 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və ünvan reyestri xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-də xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə müxtəlif vəzifələrdə işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı saylı Bərdə Ərazi İdarəsinə işə qəbul haqqında 23 fevral 2022-ci il tarixli K063 nömrəli əmrinə əsasən İddiaçı daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma qiymətləndirmə və ünvan reyestri şöbəsinə 9-cu dərəcə vəzifə maaşı ilə mühəndisinventarlaşdırıcı vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə İddiaçı arasındas bağlanmış 23 fevral 2022-ci il tarixli 1034 saylı əmək müqaviləsindən görünür ki, işçi ilə bir ay müddətinə daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma qiymətləndirmə və ünvan reyestri şöbəsinin mühəndis-inventarlaşdırıcı vəzifəsinə qəbulu ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 01 iyul 2022-ci il tarixli razılaşmaya əsasən əmək müqaviləsinin 4-cü hissəsinin 4.2-ci bəndinə dəyişikliklər edilməsi barədə tərəflər razılaşmışlar. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 01 iyun 2023-cü il tarixli K-137 nömrəli əmrinə əsasən İddiaçı 01 iyun 2023-cü il tarixdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı saylı Bərdə Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin 9-cu dərəcə vəfizə maaşı ilə mühəndis-inventarlaşdırıcısı vəzifəsindən 1 ay müddətinə Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinə 10-cu dərəcə vəzifə maaşı ilə kadastr üzrə mütəxəssis vəzifəsinə keçirilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 23 noyabr 2023-cü il tarixli və 01 dekabr 2023-cü il tarixli razılaşmalara əsasən əmək müqaviləsinə dəyişikliklər edilməsi barədə tərəflər razılaşmışlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 23 may 2024-cü il tarixli K-96 nömrəli əmrin surətindən görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin kadastr üzrə mütəxəssisi ilə bağlanmış əmək müqaviləsinə 23 may 2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx000405 saylı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 23 fevral 2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinin müddətinin bitməsinə görə xitam verilmişdir. İşin müəyyən edilmiş halları odur ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində müxtəlif vəzifələrdə olmaqla 2012-ci il tarixdən işə başlamış və xx.xx.2024-cü il tarixədək, yəni 11 aydan çox həmin vəzifədə çalışmışdır. İşlədiyi dövrlərdə hüquqi şəxsin adı dəyişdirilsə də, İddiaçı eyni yerdə çalışmış və eyni işləri görmüşdür. Həmçinin cavabdeh müqavilələrin 1 aylıq bağlandığını bildirsə də, iddiaçı onunla hər ay müqavilə bağlanmadığını və müqavilələrin müddətli olmadığını bildirmişdir. Belə ki, işəgötürənin xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. İş materiallarından müəyyən edilir ki, İddiaçı 2012-ci il tarixdən 2024-cü il tarixədək, yəni artıq 11 ildən çoxdur ki, həmin müəssisədə çalışmışdır. İşçinin uzun illər ərzində həmin müəssisənin tabeliyində olan qurumlarda müxtəlif vəzifələrdə işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. Eyni strukturda iş stajına (11 ildən çox) malik işçi ilə 1 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Məhkəmə bildirir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. İddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə məhkəmə qeyd edir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. İş materiallarından görünür ki, hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması işin mübahisəsiz halıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinin bağlanılması işdən görünmür. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıqaydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2-ci maddəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3-cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45.4-cü maddəsinə əsasən Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 45-ci maddənin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il kimi məlumatlar göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əks halda, əmək müqaviləsinin ləğv olunması ilə bağlı tərəflər arasında fərdi əmək mübahisəsi yaranarsa, digər əlavə araşdırma aparılmadan işə baxan məhkəmə tərəfindən əmrin (sərəncamın, qərarın) etibarsız hesab edilməsi barədə qətnamə (qərar) çıxarıla bilər. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, K-96 nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin kadastr üzrə mütəxəssisi vəzifəsinə bərpa edilməli, İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, K-96 nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin kadastr üzrə mütəxəssisi vəzifəsinə bərpa edilsin. İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən ödənilmiş mediasiya xərcinə görə 60 (altmış) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4365/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4365/2024
25.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver