Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-7881/2021 15.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər “İnam Bayram-M" MTK-ya və İRS-M MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdi: İddiaçıncavabdehlər “İnam Bayram-M" MTK-ya və İRS-M MMC-yə qarşı maddi ziyanın ödənilməs tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirdib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin maddənin 2-ci bəndinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Elektron çıxarışa əsasən müəyyən olunur ki, cavabdeh İnam Bayram-M MTK-nın hüquqi ünvanı ünvan 1quqi ünvanı isə Masallı rayonu Yeddioymaqdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə, qeyd edilənlərə əsasən hesab edir ki, iş üzrə cavabdeh İnam Bayram- M-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, cavabdeh İRS-M MMC-nin hüquqi ünvanı isə Masallı olduğundan iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya hazırkı iddia tələbi ilə bağlı ərazi üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı cavabdehlər “İnam Bayram-M" MTK-ya və İRS-M MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırkı iddia tələbi ilə bağlı o, ərazi aidiyyatı müvafiq məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Yasamal rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-7881/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-7881/2021
15.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver