Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3332/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 aprel 2021-ci il tarixli MAS-3544 saylı “Daxili lizinq" müqaviləsi üzrə 08 aprel 2023-cü il tarixə 3841.49 manat əsas borc və ödənilmiş 58.42 manat dövlət rüsumu “Azərmaş" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərmaş" MMC-nin"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2021-ci il tarixli MAS-3544 saylı "Daxili lizinq" müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Kazar LX” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 13800 manat məbləğinə “Azərmaş" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418.06 manat, ümumilikdə isə 18051 manat məbləğində pulu “Azərmaş" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür, ödənilməli olan ümumilikdə 18051 manatın 13800 manatı əsas məbləğ təşkil edir. "xxxx" MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Kazar LX” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yararsız vəziyyətdə 08 aprel 2023-cü il tarixdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 9890.01 manat məbləğində ziyan dəymişdir. “Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyekti elan avtomobilin dəyəri 13800 manat məbləğində müəyyən edilmişdir. Qüsur aktından göründüyü kimi avtomobilin bərpa edilməsi üçün çəkilən xərc 70 % çox olduğundan avtomobil tam yararsız kimi qimətləndirilmişdir. "Daxili Lizinq" müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Cavabdeh “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına (Lizinq verənə qaytardığı tarixə) 08 aprel 2023-cü il tarixə 6016.96 manat əsas, 507.01 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 667.52 manat dəbbə pulu, ümumilikdə 7191.49 manat məbləğində borcu yaranmışdır. Lizinq alan lizinq obyekti olan avtomobil qaytarıldıqdan sonra ümumilikdə 3350 manat məbləğində ödənişlər edilmişdir. Bununla da MAS-3544 saylı "Daxili Lizinq" müqaviləsi üzrə 08 aprel 2023-cü il tarixə Cavabdeh borcu 3841.49 manat təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclaslarında iştirak etməmişlər. Eyni zamanda iddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə yazılı ərizə təqdim edərək, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasının və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2021-ci il tarixli MAS-3544 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Kazar LX” markalı, **-PZ- *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 13800 manat məbləğinə “Azərmaş" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418.06 manat, ümumilikdə isə 18051 manat məbləğində pulu “Azərmaş" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 12 aprel 2021-ci il tarixli MAS-3544 saylı “Daxili lizinq" müqaviləsinə 3 saylı əlavəyə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 418.06 manat, sonuncu ay isə 418,45 manat ödəməyi öz öhdəsinə götürmüşdür. 12 aprel 2021-ci il tarixli MAS-3544 saylı “Daxili lizinq" müqaviləsinə dair təhvil-təslim aktına əsasən “Kazar LX” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahibliyinə verilmiş və o bunu öz imzası ilə təsdiq etmişdir. 08 aprel 2023-cü il tarixli avtonəqliyyat vasitəsini saxlanca qəbulu barədə aktdan görünür ki, İddiaçınə məxsus “Kazar LX” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil evakuatorla saxlanca gətirilmiş, “maşının hər yeri əzik, oturac yox, akkumulyatorun beyni sökülmüş” vəziyyətdə saxlanca qəbul edilmişdir. İddiaçı qüsur aktından aydın olur ki, “Kazar LX” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dəyən zərərin həcmi 9890,01 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli İddiaçı MMC-nin Cavabdeh ünvanladığı pretenziya məktubundan görünür ki, lizinq alana borcunu ödəməsi üçün xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixli arayışın məzmunundan görünür ki, Cavabdeh 08 aprel 2022-ci il tarixə ümumilikdə 3841,49 manat borcu yaranmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: “Azərmaş" MMC-nin"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2021-ci il tarixli MAS-3544 saylı "Daxili lizinq" müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Kazar LX” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 13800 manat məbləğinə “Azərmaş" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 23 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 418.06 manat, ümumilikdə isə 18051 manat məbləğində pulu “Azərmaş" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Kazar LX” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yararsız vəziyyətdə 08 aprel 2023-cü il tarixdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 9890.01 manat məbləğində ziyan dəymişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.9-cu maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-2.3-cü maddəsinə əsasən Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə qeyd edir ki, qüsur aktından göründüyü kimi avtomobilin bərpa edilməsi üçün çəkilən xərc 70 % çox olduğundan avtomobil tam yararsız kimi qimətləndirilmişdir. "Daxili Lizinq" müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. Cavabdeh “Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinin məhv olma anına (Lizinq verənə qaytardığı tarixə) 08 aprel 2023-cü il tarixə 6016.96 manat əsas, 507.01 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 667.52 manat dəbbə pulu, ümumilikdə 7191.49 manat məbləğində borcu yaranmışdır. Lizinq alan lizinq obyekti olan avtomobil qaytarıldıqdan sonra ümumilikdə 3350 manat məbləğində ödənişlər edilmişdir. Bununla da MAS-3544 saylı "Daxili Lizinq" müqaviləsi üzrə 08 aprel 2023-cü il tarixə Cavabdeh borcu 3841.49 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh 12 aprel 2021-ci il tarixli MAS-3544 saylı “Daxili lizinq" müqaviləsi üzrə 08 aprel 2023-cü il tarixə 3841.49 manat əsas borc və ödənilmiş 58.42 manat dövlət rüsumu “Azərmaş" MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12 aprel 2021-ci il tarixli MAS-3544 saylı “Daxili lizinq" müqaviləsi üzrə 3841.49 manat əsas borc və ödənilmiş 58.42 manat dövlət rüsumu “Azərmaş" MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3332/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3332/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver