Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5240/2024 21.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsinə dair» ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsinə dair» ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə Ərizəçi ilə Maraqlı şəxs qızı arasında bağlanmış 15 iyun 2003-cü il tarixli nikahın pozulması və 06 sentyabr 2024-cü il tarixli barışıq sazişinin təsdiq olunması tələb edilir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, tərəflər arasında məhkəməyə müraciət edilməmişdən öncə aidiyyəti mediasiya təşkilatına müraciət edilmiş və mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə görə tərəflər nikahın pozulması, birgə nikahdan dünyaya gəlmiş uşağın valideynlərdən kimin himayəsində saxlanılması, uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi və ailə münasibətlərindən əmələ gələn digər məsələlər üzrə razılığa gəlmişlər. Lakin məhkəmənin qənaətinə görə verilmiş olan ərizəyə xüsusi icraat qaydasında baxılmasına və tərəflər arasında bağlanmış olan barışıq sazişinin təsdiq edilməsinə yol verilmir. Əvvəla barışıq sazişi məhkəmə qaydasında o halda təsdiq edilir ki, tərəflərdən hər hansı biri sazişin şərtlərini könüllü icra etməkdən imtina etmiş olsun. Lakin ərizədə bu hallar əsaslandırılmamışdır. Digər tərəfdən barışıq sazişinin icrasından imtina edildikdə, sazişin təsdiqi ilə bağlı ərizənin fiziki şəxsin yaşayış yeri üzrə məhkəməyə verilməli olmasına baxmayaraq, ərizəni verən fiziki şəxsin yaşayış yerinin Bakı şəhəri Nəsimi rayonu ərazisi deyil, Şuşa şəhəri olduğu qeyd edilmişdir. Həmçinin, ailə qanunvericiliyin tələblərinə görə nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilməli olmasına baxmayaraq, barışıq sazişinin təsdiqi ilə bağlı məsələləri tənzimləyən prosessual qanunvericiliyin tələblərinə görə barışıq sazişininin təsdiqi məsələsinə 10 gün ərzində baxılır. Bununla da yuxarıda sadalanmış olan hallar hazırki ərizənin qaytarılması üçün əsas yaradır. Lakin ərizənin qaytarılması Ərizəçi iddia icraatı qaydasında nikahın pozulması və digər tələblər üzrə məhkəməyə müraciət etmək üçün mane deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. - 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. - 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. - 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçiyə yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla, iddia icraatı qaydasında müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər, habelə ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 40,60 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-5240/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5240/2024
21.10.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver