Məhkəmə qərarları › İş №2(006)-530/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-530/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-530/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 18 iyun 2019-cu il tarixli, MAS-930 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE164003 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 18 iyun 2019-cu il tarixli, MAS- 930 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 noyabr 2022-ci il tarixə 3166,57 manat gecikdirilmiş əsas, 669,66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1492,28 manat dəbbə pulu, ümumilikdə 5328,51 manat gecikdirilmiş borc və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 18 iyun 2019-cu il tarixli MAS-930 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE164003 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X4 illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383,77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatını əsas məbləğ təşkil edir. 08 sentyabr 2020-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-930 saylı “öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 18 iyun 2019-cu il tarixli MAS-930 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Eyni zamanda Cavabdeh 18 iyun 2019-cu il tarixli MAS-930 saylı “Daxili lizinq müqaviləsi” üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Eyni zamanda Cavabdeh 18 iyun 2019-cu il tarixli MAS-930 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 noyabr 2022-ci il tarixə 3166,57 manat gecikdirilmiş əsas, 669,66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 1492,28 manat dəbbə pulu, ümumilikdə 5328,51 manat borcu yaranmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə yazılı ərizə təqdim edərək işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılan cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə X4 arasında xx.xx.2019-cu il tarixdə bağlanan MAS-930№-li daxili lizinq müqaviləsindən görünür ki, lizinq verən izinq alanın sifariş etdiyi və lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin əsas məbləğini 13300 manat təşkil etmişdir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE164003 ban nömrəli, ağ rəngli avtomobil alıcı və lizinq alana təhvil verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli, MAS-930№-li öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, öhdəlikləri ötürən İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri öhdəlikləri qəbul edənə ötürmüş, öhdəlikləri qəbul edən isə bu öhdəlikləri ötürənə heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətə, şərtlərlə və qaydada "xxxx" MMC-nin qqarşısında tam həcmdə və lazımınca yerinə yetirməyinə dair öhdəlik götürmüşdür. Mülki işin materiallarında olan 08 sentyabr 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, X4 və Cavabdeh X3 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD ” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmışdır. Mülki işin materiallarında olan 16 noyabr 2022-cinil tarixli Arayışdan görünür ki, borclu Cavabdeh “daxili lizinq müqaviləsi” üzrə 14 noyabr 2022-ci il tarixə 3166.57 manat əsas borc, 669.66 manat mükafat borcu, 1492.28 manat cərimə borcu yaranmışdır. Mülki işin materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. Mülki işin materiallarında olan mədaxil qəbzlərindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. 748-11-ci maddəsinə əsasən,lizinq şdənişlərinin ümumi məbləğinə (lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər,lizinq verənin mükafatının məbləği, lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. “Daxili lizinq müqaviləsi”nin 9.1-ci maddəsinə əsasən lizinq alan lizinq ödənişlərini bu müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətləri üzə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə və ya 15 təqvim günündən artıq müddətə 3 dəfədən artıq ödənişi gecikdirdikdə lizinq verən lizinq alanı 1 ay əvvəlcədən xəbərdar etməklə lizinq müqaviləsinə birtərəfli qaydada xitam verə bilər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətinə illik 1% həcmində mükafat məbləği hesablanmışdır. İşin materiallarından göründüyü kimi cavabdeh lizinq obyektini istifadəsinə qəbul edərək, iddiaçıya müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə öhdəlik götürmüş, lakin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödənişləri gecikdirmiş və beləliklə də iddiaçı ilə bağladığı müqavilənin şərtlərini pozmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə X4 arasında xx.xx.2019-cu il tarixdə “Daxili lizinq müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE164003 ban nömrəli, ağ rəngli avtomobil X3 müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş, xx.xx.2020-ci il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən isə Cavabdeh “Daxili lizinq müqaviləsi” üzrə İddiaçı MMC qarşısında bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 13300 manat təşkil edir. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun İddiaçı MMC-yə borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin qeyd olunan müqavilə üzrə xx.xx.2022-ci il tarixə gecikdirilmiş 3166,57 manat əsas borcu, 669,66 manat mükafat borcu, 1492,28 manat cərimə borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Lizinq alan cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan qaydada və həcmdə ödəmədiyindən, lizinq verən iddiaçının pul məbləğini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ yarandığından, lizinq müqaviləsi ləğv edilməli və borc tutulmalıdır. Eyni zamanda məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 75 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə bağlanmış 18 iyun 2019-cu il tarixli, MAS-930 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilməli, Lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE164003 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmalıdır. Cavabdeh 18 iyun 2019-cu il tarixli, MAS- 930 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə yaranmış 3166,57 manat məbləğində əsas borc, 669,66 manat məbləğində gecikdirilmiş mükafat və 75 manat məbləğində dəbbə pulu, ümumilikdə 3911,23 manat məbləğində pul vəsaiti və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə bağlanmış 18 iyun 2019-cu il tarixli, MAS-930 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilsin. Lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE164003 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın. Cavabdeh 18 iyun 2019-cu il tarixli, MAS-930 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə yaranmış 3166,57 manat məbləğində əsas borc, 669,66 manat məbləğində gecikdirilmiş mükafat və 75 manat məbləğində dəbbə pulu, ümumilikdə 3911,23 manat məbləğində pul vəsaiti və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar