Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4324/2025 15.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maraqlı şəxs qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti olmaqla “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maraqlı şəxs qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti olmaqla “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6245 manat və ödənilmiş 83 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6328 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, Cavabdeh onun qızının əri olmuşdur. Cavabdeh xx.xx.2018-ci ildə Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətindən 7000 manat kredit götürmüşdür. Kredit götürülən məbləğin təminatı məqsədilə xx.xx.2019-cu ildə onunla zaminlik müqaviləsi bağlanmışdır. Əsas borclu olan cavabdeh kredit borcunu ödəmədiyinə görə, kredit müqaviləsi üzrə ödənişlər onun "xxxx" QSC-dən aldığı əmək haqqına yönəlmişdir. Əmək haqqından 2023-cü ildə 2975 manat və 2024-cü ildə 3270 manat olmaqla, cəmi 6245 manat pul tutularaq, Maraqlı şəxs QSC-yə ödənilmişdir. Bunu Maraqlı şəxs QSC-nin OUT-2024/10/15-62 saylı (№ 108854) məktubu təsdiq edir. Dəfələrlə cavabdehdən zamin kimi ödədiyi 6245 manat pulun qaytarılmasını xahiş etsə də, o, əsassız bəhanələrlə bundan imtina etmişdir. Lakin daha sonra cavabdeh tərəfindən ona 1100 manat ödəniş edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh və maraqlı şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh iddiaya yazılı qaydada etiraz verərək bildirmişdir ki, tələb edilən borc məbləği ilə razı deyildir. Belə ki, o, Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətindən 7000 manat məbləğində kredit götürmüşdür. Ödənişləri gecikdirdiyinə görə, ona zamin olan keçmiş qaynatası olan İddiaçı əmək haqqından pullar tutulmağa başlanılmışdır. O da aylar ərzində əmək haqqından tutulan pulları iddiaçıya qaytarmışdır. Hər ay tutulan pulları vaxtlı-vaxtında iddiaçıya qaytarmışdır. İddiaçının qızı, yəni keçmiş arvadı X1 ilə münasibətləri pisləşən zaman evdən gedərkən onun 2200 manat pulunu icazəsiz götürüb aparmışdır. Onun hazırda iddiaçıya heç bir borcu yoxdur. İddiaçının qızının ona 5000 manat aliment borcu yığıldığına görə, borcun əvəzləşdirilməsi üçün hazırkı iddia qaldırılmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh etirazın məzmununa uyğun izahat vermişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinin 108854 saylı məktubundan görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə zamin qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında 7000 həcmində borc öhdəliyi mövcud olmuşdur. Həmin borc öhdəliyini tam olaraq yerinə yetirmiş və hazırda həmin kredit razılaşması üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında zamin qismində öhdəliyi mövcud deyildir. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş iddiaçının gəlir məlumatlarından görünür ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində elektromexanik vəzifəsi üzrə işləyir və 564 manat əmək haqqı alır. - Azərbaycan Beynəlxalq Bankına məxsus “A” formatlı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının çıxarışından görünür ki, ödəyici "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vəsaiti alan Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinə 1 manat komissiya məbləği olmaqla 390,73 manat məbləğində pul köçürülmüşdür. - Azərbaycan Beynəlxalq Bankına məxsus “A” formatlı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının çıxarışından görünür ki, ödəyici "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vəsaiti alan Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinə 1 manat komissiya məbləği olmaqla 449,36 manat məbləğində pul köçürülmüşdür. - Azərbaycan Beynəlxalq Bankına məxsus “A” formatlı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının çıxarışından görünür ki, ödəyici "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vəsaiti alan Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinə 1 manat komissiya məbləği olmaqla 340,39 manat məbləğində pul köçürülmüşdür. - Azərbaycan Beynəlxalq Bankına məxsus “A” formatlı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının çıxarışından görünür ki, ödəyici "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vəsaiti alan Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinə 1 manat komissiya məbləği olmaqla 687,51 manat məbləğində pul köçürülmüşdür. - Azərbaycan Beynəlxalq Bankına məxsus “A” formatlı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının çıxarışından görünür ki, ödəyici "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vəsaiti alan Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinə 1 manat komissiya məbləği olmaqla 46,33 manat məbləğində pul köçürülmüşdür. - Azərbaycan Beynəlxalq Bankına məxsus “A” formatlı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının çıxarışından görünür ki, ödəyici "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vəsaiti alan Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinə 1 manat komissiya məbləği olmaqla 334,60 manat məbləğində pul köçürülmüşdür. - Azərbaycan Beynəlxalq Bankına məxsus “A” formatlı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının çıxarışından görünür ki, ödəyici "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vəsaiti alan Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinə 1 manat komissiya məbləği olmaqla 361,51 manat məbləğində pul köçürülmüşdür. - Azərbaycan Beynəlxalq Bankına məxsus “A” formatlı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının çıxarışından görünür ki, ödəyici "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vəsaiti alan Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinə 1 manat komissiya məbləği olmaqla 367,16 manat məbləğində pul köçürülmüşdür. - Azərbaycan Beynəlxalq Bankına məxsus “A” formatlı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının çıxarışından görünür ki, ödəyici "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vəsaiti alan Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinə 1 manat komissiya məbləği olmaqla 399,24 manat məbləğində pul köçürülmüşdür. - Azərbaycan Beynəlxalq Bankına məxsus “A” formatlı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının çıxarışından görünür ki, ödəyici "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vəsaiti alan Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinə 1 manat komissiya məbləği olmaqla 361,51 manat məbləğində pul köçürülmüşdür. - Azərbaycan Beynəlxalq Bankına məxsus “A” formatlı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının çıxarışından görünür ki, ödəyici "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vəsaiti alan Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinə 1 manat komissiya məbləği olmaqla 503,06 manat məbləğində pul köçürülmüşdür. - Azərbaycan Beynəlxalq Bankına məxsus “A” formatlı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının çıxarışından görünür ki, ödəyici "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vəsaiti alan Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinə 1 manat komissiya məbləği olmaqla 361,51 manat məbləğində pul köçürülmüşdür. - Azərbaycan Beynəlxalq Bankına məxsus “A” formatlı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının çıxarışından görünür ki, ödəyici "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vəsaiti alan Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinə 1 manat komissiya məbləği olmaqla 386,44 manat məbləğində pul köçürülmüşdür. - Azərbaycan Beynəlxalq Bankına məxsus “A” formatlı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının çıxarışından görünür ki, ödəyici "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vəsaiti alan Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinə 1 manat komissiya məbləği olmaqla 454,80 manat məbləğində pul köçürülmüşdür. - Azərbaycan Beynəlxalq Bankına məxsus “A” formatlı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının çıxarışından görünür ki, ödəyici "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vəsaiti alan Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinə 1 manat komissiya məbləği olmaqla 310,96 manat məbləğində pul köçürülmüşdür. - Azərbaycan Beynəlxalq Bankına məxsus “A” formatlı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının çıxarışından görünür ki, ödəyici "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən vəsaiti alan Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinə 1 manat komissiya məbləği olmaqla 343,46 manat məbləğində pul köçürülmüşdür. - AccesBank" Qapalı Səhmdar Cəmiyyətinə aid hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh qeyd olunan kredit üzrə cəmi 2841 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən, bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətindən 7000 manat kredit götürmüşdür. Kredit götürülən məbləğin təminatı məqsədilə xx.xx.2019-cu ildə İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Əsas borclu olan cavabdeh kredit borcunu ödəmədiyinə görə, kredit müqaviləsi üzrə ödənişlər iş üzrə iddiaçı olan zaminin əməkhaqqına yönəldilmiş və borc məbləğinin ödənilməsi üçün onun əmək haqqından aylıq tutmalar aparılmışdır. İddiaçının əmək haqqından 16 ay ərzində 16 manat komissiya məbləği və 6098,57 manat məbləğində pul vəsaiti Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürülmüşdür. Cavabdeh iddiaçının əmək haqqından tutulan pulların ona qaytardığını, hazırda iddiaçıya heç bir borcu olmadığını bildirsə də, lakin pulun qaytarıldığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı isə, cavabdehin ona cəmi 1100 manat qaytardığını bildirir. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutları nəzərə alıb belə nəticəyə gəlir ki, iddia tələbi Cavabdeh 5014,57 (6098,57+16=6114,57, 6114,57-1100=5014,57) manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 83 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələblərini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 83 manat dövlət rüsumunun 70,14 manat hissəsi cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5014,57 manat məbləğində pul vəsaiti və 70,14 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5014,57 (beş min on dörd manat, əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti və 70,14 (yetmiş manat, on dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4324/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4324/2025
15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver