Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1148/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona qarşı edilən psixoloji təsirlərə görə 1500 AZN pul vəsaitinin tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixində Cavabdeh MMC vasitəsilə Kanadaya 10 kq-lıq bağlama yola salmışdır. Cavabdehdan bildirmişlər ki, bağlama maksimum 3 həftəyə ünvana çatdırılacaqdır. Mart ayının 2-12-nə qədər, dəfələrlə gedib cavabdehə müraciət edib ki, bağlama ünvana çatmamışdır. xx.xx.2020-ci il tarixdə ondan ərizə alınıb ki, sorğu veriləcək, 1 ay müddətində cavab veriləcək. Lakin cavab verilmədi. xx.xx.2020-ci il tarixdə Cavabdeha ərizə ilə müraciət edərək, bağlama haqqında ona rəsmi cavab verilməsini tələb etdi. Lakin ona bildirdilər ki, axtarış gedir, 3 ay daha gözləməlidir. Onun 68 yaşı var və 2010-cu ildə açıq ürək əməliyyatı keçirib, ömürlük dərman qəbul edir. Cavabdehun mart-aprel aylarında telefonla dedikləri yalanlar səbəbindən 2 dəfə stres və psixoloji təsirə məruz qalmışdır, təzyiqi yüksəlmişdir, artıq səbri tükənib. Cavabdeh isə bağlama haqqında ona məlumat vermir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və eyni zamanda bildirdi ki, onun xx.xx.2020-ci il tarixində poçta verdiyi bağlama 1-2 gün sonra yola salınmışdır. Bağlama Almaniyada da gecikməmiş, Kanada aviasiyasına verilmiş, lakin hansısa səbəbdən 40 gün Kanadada qalmış və vaxtında ünvana çatdırılmamışdır. Cavabdeh bağlamanın vaxtında ünvana çatdırılmasına nəzarət etməmiş, çatdırılmanın gecikməsi səbəbləri ilə maraqlanmamışdır. Hal-hazırda cavabdeh ona məktubla bildirmişdir ki, Beynəlxalq Müştəri Xidmətləri sistemindəki məlumata əsasən onun göndərdiyi bağlama xx.xx.2020-ci il tarixdə ünvanı üzrə alıcısına çatdırılmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini, ona vurulan mənəvi ziyanın əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, iddiaçının xx.xx.2020-ci il tarixində poçta verdiyi bağlama vaxtında yola salınmışdır. Bağlama Almaniyada da gecikməmiş, Kanada aviasiyasına verilmiş, lakin dünyada baş verən pandemiya səbəbindən 40 gün Kanadada qalmış və vaxtında ünvana çatdırılmamışdır. Lakin cavabdehin bu gecikmə ilə bağlı heç bir təqsiri yoxdur. Ona görə də, iddianın əsassız iddia kimi rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və Cavabdeh MMC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. İşdə olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış məktublardan görünür ki, beynəlxalq poçt göndərişi ilə Kanadaya ünvanlanmış bağlama xx.xx.2020-ci il tarixdə ünvanına çatmışdır. İşdə olan Tahir Qurbanov tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ərizədən görünür ki, iddiaçı tərəfindən bağlamanın tərkibi izah edilmiş və bağlamanın ünvana çatması ilə bağlı 10 aprel tarixədək məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7№-li Qərarında da Plenum izah etmişdir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edilmədi. Halbuki sübutetmə yükü baxımından iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. İddiaçı iddiasının konkret faktlarla sübuta yetirilmədiyi, həmçinin məhkəmə tərəfindən iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulmadığı qənaətinə gəlindiyi, habelə iddiaçıya konkret hansı mənəvi ziyanın vurulmasını müəyyənləşdirmədiyi üçün, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaşıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1148/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1148/2020
10.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver