Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1274/2021 02.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi L.H.Orucevanın iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyinin 6 nömrəli Bakı Peşə Məktəbinə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyinin 6 nömrəli Bakı Peşə Məktəbinə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyinin 6 nömrəli Bakı Peşə məktəbinin 01.10.2018-ci il tarixli 62 nömrəli əmri ilə aralarında bağlanmış Əmək müqaviləsinə əsasən 1 illik əmək müqaviləsi ilə gənclərin çağrışaqədərki hərbi rəhbəri vəzifəsinə təyin olunmuşdur. 10.10.2019-cu il tarixdə Bakı Peşə məktəbinin direktoru Fizuli Talıbov onunla Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə ya və göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddəti müəyyən edilmədən əmək müqaviləsi bağlanmalı olmasına baxmayaraq, Əmək Məcəlləsinin 45-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq təkrarən 1 il müddətinə əmək müqaviləsi bağlamışdır. Mövcud əmək müqaviləsinin müddəti bitmədən 6 nömrəli Bakı Peşə məktəbinin 15.09.2019-cu il tarixli 62 nömrəli əmrilə cavabdeh tərəfindən heç bir əsas olmadan o, məlumatlandırmadan, ona bildiriş verilmədən, 2-ci dərəcəli “Şəkərli diabet” xəstəsi olması, hərbi müəllim fəaliyyətini davam etdirmək üçün “Qarabağ müharibəsi veteranı” və 2-ci qrup Qarabağ Əlil, ehtiyyatda olan zabit (polkovnik) kimi üstünlüklərin olması nəzərə alınmadan ona qarşı qərəzli mövqe tutularaq əmək müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. 6 nömrəli Bakı Peşə məktəbinin Direktoru Talıbov öz qohumunu onun yerinə müqavilə bağlayaraq işə götürmüşdür. “Peşə Təhsil Müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinə onun tərəfindən müraciət etməsinə baxmayaraq, nəticəsiz qalmışdır. Dövlətin o, qəbildən olan insanlara böyük dəstək və kömək göstərilməsi cənab X8 tərəfindən dəfələrlə vurğulanmışdır. Onunla müddətsiz əmək müqaviləsi bağlamaq əvəzinə, müddətli müqaviləyə qol çəkdirmişdir. Cavabdehlə onun arasında bağlanmış və hal-hazırda cavabdeh tərəfindən xitam verilmiş əmək müqaviləsinin surəti ona təqdim edilməmişdir. Bununla da cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü bəndinin tələbinə riayət etməmişdir. Həmin müəssisədə işlədiyi müddətdə hər hansı qüsur olmamışdır. Heç bir əsas olmadan cavabdeh onu tutduğu vəzifədən azad edərək əmək müqaviləsinə xitam vermişdir. Hesab edir ki, cavabdeh əsassız və qanunsuz olaraq onu işdən azad etmişdir. 6 nömrəli Bakı Peşə məktəbinin X4 cənabları Əmək Məcəlləsinin 45-68-78-79-cu maddələrini kobud şəkildə pozmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Bakı Peşə məktəbinin 15.09.2020-cu il tarixli 54 nömrəli əmrinin ləğv edilməsi, onunla müddətsiz müqavilə bağlanılmaqla əvvəl tutduğu vəzifəyə gənclərin çağrışaqədərki hərbi rəhbəri – hərbi müəllim vəzifəsinə bərpa edilməsi və əmək haqqının tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, 14.09.2020ci ildə o, məktəbə gələrkən səhhətində problem yaranmış, bununla əlaqədar 103 xidmətinə zəng etmiş, çağırışa “Təcili Yardım” avtomaşını gəlmiş, həkim onu müayinə etmiş və tibbi yarıdm göstərmişlər. 15.09.2020-ci il tarixdə isə xəstəliyi ilə əlaqədar xəstəlik vərəqəsi açılmışdır. Bu barədə məktəbi məlumatlandırmışdır. Həmin halları təsdiq dən sübutları məhkəməyə təqdim etmişdir. hesab edir ki, onun işdən çıxarılması qərəzlidir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, İddiaçı 01.10.2018-ci il tarixdə 1 illik əmək müqaviləsi ilə məktəbin gənclərin çağırışaqədərki hərbi rəhbər vəzifəsinə keçmiş Y.Səfərov tərəfindən qəbul edilmiş və 2 il ərzində bu vəzifə üzrə 1 ildən bir müqavilə bağlanmışdır. İddiaçı 19.02.2019-14.03.2019-cu il, 22.03.2019-06.05.2019-cu il, 07.05.2019-11.05.2019-cu il, 29.07.2019-08.08.2019-cu il, 28.08.2019-14.09.2019-cu il, 16.09.2019 - 11.10.2019-cu il, 07.02.2020 - 24.02.2020-ci il, 25.02.2020 - 22.03.2020-ci il tarixlərində əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən mütəmadi olaraq işə çıxmamışdır. Eyni zamanda sonuncu dəfə məktəbə təqdim etdiyi büllitenin tarixi 2020-ci ilin may ayında olmuşdur. Sentyabr ayında büllitendə olma barədə nə onlara məlumat verilmiş, nə də tibbi sənəd təqdim edilmişdir. İddiaçı 31.07.2020-ci il tarixdə əmək müəzuniyyətinə çıxmış və 14.09.2020-ci il tarixdə işə qayıtmalı idi. Onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə 15.09.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsi ilə xitam verilmişdir. İşdən azad olunmamışdan əvvəl iddiaçıya əmək müqaviləsinin sonu ilə onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumat da verilmişdir. Əmr tam qanunidir və bu səbəbdən iddianı əsassız hesab edir və onun rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 25.10.2017-ci il tarixli arayışından görünür ki, İddiaçı 2-ci qrup əlildir, ona qoyulmuş diaqnoz “Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı asteno-nevrotik (ipoxondrik-affektiv) vəziyyət”dir, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqəli yaranmışdır. İş üzrə 18.05.2018-ci il tarixli 3 nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, e.o.p-k İddiaçı “Müharibə veteranları və beynəlmiləlçi hərbçilər” İctimai Birliyinin üzvüdür və hüquqi işlər və mətbuat rəisi vəzifəsini tutur. İş üzrə 11.09.2019-cu il tarixli 001 nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, İİ qrup Qarabağ qazisi İddiaçı “Azərbaycan Respublikası şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi” X1 rayon şöbəsinin üzvüdür. İş üzrə “Müharibə veteranları və beynəlmiləlçi həbrçilər” İctimai Birliyi tərəfindən verilmiş 26.10.2020-ci il tarixli arayışın kserosurətindən görünür ki, İddiaçı 02.10.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək hərbi əməliyyatlar zonasında hərib təlimlərə cəlb olunmuşdur. İş üzrə 6 No-li Bakı Peşə Məktəbi ilə İddiaçı arasında bağlanmış 01.10.2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı hərbi rəhbər vəzifəsinə işə qəbul olunmuş, həmin əmək müqaviləsi 01.10.2018-ci il tarixdən qüvvəyə minir və bir il müddətinə 01.10.2019-cu il tarixədək bağlanmışdır. İş üzrə 6 No-li Bakı Peşə Məktəbi üzrə 01.10.2018-ci il tarixli 62 nömrəli əmrin kserosurətindən görünür ki, X7 01.10.2018-ci il tarixdən əmək müqaviləsinə əsasən məktəbin gənclərin çağırışa qədər hərbi rəhbəri vəzifəsinə qəbul edilmişdir. İş üzrə xxxxxxx000200 saylı, 09.10.2018-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş 09.10.2018-ci il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, İddiaçı hərbi müəllim vəzifəsinə qəbul olunmuş və onunla əmək müqaviləsi 01.10.2018-ci il tarixdən 01.10.2019-cu il tarixədək bağlanılmışdır. İş üzrə 6 No-li Bakı Peşə Məktəbinin əlillik dərəcəsinə görə əmək haqqında faiz dərəcəsinin artırılması 21.11.2018-ci il tarixli 75 No-li əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.1994-cü il tarixli 185 No-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks proqram”ın 5.4-cü bəndini və əmək kollektivinin razılığını nəzərə alaraq gənclərin çağırışa qədərki hazırlığı üzrə hərbi rəhbər İddiaçı əmək haqqı 21.11.2018-ci il tarixdən 25% artırılmışdır. İş üzrə 6 No-li Bakı Peşə Məktəbi ilə İddiaçı arasında bağlanmış 01.10.2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı hərbi rəhbər vəzifəsinə işə qəbul olunmuş, həmin əmək müqaviləsi 01.10.2019-ci il tarixdən qüvvəyə minir və 15.09.2020-ci il tarixədək bağlanmışdır. İş üzrə xxxxxxx000203 saylı, 09.10.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş 09.10.2019-cu il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, İddiaçı 01.10.2018-ci il tarixdə hərbi müəllim vəzifəsinə qəbul olunmuş və onunla əmək müqaviləsi 01.10.2019-cu il tarixdən 15.09.2020-ci il tarixədək bağlanılmışdır. İşçinin aylıq əmək haqqı 393,75 manat (əvvəlki 375 manat) təşkil etmişdir. İş üzrə 6 No-li Bakı Peşə Məktəbi tərəfindən İddiaçı göndərilmiş 03.09.2020-ci il tarixli teleqramın surətindən görünür ki, 6 No-li Bakı Peşə Məktəbində hərbi rəhbər vəzifəsində işləyən İddiaçı işəgötürən tərəfindən bağlanılmış müddətli əmək müqaviləsi (kontrakt) 15.09.2020-ci il tarixdə bitəcəkdir. Nəzərə almasını xahiş olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 6 No-li Bakı Peşə Məktəbinin 15.09.2020-ci il tarixli 54 saylı əmrin surətinin İddiaçı aid olan hissədən görünür ki, İddiaçı 15.09.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən tutduqları vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Azərbaycan Respublikasının Əmək Məcəlləsi və işçilərin əmək müqavilələri. İş üzrə xxxxxxx0002X0 saylı, 15.09.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş 15.09.2020-ci il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, İddiaçıla əmək müqaviləsi 01.10.2018-ci il tarixdə bağlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 6 No-li Bakı Peşə Məktəbinin direktoru F.K.Talıbova ünvanlanmış 28.09.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, X7 hərbi rəhbər vəzifəsində işləyə bilməz. O, əsəb gənginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər. İş üzrə 6 No-li Bakı Peşə Məktəbi tərəfindən İddiaçı ünvanlanmış 02.12.2020-ci il tarixli 105 nömrəli məktubun surətindən görünür ki, X3 6 No-li Bakı Peşə Məktəbində 15.09.2020-ci il tarixdə əmək müqaviləsinin müddəti bitmə səbəbi ilə işdən azad olmasına baxmayaraq hələ də kadrlar şöbəsindən əmək kitabçasını təhvil almamışdır. 3 iş günü ərzində məktəbə yaxınlaşıb kadrlar şöbəsindən əmək kitabçasını təhvil almasını xahiş etmişlər. İş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2743/2021 saylı, 31.03.2021-ci il tarixli qərardaddan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “işə bərpa, əmək haqqının tam ödənilməsi və müddətsiz müqavilənin bağlanması” tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır. İş üzrə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ”Bakı şəhər Təcili və X2 Stansiyası” X12 tərəfindən İddiaçı ünvanlanmış 19.05.2021-ci il tarixli məktubun surətindən görünür ki, 14.09.2020ci il tarixdə saat 12.14-də “103” xidmətinə 6 nömrəli Peşə məktəbinin özünə ünvanından Akifin (56 yaş) adına “ürəyi” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 19 saylı bölməsinin həkimi X13 icra edərək xəstə İddiaçı (58 yaş) “Essensial hipertenziya” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin Tibb İdarəsinin 1 saylı poliklinikası tərəfindən verilmiş 06.04.2021-ci il tarixli 298 saylı tibbi arayışın kserosurətindən görünür ki, İddiaçı 12.08.2013-cü ildən DİN-nin 1 saylı poliklinikasında tibbi qeydiyyatdadır və 25.02.2020-ci ildən “Şəkərli diabet tip 2” diaqnozu il dispanser qeydiyyatdadır. İş üzrə Azərbaycan Respublikası DİN-nin Tibb İdarəsinin 1 saylı poliklinikası tərəfindən verilmiş 18.05.2021-ci il tarixli 461 saylı tibbi arayışın kserosurətindən görünür ki, İddiaçı 12.08.2013-cü ildən DİN-nin 1 saylı poliklinikasında tibbi qeydiyyatdadır. 15.09.2020-ci il tarixdən 30.09.2020-ci il tarixədək həqiqətən “Baş beyin qan dövranın işemik tipli pozulması” diaqnozu ilə xəstənin vərəqəsi açılmış, qeyd olunan tarixlərdə işdən azad edilməsi barədə əmək qabiliyyətinin olunmaması vərəqəsi verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 01.10.2018-ci il tarixdə 1 illik əmək müqaviləsi bağlanılmış və iddiaçı gənclərin çağırışaqədərki hərbi rəhbəri vəzifəsinə işə qəbul edilmişdir və 2 il ərzində bu vəzifə üzrə 1 ildən bir müqavilə bağlanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, 15.09.2020-ci ildə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmiş və iddiaçı işdən azad edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh onunla əmək müqaviləsinə qanunsuz əsaslarla xitam vermişdir. Belə ki, cavabdeh tərəfindən onu məlumatlandırmadan, ona bildiriş verilmədən, 2-ci dərəcəli “Şəkərli diabet” xəstəsi olması, hərbi müəllim fəaliyyətini davam etdirmək üçün “Qarabağ müharibəsi veteranı” və 2-ci qrup Qarabağ Əlili, ehtiyyatda olan zabit (polkovnik) kimi üstünlüklərin olması nəzərə alınmadan ona qarşı qərəzli mövqe tutularaq əmək müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Bu səbəbdən iddiaçı 15.09.2020-ci il tarixli 54 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və əmək haqqının tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçının onunla bağlanmış əmək müqaviləsinin müddətsiz olması lə bağlı dəlillərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. AR Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bədinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müddətli bağlanıla bilər. İdidaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsindən görünür ki, həmin müqavilə müddətli, yəni 01.10.2019-cu il tarixdən 15.09.2020-ci il tarixədək bağlanılmış və tərəflər qarşılıqlı razılıqla müqavilənin müddətini müəyyən etmişlər. Məhkəmə hesab edir ki, əmək müqaviləsi qanunun tələblərinə uyğun bağlandığı üçün, həmin müqavilənin müddətsiz bağlanmalı olması ilə bağlı iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə iddiaçının işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 78 və 79-cu maddəsinin tələblərinin pozulması ilə bağlı gətirdiyi dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər də əsaslı hesab edilə bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olmuşdur və əmək müqaviləsinə xitam verilməsinin əsası onun müddətinin bitməsi olmuşudr. Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbləri işəgötürən tərəfindən ştatlar ixtisar olunarkən və ya işçilərin sayı azaldılarkən tətbiq olunur. Yəni iddiaçı ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verildiyi üçün, Əmək Məcəlləsinin 78-ci maddəsinin müddəalarının nəzərə alınması tələb olunmur. AR Əmək Məcəlləsinin 79-cu maddəsinə gəldikdə məhkəmə qeyd edir ki, həmin maddənin 1ci bəndinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə əmək müqaviləsinin ləgv edilməsi qadağan edilir. İddiaçı əmək müqaviləsinə xitam verilərkən xəstə olmasını və əmək qabiliyyətinin olmadığı göstərmişdir və bu halı təsdiq edən tibbi arayışı məhkəməyə təqdim etmişdir. Lakin iddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qabiliyyətinin olmamasını iddia etsə də, belə bir sənədi işəgötürənə təqdim etməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş tibbi arayışda ona 15.09.2020-ci il tarixdən əmək qabiliyyətinin olmaması vərəqəsinin açılması qeyd olunsa da, belə bir sənədin sonradan verilməsi hər hansı sübutla təsdiq olunmur. Belə ki, əmək qabiliyyətinin olmamasına dair tibbi sənədin forması müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş qaydada verilir və “Əmək qabiliyyətinin olmaması vərəqəsi” adlandırılaraq müvafiq qaydada tərtib olunur. Yalnız qanunla müəyyən edilmiş formanın tələblərinə cavab verən tibbi sənəd işəgötürən tərəfindən nəzərə alına ilər. Lakin iddiaçı 15.09.2020-ci il tarixdən əmək qabiliyyətinin olmamasını təsdiq edən və qanunla müəyyən edilmiş tibbi sənədi işəgötürənə təqdim etmədiyi üçün, eyni zamanda belə bir sənədin açılması təqdim edilmiş tibbi arayışda öz təsdiqini tapmasa da, lakin onun verilməsi hər hansı sübutla təsdiq olunmadığı üçün, əmək müqaviləsinə onun müddətinin bitməsi ilə əlaqədar cavabdeh tərəfindən qəbul edilmiş əmr tam qanuni olmuşdur. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Beləliklə məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin xitam verilməsi barədə 15.09.2020-ci il tarixli 54 nömrəli əmr tam qanuni olduğu üçün, həmin əmrin ləğv edilməsi, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanılmaqla onun əvvəlki tutduğu vəzifədə bərpa edilməsi və əmək haqqının ödənilməsi barədə iddia tələbləri tam əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin 6 nömrəli Bakı Peşə Məktəbinə qarşı 15.09.2020-ci il tarixli 54 nömrəli əmrin ləğvi, iddiaçı ilə müddətsiz müqavilə bağlanılmaqla əvvəl tutduğu vəzifəyə gənclərin çağırışaqədərki hərbi rəhbəri – hərbi müəllim vəzifəsinə bərpa edilməsi və əmək haqqının tam ödənilməsi barədə iddia tələbləri təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1274/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1274/2021
02.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver