Məhkəmə qərarları › İş №2(009)-201/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-201/2020

11.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-201/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı nümayəndəsi Z.R.Qurbanovun iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixli, T/17227 «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə» əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İBnin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00880 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1202AQ**********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (bu müqavilənin və «X2»nın tələblərinə əməl etmək) və «X2»nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən «Təbii X2n pozulması haqqında» aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 365,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 90 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 93 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 85,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 549 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, cəmi 2454 manat İddiaçınə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2454 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2384,50 manat (ödəniş etdikdən sonra) pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurət yaranmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş «İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən istehlakçılar tərəfindən X2nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehsalçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən «X2»nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2384,50 manat məbləğində dəymiş ziyanın, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2414,50 manat pulun məcburi qaydada tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi qurbanov Zaur Rəşid oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mükmün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə “Paylayıcı” qismində İddiaçı İB-nin RQSD-nin rəisi X1 ilə X3 arasında bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli T/17227 saylı müqaviləsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İş üzrə təbii X2nın pozulması haqqında ******* saylı aktın kserosurətindən görünür ki, abonent sayğacdan kənar bir ədəd QSSQ-dən qeyri-qanuni istifadə edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir.İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərarın kserosurətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2018-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunması, 97 və 83 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 1827 kub metr əlavə sərfiyyat, yəni 365,40 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X2nın pozulması haqqında ******* saylı aktın kserosurətindən görünür ki, abonent sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərarın kserosurətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2018-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 450 kub metr əlavə sərfiyyat, yəni 90 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X2nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni yolla istifadə olunması, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərarın kserosurətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2018-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunması, 31 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 465 kub metr əlavə sərfiyyat, yəni 93 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X2nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni qoşulma aşkar olunması, istehlakçıya itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərarın kserosurətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2018-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 648 kub metr əlavə sərfiyyat, yəni 129,60 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X2nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni qoşulma aşkar olunması (yalnız samovardan istifadə olunur), istehlakçıya itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərarın kserosurətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2018-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunması, 16 və 7 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 429 kub metr əlavə sərfiyyat, yəni 85,80 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X2nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni qoşulma aşkar olunması, istehlakçıya itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərarın kserosurətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2018-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 666 kub metr əlavə sərfiyyat, yəni 133,20 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X2nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunması, xx.xx.2018-ci il tarixli 284 nömrəli xidməti məlumata əsasən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərarın kserosurətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2018-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 1098 kub metr əlavə sərfiyyat, yəni 219,60 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X2nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, sayğacdan kənar təbii qazdan istifadə aşkar edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərarın kserosurətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2019-cu il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 150 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 5490 kub metr əlavə sərfiyyat, yəni 549 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X2nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, abonent mənzilində qeyri-qanuni sayğacdan kənar təbii qazdan istifadə edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərarın kserosurətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2019-cu il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 1098 kub metr əlavə sərfiyyat, yəni 109,80 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X2nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, abonent mənzilində qeyri-qanuni sayğacdan kənar təbii qazdan istifadə edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərarın kserosurətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2019-cu il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 1098 kub metr əlavə sərfiyyat, yəni 109,80 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X2nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edildiyi aşkar olunması, dəymiş ziyanın hesablanması və ödənilməsi göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərarın kserosurətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2019-cu il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 324 kub metr əlavə sərfiyyat, yəni 32,40 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X2nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, mənzilin qaz sayğacına baxış zamanı abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir.İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərarın kserosurətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2019-cu il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 324 kub metr əlavə sərfiyyat, yəni 32,40 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təbii X2nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar qeyriqaquni təbii qazdan istifadə edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş üzrə İddiaçı İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərarın kserosurətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2019-cu il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 324 kub metr əlavə sərfiyyat, yəni 32,40 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 31431 saylı rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, ö/t 88 saylı fərdi yaşayış evinə baxış keçirilən zaman sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilmədi. Paylayıcı qaz xəttinin üzərində 5 sm uzunluğunda sonluğu bağlı vəziyyətdə olan borucuq vardır ki, həmin borucuq vardır ki, həmin borucuq vasitəsilə sayğacdan kənar təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Lakin abonentin həmin borucuq vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edibetməməsi, etdiyi halda hansı müddət ərzində etməsi məsələsi məhkəmə tərəfindən araşdırmalarla həll edilə bilər. Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, ö/t 88 saylı fərdi yaşayış evinə sayğacdan kənar hər hansı kənar qoşulma halı aşkar edilmədiyi üçün qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı. Məhkəmə verilmiş iddia tələbi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «X2nın Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaları»nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, İddiaçı İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli, T/17227 saylı müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Qeyd edilən müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsi görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və «X2»nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Adı çəkilən müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir kub.metr üçün 0,10 manat məbləğində müəyyən edilir. «X2nın Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı İB-nin əməkdaşları cavabdehin yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirmişlər və baxış zamanı cavabdehin özbaşına olaraq qaz xəttinə qoşulması faktlarını aşkar etmişlər. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında verilən rəylə müəyyən edilmişdir ki, cavabdehin yaşayış evində paylayıcı qaz xəttinin üzərində 5 sm uzunluğunda baxış zamanı sonluğu bağlı vəziyyətdə olan borucuğun olması müəyyən edilmişdir. Həmin rəydə eyni zamanda həmin borucuq vasitəsi ilə sayğacdan kənar təbii qazın istifadəsinin texniki cəhətdən mümkün olması müəyyən edilmişdir. Məhkəmə cavabdehin həmin sayğacdan kənar boru xəttindən istifadə etməməsini və bu əsasla tərtib edilmiş aktların qanunsuz olması barədə dəlillərini müzakirə edərək hesab edir ki, həmin aktlar tərtib edilərkən faktın təsdiqi kimi müvafiq foto şəkillər çəkilmiş, eyni zamanda aktı tərtib edən şəxslərin cavabdehə münasibətdə hər hansı qərəzin olması da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin həmin boru xəttindən istifadə etməməsi barədə dəlillərini əsassız hesab edir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə məxsus fərdi evdə “X2”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə faktı aşkar olunduğu üçün aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdehə xx.xx.2018-ci il tarixli ******* nömrəli akta əsasən hesabat müddəti 97 və 83 gün nəzərə alınmaqla 1827 kub metr, xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 450 kub metr, xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 31 gün nəzərə alınmaqla 465 kub metr, xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 648 kub metr, xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 16 və 7 gün nəzərə alınmaqla 429 kub metr, xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 666 kub metr, xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1098 kub metr, xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 150 gün nəzərə alınmaqla 5490 kub metr, xx.xx.2019cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1098 kub metr, xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1098 kub metr, xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 324 kub metr, xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 324 kub metr, xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 324 kub metr dəymiş ziyan hesablanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan dəfələrlə istifadə etməsi faktları öz təsdiqini tapsa da, iddiaçı tərəfindən bu faktların aşkara çıxarılması ilə bağlı hesablanmış əlavə sərfiyyat qismən əsaslı hesab edilməlidir. Bununla belə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə etməsi halları öz təsdiqini tapdığından, cavabdeh buna görə mülki məsuliyyət daşımalıdır. Belə ki, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli aktlar əsasında dəymiş ziyan kimi götürülmüş hesabat dövrü (günlər) ağlabatan deyil və real hesab oluna bilməz. Belə ki, cavabdehə məxsus mənzildə hər ay baxış keçirilib və müvafiq akt tərtib edilməsinə baxmayaraq, itirilmiş qazın bərpası üçün götürülən müddət 30 gündən artıq müddət olmuşdur. Bu isə məntiqli deyil. Məhkəmə hesab edir ki, həmin hesabat dövrü hər akt üzrə 30 gün müddətində götürülməsi qanuni hesab edilə bilər. «X2nın Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyanın hesablanması ilə bağlı qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərara əsasən hesabat dövrü kimi 97 gün və 83 gün, xx.xx.2019-cu il tarixli qərara əsasən hesabat dövrü kimi 150 gün əsas götürülmüşdür. Lakin göründüyü kimi qəbul edilmiş qərarlarda hesabat dövrünün 97, 83 və 150 gün kimi götürülməsi hər hansı normativ akta əsaslanmır. Məhkəmə iddiaçı təşkilatın istinad etdiyi Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2011-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarla bağlı qeyd edir ki, Qaydalar normativ akt hesab olunmadığından, iddiaçı tərəfindən qərar qəbul edilərkən həmin Qaydaların əsas tutulması qanuni hesab edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra – Hüquqi Aktların Dövlət Reyestri) daxil edilməlidir. Belə olan halda xx.xx.2018-ci il tarixli akta əsasən itirilmiş qazın həcmi 30 gün üçün 304,5 kub metr kimi qəbul edilməli və vurulmuş ziyan 0,10 manat nəzərə alınmaqla 30,45 manat, xx.xx.2019-cu il tarixli akta əsasən itirilmiş qazın həcmi 30 gün üçün 1098 kub metr kimi qəbul edilməli və vurulmuş ziyan 0,10 manat nəzərə alınmaqla 109,80 manat məbləğində müəyyən edilməlidir. Digər aktlarla bağlı itirilmiş qazın həcmi 7, 16 və 30 gün hesabat dövrü nəzərə alınmaqla hesablandığından, həmin qərarlarda müəyyən edilmiş ziyanın məbləği qanuni hesab edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki,iddia tələbi həmçinin xx.xx.2018-ci il tarixli, xx.xx.2018ci il tarixli və xx.xx.2019-cu il tarixli aktlar əsasında dəymiş ziyanın tutulması ilə bağlı olsa da, həmin tarixli aktlar və akt əsasında qəbul edilmiş qərarlar məhkəməyə təqdim edilmədiyindən, yəni həmin tələblə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin hissədə tələbin təmin edilməsi mümkün deyil. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, 2018-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul və 2019-cu ilin fevral, mart, aprel, may, iyun, iyul ayları üçün itirilmiş qazın həcmi 8326,5 kub metr kimi müəyyən edilməli və vurulmuş ziyana görə cavabdehdən iddiaçının xeyrinə 1208,25 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 1208,25 manat pulun tutulması hissəsində əsaslı hesab olunduğundan, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, iş üzrə keçirilmiş ekspertiza xərci də cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə ilə əlaqədar dəymiş ziyanın əvəzi kimi 1208,25 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1238,25 (bir min iki yüz otuz səkkiz manat iyirmi beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı (İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilsin. Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar