Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4257/2023 13.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh kartına şəhvən yüklənmiş iddiaçıya məxsus olan 600 manat dəyərində pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının dostuna borc olaraq verdiyi pul (600 manat) səhvən vətəndaş Cavabdeh (vəsiqə nömrəsi: AA*******) (ünvan: ünvan 1lənmişdir. Bunu aşkar etdikdən sonra vətəndaşın qızı (əlaqə nömrəsi ***-***-**-**) ilə əlaqə saxlanıldı, cünki kartı qızı işlədirdi və o onlara məxsus kart şəklini göndərməklərini, pulu geri köçürəcəyini bildirdi. Kart şəklini göndərdi, lakin xanım öz kartını blokda olduğunu bildirdi. Ondan bu pul ehtiyacı olduğundan bankla əlaqə saxlayıb, kartı blokdan çıxarıb pulu qaytarmasını xatış etmidir. O, bununla razılaşaraq bankla əlaqə yaratdıqdan sonra ora yaxınlaşmaq lazım olduğunu bildirdi. Növbəti gün yenidən əlaqə yaratdıqda banka getdiyini lakin kartdan pulu çıxara bilmədiyini söylədi. Bunun üçün bank tərəfindən kart sahibinin özünün banka yaxınlaşmalı olduğunu bildiriblər. Xanımdan anasını götürüb banka yaxılaşmasını və kartı blokdan çıxararaq pulu geri ödəməsini xahiş etdik. Xanım bununla razılaşaraq, vətəndaş Cavabdeh ilə əlaqə yaradıb məlumat verəcəyini bildirsə də, müəyyən bir müddət keçməyinə baxmayaraq, vətandaşdan xəbər çıxmadı. İddiaçı daha sonra yenidən qızı ilə əlaqə saxlasa da, bununla bağlı müxtəlif bəhanələr irəli sürməyə başladı. Xanım anasının rayonda olduğunu və kartın itdiyini bildirərək bəhanələr etməyə davam etdi. Özünün isə işin çoxluğundan bununla maraqlanmağa vaxtı olmadığını bildirdi. O, öz növbəsində pulun qaytarılmasına köməklik göstərilməsə hüquq mühafizə orqanlarına mürəciət edəcəyini bildirib və cavabdeh hər dəfə anası ilə danışdıqdan sonra xəbər verəcəyini söyləsə də, bugünə kimi heç bir məlumat gəlmədi. Qeyd olunanlarla bağlı xx.xx.2023-cü ildə Yasamal rayon Polis İdarəsinə və Prokurorluğuna rəsmi məktub ünvanlanmışdır. Lakın heç bir nəticəsi olmamışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, bir şəxsin ona borcu olduğunu və həmin pulu qaytarmaq üçün ondan kart istədiyini, evdən onun telfona kart şəkilini göndərilmiş, lakin kartın üstündə ad yazılmamışdır. Kartı həmin şəxsə yönləndirdiyini və pul da həmin karta oturduğunu qeyd etmişdir. Pulu çıxarmaq istəyəndə kartda pul olmamışdır. Qızı ona səhvən başqa şəxsin kartını göndərmişdir. Kartın Cavabdeh aid olduğunu, vaxtilə gözəllik salonuna müraciət etdiyini o vaxt ödənişi kart ilə edən zaman kartın telefonun yaddaşında qaldığını vurğuladı. Kartın salonu işlədən xanımın anasının kartı olduğunu həmin günün axşamı Rəhilənin qızı ilə əlaqə saxladığını onun da pulun onların kartına gəldiyini bildirdiyini demişdir. Sadəcə pulu onlara ötürə bilmədiklərini, kartın bloklandığını banka müraciət etməyi olduğunu bildirmişlər. Qarşı tərəfə bildirsədə onların gəlmədiyini, işi uzatmağa başladıqlarını qeyd etmişdir. Yasaml rayon Prokurorluğuna müraciət etdiyini ona mülki iş olduğu üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşdürlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. xx.xx.2023-cü il "xxxx" MMC-nin “MilliÖN” elektron ödəmə sistemi vasitəsi ilə Cavabdeh “Leobank” kartına (son 8 rəqəmi ********) 300 manat ödəniş edilmişdir. Əməliyyat № ********** xx.xx.2023-cü il "xxxx" MMC-nin “MilliÖN” elektron ödəmə sistemi vasitəsi ilə Cavabdeh “Leobank” kartına (son 8 rəqəmi ********) 300 manat ödəniş edilmişdir. Əməliyyat № ********** Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası ... 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.... 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Belə ki, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ona borcu olan şəxsə yanlışlıqla özünə məxsus olmayan kart atmış və nəticədə pul məbləği cavabdehin hesabına köçmüşdür. Təqdim edilən "xxxx" MMC-nin “MilliÖN” elektron ödəmə sistemindən qəbzlərdən görünür ki, 600 manat pul Cavabdeh “Leobank” kartına (son 8 rəqəmi ********) köçürülmüşdür. Eyni zamanda, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildirişi şəxsən almış, lakin buna baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bununla da, məhkəmə elə qənayətinə gəlir ki, Cavabdeh əsassız olaraq əldə edilmiş pul məbləğini qaytarmaqdan faktiki hərəkətlərlə imtina etmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh Şıxəliyeva X3 hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh kartına şəhvən yüklənmiş 600 manat pul iddiаçı İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 səhvən yüklənmiş iddiaçıya məxsus olan 600 manat pul cavabdehdən tutularaq iddiаçı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-4257/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4257/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver