Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-519/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «beh müqaviləsi üzrə verilmiş pul vəsaitinin qaytarılması və digər əlavə xərclərin ödənilməsi» tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 35 saylı notariat ofisində bağlanmış beh müqaviləsi üzrə ondan aldığı 29000 (iyirmi doqquz min) manat pul vəsaitinin iki mislini yəni 58000 (əlli səkkiz min) manatı, hüquqi xidmət göstərilməsinə dair “X1” MMC-nin müqaviləsi üzrə cəmiyyətin hesabına ödədiyi qəbz əsasında 500 (beş yüz) manat pul vəsaitini, ümumilikdə 58 500 (əlli səkkiz min beş yüz) manat məbləğinə pulun ödənilməsi və məhkəməyə ödənilmiş rüsumun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir.
3. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun oğlu evləndikdən sonra ailəsi ilə birlikdə ayrı yaşamaq məqsədi ilə alğı-satqı ofisində işləyən Ramin adlı şəxsə müraciət etmişdir. Bir neçə gündən sonra Ramin adlı makler ona Cavabdeh tərəfindən özünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 48 nömrəli evin, 10 saylı mənzili 50 000 manata satdığı haqqında məlumat vermişdir. O, ailəsi ilə birlikdə həmin ünvana gedərək mənzilə baxış keçirmiş və mənzili bəyəndiklərindən sahibi Cavabdeh mənzilin son satış qiymətini soruşmuşlar. İddiaçıya mənzilin qiyməti haqqında onun yaxın qohumu olan, Əliheybət adlı şəxslə danışa biləcəyini bildirmişdir. O, Cavabdeh ona verdiyi 050 691-23-08 nömrəli mobil telefon vasitəsi ilə Əliheybət adlı şəxslə danışaraq, mənzilin son qiymətini 48 000 manatla razılaşmışlar. 19 yanvar 2022-ci il tarixdə Bakı şəhəri 35 saylı notariat ofisində Cavabdeh ilə onun arasında (Afətin qohumu Əliheybət adlı şəxsin iştirakı ilə) beh müqaviləsi bağlanmışdır. Bağlanmış beh müqaviləsinin predmetində beh verən-İddiaçı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər, ikinci tərəf: beh alan Cavabdeh ilə, mənzilin alqısatqısı ilə əlaqədar ümumi dəyəri 48 000 manata razılaşmış, həmin puldan 29 000 manatı notariusun Günay bankda açdığı depozit vasitəsi ilə beh vermiş, Cavabdeh, həmin behi qəbul edərək və öhdəsinə götürərək, AR Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2006-ci il tarixli, Seriya MH 0013071, Reyestr nömrəsi **********87-05101-093001, qeydiyyat nömrəsi ********* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 48, mənzil 10 ünvanında yerləşən mənzilin alğı-satqısı üçün lazım olan sənədləri (“X2” ASC 1 saylı filialı, 2190 km xx.xx.2007) ipotekadan azad olması yüklülük barədə, 1 nömrəli forma arayışı aldıqdan sonra qalan 19 000 manatı depozit vasitəsi ilə aldıqdan sonra müəyyən edilmiş qaydada alğı-satqı yolu ilə vətəndaş İddiaçı adına rəsmiləşdirilməsini öhdəsinə götürmüş və müqavilənin tərtibi və təsdiqi üzrə bütün xərclər İddiaçı tərəfindən ödənilmişdir.xx.xx.2022-ci il tarixdən bu günə qədər Cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisində bağlanmış beh müqaviləsi üzrə öhdəsinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, onu aldadaraq, pulunu mənimsəmişdir. Pulunu qohumu Əliheybət adlı şəxslə əlbir olub, qaytarmırlar. Dəfələrlə O, Cavabdeh beh müqaviləsi üzrə ondan aldığı beh vəsaitinin geri qaytarılmasını tələb etsə də, onu aldadaraq, pulu qaytarmaqdan yayınmışdır. Son zamanlar pulu ödəməmək üçün, iddiaçıdan gizlənir. Məcburiyyət qarşısında qalıb, Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 35 saylı notariat ofisində bağlanmış beh müqaviləsi ilə ondan aldığı pul vəsaitinin geri qaytarılması ilə bağlı məhkəməyə idddia ərizəsi ilə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
5. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.
6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
7. xx.xx.2020-ci il tarixli Beh müqaviləsinin predmetindən görünür ki, Birinci tərəf (İddiaçı), ikinci tərəf (Cavabdeh)
1. Birinci tərəf beh verən İddiaçı, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər, İkinci tərəf: beh alan - Cavabdeh ilə, mənzilin alqı-satqısı ilə əlaqədar ümumi dəyəri 48000 manat razılaşmışlar.
2. Həmin puldan, 29000 manatı notariusun Günay bankda açdığı depozit vasitəsi ilə beh vermişdir. Cavabdeh, həmin behi qəbul edərək öhdəsinə götürmüşdür ki, AR Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2006-ci il tarixli, Seriya MH 0013071, Reyestr nömrəsi **********87-05101-093001, qeydiyyat nömrəsi ********* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqısı üçün lazım olan sənədləri (“X2” ASC 1 saylı filialı, 2190 km xx.xx.2007) ipotekadan azad olması yüklülük barədə, 1- nömrəli forma arayışı aldıqdan sonra qalan 19000 manatı depozit vasitəsi ilə aldıqdan sonra, müəyyən edilmiş qaydada alqı-satqı yolu ilə vətəndaş, İddiaçı adına rəsmiləşdirəcəkdir.
3. Azərbaycan Respublikasının MM-nin 491-492-ci maddələrinin məzmunu notarius tərəfindən tərəflərə izah edilmiş,
4. Müqavilənin tərtibi və təsdiqi üzrə bütün xərclər vətəndaş İddiaçı, tərəfindən ödənilmişdir.
5. Müqavilə üç nüsxədən ibarət tərtib və təsdiq edilmişdir ki, onlardan biri Bakı şəhəri, 35-saylı notariat ofisinin işində saxlanılır, qalanlar isə tərəflərə verilsin.
8. DİN-BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır.
9. xx.xx.2024-cü il tarixli Xidmət göstərilməsi haqqında Müqavilədən görünür ki, “X1” MMC ilə İddiaçı arasında borc pulun qaytarılması tələbinə dair müqavilə tərtib edilmişdir.
10. Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia verilməsi üçün 268 manat dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı tutulmuşdur.
11. Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən “X1” MMC-yə 500 manat məbləğinə xidmət haqqı ödənmişdir.
İşin faktiki halları.
12. İddiaçı ev almaq məqsədi alğı-satqı ofisində işləyən Ramin adlı şəxsə müraciət etmişdir. Bir neçə gün sonra Ramin adlı makler ona Cavabdeh özünə məxsus olan mənzili satması barədə məlumat vermişdir. İddiaçı və onun ailə üzvləri həmin mənzilə baxaraq bəyənmiş və xx.xx.2020-ci il tarixdə Beh müqaviləsi bağlayaraq 29000 manatı notariusun Günay bankda açdığı depozit vasitəsi ilə Cavabdeh beh vermişdir. Cavabdeh, həmin behi qəbul edərək öhdəsinə götürmüşdür ki, AR Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2006-ci il tarixli, Seriya MH 0013071, Reyestr nömrəsi **********87-05101-093001, qeydiyyat nömrəsi ********* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqısı üçün lazım olan sənədləri (“X2” ASC 1 saylı filialı, 2190 km xx.xx.2007) ipotekadan azad olması yüklülük barədə, 1nömrəli forma arayışı aldıqdan sonra qalan 19000 manatı depozit vasitəsi ilə aldıqdan sonra, müəyyən edilmiş qaydada alqı-satqı yolu ilə vətəndaş, İddiaçı adına rəsmiləşdirəcəkdir. Tərələr arasında razılaşmanın müddəti xx.xx.2022-ci il tarixə kimi müəyyən olunsa da, Cavabdeh tərəfindən öhdəlik icra olunmamışdır.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 491. Beh anlayışı 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Maddə 492. Behlə təmin edilmiş öhdəliyə xitam verilməsinin və onun icra edilməməsinin nəticələri 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.
Məhkəmənin mövqeyi.
17. İşin hallarından görünür ki, İddiaçı ev almaq məqsədi alğı-satqı ofisində işləyən Ramin adlı şəxsə müraciət etmişdir. Bir neçə gün sonra Ramin adlı makler ona Cavabdeh özünə məxsus olan mənzili satması barədə məlumat vermişdir. İddiaçı və onun ailə üzvləri həmin mənzilə baxaraq bəyənmiş və xx.xx.2020-ci il tarixdə Beh müqaviləsi bağlayaraq 29000 manatı notariusun Günay bankda açdığı depozit vasitəsi ilə Cavabdeh beh vermişdir. Cavabdeh, həmin behi qəbul edərək öhdəsinə götürmüşdür ki, AR Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2006-ci il tarixli, Seriya MH 0013071, Reyestr nömrəsi **********87-05101-093001, qeydiyyat nömrəsi ********* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqısı üçün lazım olan sənədləri (“X2” ASC 1 saylı filialı, 2190 km xx.xx.2007) ipotekadan azad olması yüklülük barədə, 1- nömrəli forma arayışı aldıqdan sonra qalan 19000 manatı depozit vasitəsi ilə aldıqdan sonra, müəyyən edilmiş qaydada alqı-satqı yolu ilə vətəndaş, İddiaçı adına rəsmiləşdirəcəkdir. Tərələr arasında razılaşmanın müddəti xx.xx.2022-ci il tarixə kimi müəyyən olunsa da, Cavabdeh tərəfindən öhdəlik icra olunmamışdır.
18. İddiaçı tərəf beh müqaviləsini və ona əlavə olunmuş sənədləri təqdim edərək tərəflər arasında real olaraq beh müqaviləsi bağlandığını, həmin pulun notariusun depoziti vasitəsilə cavabdehə verildiyini və cavabdehin mənzilə dair alqı-satqı müqaviləsini bağlamaqdan əsassız olaraq yayındığını əsas gətirərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
19. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
20. Məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbinin əksini sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə cavabdehlə onun arasında notariat orqanda bağlanmış beh müqaviləsi təqdim etmiş və mənzilə dair behin cavabdehə verilməsi, qalan məbləğin depozit vasitəsilə ödənildikdən sonra mənzilin alqısatqı yolu ilə iddiaçının adına rəsmiləşdirilməsi həmin müqavilədə öz əksini tapmışdır. Tərəflər arasında beh haqqında razılaşma yazılı formada bağlanmış və beh haqqında razılaşma daşınmaz əmlaka sonradan sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduğundan notariat qaydada təsdiq edilmişdir.
Məhkəmə xərcləri.
21. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 268 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
22. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi 268 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış beh müqaviləsi üzrə ödənilmiş 29000 manat pul vəsaitinin iki misli, yəni 58000 manat məbləğində pul vəsaiti, 500 manat xidmət haqqı və 268 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli beh müqaviləsi üzrə ödənilmiş 29000 manat pul vəsaitinin iki misli, yəni 58000 (əlli səkkiz min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh 500 (beş yüz) manat xidmət haqqı və 268 (iki yüz altmış səkkiz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.
Sədrlik edən Leyla Talıbova