Məhkəmə qərarları › İş №2(011)-1178/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1178/2022

24.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1178/2022 24.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi oğlu 28.09.2003-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, X5 28.09.2003-cü il tarixdə Bərdə rayonunda anadan olmuşdur və ərizəçi onun atasıdır. Ərizəçi hazırda oğlu ilə birlikdə yaşayır. Ərizəçinin oğlu hazırda müddətsiz, birinci qrup əlildir. Ona təyin olunmuş diqnoz ağır kəmağıllılıq, kobud nitq və davranış pozuntuları ilə bağlıdır. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək ərizəsində qeyd etmişdir ki, oğlu - 28.09.2003-cü il təvəllüdlü X7 hal-hazırda xətədir və 1-ci qrup əlil olaraq onun himayəsindədir. Kənar şəxsin daimi ümumi qulluğuna ehtiyacı var. Daimi olaraq ona qulluq və nəzarət edir. Onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından rəsmi olaraq hər hansı iş görə bilmir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının qərarına əsasən X4 birinci qrup əlillik dərəcəsi təyin edilmişdir. O, 14.10.2021-ci il tarixdə müayinə olunmuş, növbəti müayinə isə müddətsiz göstərilmişdir. Rasim Əliyevə isə qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcədə kəmağıllılıq (kəskin inbesillik) kobud nitq və davranış pozuntuları diaqnozu təyin edilməklə, daimi kənar köməyinə və nəzarətə ehtiyacının olması müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 29.02.2022-ci il tarixli, 742 saylı rəyində ekspert o qənaətə gəlmişdir ki, 28.09.2003-cü il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) qeyd edilir. Müayinə zamanı aşkar olunan əlamətlər: zahirən narahat görünür, simasında çaşqın ifadə var. Bələdliyi bütün istiqamətlər üzrə pozulub. Ünsiyyətə çətin daxil olur. Verilən sualları başa düşmür, tək-tək anlaşılmaz sözlər eşidilir. Nitqi qüsurlu inkişaf edib. Söz ehtiyyatı kasaddır. Mnestik qabiliyyəti və intellektual səviyyəsi aşağıdır. Emisional-iradi sferası enib. Maraq dairəsi məhduddur. Ətrafında baş verən hadisələrə maraq göstərmir. Keçirilən ekspertizanın məqsədini dərk etmir. Öz vəziyyətinə qarşı tənqidi yoxdur. 28.09.2003-cü il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Qeyd edilənlərdən də göründüyü kimi, X2 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X5 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2 atası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia qaldırmaqda haqlıdır. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 28.09.2003-cü il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 28.09.2003-cü il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi təqdim verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar