Məhkəmə qərarları › İş №2(011)-2743/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2743/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2743/2021 19.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X7, X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna qarşı “alqı-satqımüqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydlərin və buna dair verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydlərin və buna dair verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X3 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı ərizədə Bakı şəhəri 22 saylı notariat kontorunda qeydə alınmış 4Ə-58 reyestr nömrəli, xx xxxxx 2017-ci il tarixli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3267 saylı bağ sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin əsasında xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışın ləğv edilməsi, Bakı şəhəri 11 saylı notariat kontorunda 4Ə-146 reyestr nömrəli, xx xxxxx 2017-ci il tarixli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3267 saylı bağ sahəsinin Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqaviləyə əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışın ləğv edilməsi, Bakı şəhəri 7 saylı notariat kontorunda 4Ə-319 reyestr nömrəli, 26 oktyabr 2017-ci il tarixli Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.0538 hektar torpaq sahəsi olan 3267 nömrəli bağ sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, hüquqi yardımın göstərilməsinə dair müqaviləyə əsasən vəkilə ödənilmiş vəsaitin əvəzi olaraq 500 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun cavabdehlərdən tutularaq X2na ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39-cu maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarınının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerin məhkəməsinə verilir. Beləliklə, X2 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3267 saylı ünvanda yerləşən bağ sahəsinə dair alqı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair qeydlərin və çıxarışların ləğv edilməsi tələbinə dair iddiasını Xəzər Rayon Məhkəməsinə vermək əvəzinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim etməklə prosessual qanunvericiliyin müstəsna aidiyyətlə bağlı imperativ tələbinə əməl etməmişdir. Hesab edirəm ki, iddia tələbi vindikasiya iddiası olmaqla mübahisənin predmeti olan bağ evi Xəzər rayonunda yerləşdiyindən hazırki iddiaya Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi müəyyən edir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsinə və 152.1.3-cü maddəsinə əsasən Q ə r a r a a l d ı m: X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydlərin və buna dair verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən qüsur aradan qaldırdıqdan sonra o, ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar