Məhkəmə qərarları › İş №2(011)-4217/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4217/2024

04.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4217/2024 04.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 35000 AZN pulun və 195 AZN ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili xx.xx.2024-cü il tarixdə ərizə verərək, Cavabdeh2 və Cavabdeh3 da cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı Qusar rayonu, Çiləgir kəndində 0.035 ha torpaq sahəsi ona məxsus olmuş və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir, həmin torpaq sahəsini və evi satmaq fikrinə düşmüş, özü Naxçıvan Muxtar Respublikasında yaşadığından, evin satılması məqsədilə oğlu X3 etibarnamə vermişdir. İş üzrə Cavabdeh1 evə müştəri kimi baxmış və əvvəlcə 45.000 AZN məbləğinə, sonradan oğlu Elnurla evi 40,000 manat məbləğində ona satılmasını razılaşdırmışlar. Bütün evin alqı-satqı və pul məsələsi Elnurla oğlunun arasında danışılmışdır. İddiaçının dediyinə görə oğlu ona bildirmişdir ki, notarial qaydada evə görə 5000 manat məbləğində pul verilmiş və 35.000 manat məbləğində pulun isə hissə-hissə verilməsi ilə bağlı aralarında şifahi razılıq olmuşdur. Lakin, notariusda rəsmiləşdirmə zamanı əmlak Cavabdeh1 baldızı Cavabdeh3 adma rəsmiləşdirilmişdir. Notariusda Cavabdeh3 əvəzindən, nümayəndə qismində hazırkı cavabdehin arvadı Cavabdeh2 iştirak etmişdir. Buda həqiqətən torpaq sahəsinin dolayısı ilə Cavabdeh1 tərəfindən alındığını təsdiq edir. Lakin, bu günə qədər yerdə qalan 35.000 AZN manat məbləğində pul iddiaçıya Cavabdeh1 tərəfindən ödənilməmişdir. Cavabdeh tərəf müxtəlif bəhanələr gətirərək, əvvəlcə ödəyəcəyini bildirsə də, lakin sonunda həmin pulu verməkdən imtina etmişdir. Əsas səbəblərindən biri kimi, həmin məbləğin guya oğluna verdiyini bildirir. Lakin, buna dair heç bir əsaslı dəlil və mötəbər sübut yoxdur. Həmin əmlakın dəyəri həmin vaxt 50.000 civarında olmuşdur. Necə ola bilər ki, əmlak 5000 manat dəyərində satılsın. İddiaçının oğlu həmin ərəfələrdə, yəni xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh oğlunun ölümündən istifadə edərək, oğlu öldüyündən pulun ödənilməmasini sübut edə bilməyəcəklərini zənn edərək, belə bir bəyənilməyən, insanlığa sağmayan addım atmış və əmlakını mənimsəmişdir. Dəfələrlə cavabdehlə danışsalarda, halallıq olmasını istəmiş və pullarını tələb etmişlər, lakin cavabdeh hara istəyirsiniz şikayət edin kimi, cavablar vermiş və onları evindən qovmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna dair tərəflər arasında səs yazısı olan disk də məhkəməyə təqdim edilmişdir, göründüyü kimi, cavabdeh iddiaçı ilə arasında olan faktiki münasibətlər əsnasında əmlak əldə etmişdir. Cavabdeh faktiki olaraq həmin əmlakı baldızının adına keçirsədə, özü üçün əldə etmiş, iddiaçıdan özü qəbul etmiş və bütün alqı-satqı proseslərində özü şəxsən iştirak etmişdir, Cavabdeh ölən şəxsə pulların verilməsini deməklə, bununla da hesab etmişdir ki, şəxsin ölməsi onu həmin əmlak üzrə iddiaçı qarşısında öhdəliklərindən azad edəcəkdir. Lakin, iddiaçı ilə cavabdeh arasında öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, əmlakı vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən aralarındakı müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də əmlakın satılmasına görə yaranmış öhdəlik üzrə yerdə qalan borc, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qüvvədə olan qanunvericilik iddiaçının mübahisəli əmlakla bağlı mülkiyyət hüquqlanın mövcudluğuna və bu hüquqların pozulduğu üçün, bu hüquqlarının bərpa və təmin edilməklə əmlakın dəyərinin ona qaytarılmasına hüquqi əsas verir. Əsas nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anla yışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını a lan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. İş üzrə mövcud ekspert rəyinin də heç bir əhəmiyyəti yoxdur və işin obyektiv araşdırılmasına heç bir təsir etmir, çünki, iddiaçının tələbindən görünür ki, evin tikintisi başa çatmamış 40.000 manata qiymətləndirilərək cavabdehlərə satılıb. Yəni, iddiaçı məhkəməyə foto şəkillər əlavə edib və həmin foto şəkillərdəki vəziyyətdə, 40.000 manata cavabdehə satıb və aralarında onun gələcəkdə tikintini başa çatdırılmasına dair heç bir razılaşma olmayıb. İddia tələbi ilə üzrə mübahisə satıldığı zaman, yəni ilkin fotolardakı olduğu vəziyyətdə satış qiymətinin 35.000 manatının verilməməsi ilə bağlıdır. Lakin, qarşı tərəfin məhkəməyə təqdim etdiyi sənədlər hazırkı vəziyətdə olan fotolarıdır. Həmin evin qarşı tərəfindən sökülüb sonradan yenidən tikilməsi və təmir edilməsinin hazırkı işin mahiyyətinə nə aidiyyəti var? Hakimin evin hazırkı qiymətinin dəyərinin və onun sökülməsinə çəkilən xərclərin müəyyən edilməsi başadüşülən deyil. Həmin rəyin işi düzgün hall etmək üçün heç bir əhəmiyyəti yoxdur. Sonda iddiaçı Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatı verərək bildirmişdir ki, evi torpaq qarışıq 40 min manata razılaşmışlar, 5 min manatı notariusa verilib, 35 min manat qalıb, oğlu nə pul alsa ona deyərdi, kartına məbləğ daxil olmayıb. Övladı da bu barədə məlumat verməyib, səs yazısı oğluna məxsudur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, müqaviləni baldızının adından etibarnamə ilə arvadı bağlayıb, müqavilədə təkcə torpaq qeyd edilsə də, orada sadəcə torpaq yox ev də satılıb, iddiaçının anası da onlara gəlib. 200 manat da əlavə pul verilib, iddiaçının rəhmətlik oğlu ilə razılığa gəlinib. Oğlu tapşırılan işi tam görməyib. Etibarnamə ilə torpağın alqı-satqısı olub sadəcə, belə ki atası etibar eləyib oğluna onun da baldızı onun yoldaşına etibar eləyib 52 saylı notariusda. Etibarnamə ilə torpaq satılıb baldızına. 5 min manat torpaq sahəsi notariusda alınarkən verilib, iddiaçının adına olan karta 500 manat pul atıb, qəbzin fotosu da var, səs yazılarında da var bu barədə, ümumi 28 min manat ödənilib. İddiaçının oğlu da bildirir ki evi təmir edib təhvil verməli idi. Oğlu öhdəlilik götürüb ki, işi tamamlayacaq, lakin sona qədər işini görməyib. Diskdə əmlakın şəkli var pis vəziyyətdə olub. 35 min manata razılaşıblar, cəmi 28 min manat pul veriblər. Sonda Cavabdeh1 qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, torpaq və ev onunla alqı-satqı edilib, 35 min manata danışıblar, 28 min manat pul verib. Danışıblar ki, pəncərə, qapı, dam və s. quraşdırılıb təmir edilməli idi. Səs yazısında da iddiaçının oğlu Vaqif deyir ki, “bilirəm dam da mənlikdi, 2 minə pəncərə ala bilirəm”, Vaqif özü də etiraf edir bunları səs yazısında. Vaqif öldüyü üçün onlardan heç nə tələb etməyib, ev pis vəziyyətdə olub, evi söküb təzədən tikdiriblər, əslində iddiaçı tərəf onu aldadıb, tamamlanmamış yer veriblər ona. 35 min manata onlara ev şəklində veriləcəkdi pəncərə, qapısı olmalı idi, indi iddiaçı gəlsin, evi təmir etsin, əgər qalsa qalan pulu verər, torpaqla birlikdə ona 35 min manat verəcəkdi, elə 5 min manat notarial qaydada verilib, halbuki torpağın qiyməti 3500 manat olmuşdur. Sonda Cavabdeh2 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən xx.xx.1964-cü il təvəllüdlü X2 bildirmişdir ki, evi satıblar cavabdehlərə, sonra onlar get gələ saldılar. Uşaq rəhmətə gedib, zəng ediblər, ona deyib ki, yoldaşı müharibədədir, sonra elə edərik, belə edərik. Qoy müharibədən gəlsin, sonra danışarıq. Sonra yenə zəng vurduq mənə cavab vermədi. Qohumumla getdik onlara, dedi ki, yox mən heç nə verə bilmərəm, oğluna ödəmişəm, oğlun da rəhmətə getdi. 5 min dedilər notariatla pul ödəmişik. Ondan sonra biz pul görməmişik. Mənim də oğlum rəhmətə getdi. Uşağa biz dedik 50 minə sat, dedi yox 45 minə. Sonra da 45 mindən düşdülər 40 minə. 5 min veriblər notariusda sənədləşdirməyə, 35 min də bizə verməli idilər. 5 mini notariusda sənədləşdirməyə veriblər, ondan başqa biz pul görməmişik. Oğluma da nə veriblər mən bilmirəm. Mənə deməyib nə qədər alıb. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışdan görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,035 ha həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisində bağlammış xx.xx.2021ci il tarixli AN-İ ******* saylı Alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı, özünə məxsus Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,035 ha həyətyanı torpaq sahəsini alıcı Cavabdeh3 mülkiyyətinə verir, daşınmaz əmlakın qiyməti 5000 manat məbləğində razılaşdırılmış, müqavilə Cavabdeh3 əvəzinə Cavabdeh2 və İddiaçı əvəzinə etibarnamə əsasında X4 tərəfindən imzalanmışdır. İş materiallarında olan X1 xx.xx.2021-ci il tarixli Ərizəsindən görünür ki, o, birgə nikah dövründə əldə etdikləri həyat yoldaşı İddiaçı adına olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,035 ha həyətyanı torpaq sahəsinin satılmasına, bağışlanmasına etirazı olmadığını bildirmişdir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı adına Gəncə şəhəri, Nizami rayonu, Rəsul Rza küçəsi, 12A saylı fərdi yaşayış evinin 1/2 hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Qusar rayonu, Çilegir kəndində 0,0350 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən tesdiq edilmiş xx.xx.2021-ci il tarixli 40-1081 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti Başçısının birinci müavininin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yaşayan İddiaçı 12 iyul 2019-cu il tarixində Qusar rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1. maddəsinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi **********22) əsasən rayonun Çiləgir kəndində mülkiyyətində olan 0.035 ha torpaq sahəsində tikiləcək fərdi yaşayış evinin memarlıq- planlaşdırma və baş plan bölmələrinə münasibət bildirməsini xahiş etmişdir. Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən fərdi yaşayış evinin memarlıqplanlaşdırma və baş plan bölmələri razılaşdırılmış və bu barədə İddiaçı 27 avgust 2019cu il tarixli Z-744 saylı cavab məktubu ünvanlanmışdır. xx.xx.2013-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi **********22) əsasən rayonun Çiləgir kəndindəki adıçəkilən 0.035 ha torpaq sahəsi İddiaçı məxsusdur. Rayon İcra Hakimiyyətində fərdi yaşayış evinin kim tərəfindən tikildiyi və hazırda kimə məxsus olduğu barədə məlumat yoxdur. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışdan görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,035 ha həyətyanı torpaq sahəsi xx.xx.2021-ci il tarixdən Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən Cavabdeh3 məxsus 0.035 ha topraq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin təmir-tikintisi (sökülmə xərcləri də daxil olmaqla) üçün xərclənmiş vəsaitin 29334 manat (iyirimi doqquz min üç yüz otuz dörd) olması müəyyən edilir. Sökülmüş fərdi yaşayış evinin PVC pəncərə, taxta və plastik qapı, profinastil materialdan dam örtüyünün (taxta materialdan karkas hissəsinin quraşdırılması) quraşdırılmasının işçilik daxil sərf olunacaq fəsaitin 12200 (on iki min iki yüz) manat olmasını təxmin edilir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. İş materiallarında olan CD diskin mətnindən görünür ki, cavabdeh bildirir ki, qabaqcadan da 5 min pul verilib və bu pul iddiaçının oğluna notariusla verilməyib. Vahidin yoldaşı da pulun verilməsinə şahid olub. Cavabdehin dediyinə görə 23 minə yaxın pul verilib. Pulun birinci yarısı, yəni 10 min veriləndə şərt kəsilib ki, qapı, pəncərə və digər işlər həll olunsun, 2-ci ay ərzində isə ikinci 10 min manat pul verilsin. Qalan pul isə il ərzində ödənilsin. İddiaçının anası səsdə qeyd edir ki, ilk deyilən məbləğ 45 mindir, lakin cavbadeh isə bildirir ki , ilk məbləğ 45 min olsa da, onlar əvvəl 40 min, sonda isə 35 minə razılaşıblar. Cavabdeh Vahidə bildirib ki, ona nağd pul verə bilmir və onlar notariusda sənədləşməni 5 min manata ediblər və ona 5 min veriblər. 20 mindən sonra cavabdeh yenə ona pul verib, lakin evin həll olunmalı işləri həll olunmayıbmış. İddaçı tərəfin anası bildirir ki, onların razılaşdığı məbləğ 40 min olub və cavabdehin hələ 17 min borcu var. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında dinlənilən disklərin mətnindən görünür ki, diskdə səsi eşidilən şəxs aşağıdakıları deyir: biri var ki belə deyim də özün gördün də evin qabağın gün vurub birdən-ikiyə panarama şüşə eləmişəm də mən, hördürüb şüşəni azalda bilərəm xərcim çıxmasn, amma evin vidi fasonu itəcək. Ustaya demişəm hesablayıbdı ümumillikdə 3400 manat pul deyibdi pəncərələrə. Mənə elə bil ucuz başa gəlib də. Alım bunu qoyum üstünə bilim ki sənin pəncərələrin hazırdı. Qaldı bir dənə tavan. Onu da bir dənə pul şey elə alaq tavanın üstünü vuraq vuran kimi də pəncərə qapımı qoyum sənlə qurtaraq da. Həm də ki, qəhvəyi pəncərələrdi onlar da baha olur bilirsən yəni çox əla bir qiymətdir. Bunla danışmışdım dedim xəbər eləyəcəm sənə elə indicə yığdı məni dedi demişdim xəbər eləyəcəm başım qarışıq olub təmiz. Nətər eləyək neynəyək heç olmasa buna beh verək pəncərələr əldən çıxmasın. Yəni işlənməyib, təptəzə pəncələrdi, söküntü deyil. Könül, deməli pəncərələri qoyduq üstünə nəfəslikli zadlı orda iki dənə pəncərədi ya üç dənə pəncərədi ki, onların üstünə bir dənə üçbucaq əlavə eləyəcək. Deməli mən ən bahasın soruşmuşdum, hesablatmışdım 3700 manat demişdilər. Sizə satmamışdan qabaq bunlar bütün pəncərələrin hamısın şüşə ilə birlikdə 1800 deyir 1700-ə demişəm 1700-də dayanmışıq. 1700 olsa bütün pəncərələri götürərəm qalar bir dənə tavan. Tavanı da Allah qoyda bir yol tapacağam. Ay Könül, dünənləri pəncərələr var idi deməli var idi getdim baxım day gec idi deyə sənə zəng eləmədim narahat eləmədim. Dedim ki səhər yığaram. Şüşələri zadı yaxın bir uşaq var sağolsun tapıb mənimçün qəhvəyi pəncərə bahalıladandı ağdan deyil. Qəhvəyilələrdəndi. Şüşə də ikiqatdı qəhvəyilələrdəndi. Normal qiymət deyib mənim üçün indi onları götürmək istəyirəm mən ki, əldən çıxmasın da sabahları gedib ikiqat pul verib mən onları almayım, yəni təptəzə pəncərələrdi. İndi onu mən götürüb, sadəcə yer yoxdu qoymağa. Sizdə yer var? Bildiyin bir qohum əqrəba, tanış varsa aparım qoyum ora. Pul vermək lazımdı da. Götürüm, Elnurla bir yerdə maşınla zad aparım, ya adres verin mənə qabağıma çıxsınlar aparım yerləşdirim pəncərələri ora hazır qalsın. Bir dənə reys eləyib Qusara gedəndə aparıb qoymaq olar bütün pəncərələrin hamısın. Orada bir dənə üçbucaq yoxdur. Burda indi bir-ikisin artıq götürəcəm ki, orda ustaya verəcəm orda düzəltsin. Bütün evin pəncərələrin hamsın danışmışam. Götürmək lazımdı şüşə qarışıq. Birinci şüşələri gətirim yığım , sonra pəncərələri. Şüşələr çünki ağırdı. Tanış yer var çoxdu da pəncərə çox olacaqdır. Etibar elədiyin, münasib bildiyin yer varsa aparım qoyum, yoxdursa adam var ona hörmət edərik 50 manat zad verərəm onlar saxlayarlar. Gedəndə yolüstüdü elə. Tavanı da qabağa salmaq lazımdır ki, pəncərəni vurub, tavanı vurmamaq olmur da. Birinci tavanı vurmalısan, sonra pəncərəni. Sadəcə pəncə əldən çıxmasın deyə 100 faiz götürməli idik. Götüməsəm mənim üstümdə qalcaq. Qusardakı evi satdım ay yarımın içində 20 min manata yaxın pul aldım. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı mübahisə alqı-satqı müqaviləsindən irəli gəlməklə, müqavilənin predmeti Qusar rayonu, Çiləgir kəndində 3,5 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki fərdi yaşayış evinin alqı-satqısı olmuşdur, torpaq sahəsinə dair müqavilə notarial qaydada bağlanmış, bu zaman 5000 manat məbləğ cavabdeh tərəfindən ödənilmişdir, həmin müqavilə iddiaçının oğlu və cavabdehlərdən Cavabdeh2 arasında bağlanmışdır, iddiaçının oğlu – müqaviləni bağlamış X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir, iddiaçı tərəfindən təqdim edilmiş diskdəki səslərin onlara məxsus olması mübahisəsiz hallardır, iddiaçı müqavilənin qiymətinin 40000, cavabdeh isə 35000 manat olduğunu qeyd edir. Bundan əlavə müəyyən edilmişdir ki, müqaviləni imzalamış Vaqif Əsədov özü torpaq sahəsi üzərində yerləşən və müqavilənin predmeti olan evin dam örtüyünün quraşdırılmadığını, onu da tamamladıqdan sonra evi təhvil verməklə müqaviləni icra edəcəyini, həmçinin evin satışı ilə bağlı cavabdehlərdən 20000 manata yaxın pul aldığını bildirmişdir, həmin sözlərin ifadə olunduğu disk dinlənilərkən iddiaçı həmin səsin oğluna məxsus olduğunu təsdiqləmişdir, cavabdehlər tərəfindən 500 manat məbləğində pul vəsaiti iddiaçıya məxsus bank hesabına köçürülmüşdür, mübahisəli torpaq sahəsi cavabdehlərə satılarkən qiyməti 3500 manat olmuşdur, iddaçı tərəfindən natamam vəziyyətdə (dam örtüyü olmadan) satılmış ev cavabdeh tərəfindən sökülərək yenidən inşa edilmiş, mütəxəssis tərəfindən yeni inşa edilmiş fərdi yaşayış evinin təmir-tikintisi (sökülmə xərcləri də daxil olmaqla) üçün xərclənmiş vəsait 29334 manat, sökülmüş fərdi yaşayış evinin PVC pəncərə, taxta və plastik qapı, profinastil materialdan dam örtüyünün (taxta materialdan karkas hissəsinin quraşdırılması) quraşdırılması üçün sərf olunacaq fəsaitin məbləği 12200 manat hesablanmışdır, iddiaçı 35000 manat tələb edir, cavabdehlər iddia tələbini qəbul etmir və razılaşmaya əsasən evin tam şəkildə onlara verilməli olduğunu, lakin dam örtüyünün quraşdırılmadığını, müqavilə öhdəliyinin iddiaçı tərəfindən tam icra edilmədiyini, iddiaçının oğlu vəfat etdiyinə görə bu barədə iddiaçıdan heç bir şey tələb etmədiyini, hazırda isə həmin evin sökülərək yenidən inşa edildiyini bildirir. Məhkəmə qeyd edir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddiaçı, müqavilənin bağlanmasında şəxsən özünün iştirak etmədiyi bir vəziyyətdə, müqavilənin şərtləri, o cümlədən qiyməti, müqavilə üzrə öhdəliklərin icrası vəziyyəti, həmçinin cavabdehlərin öhdəliklərinin icra edilmədiyi hallara dair sübutetmə vəzifəsi daşıyır. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Əksinə, iş materiallarından müəyyən olunur ki, alqı-satqı müqqviləsi üzrə cavabdeh ümumilikdə 25500 (5000 manat notariusda, 20000 manat nümayəndəsi tərəfindən, 500 manat isə kart vasitəsilə iddiaçı tərəfindən qəbul olunmuşdur) manat ödəmiş, iddiaçı isə müqavilə üzrə tikintinin inşasını tamamlamamaqla öz öhdəliklərini lazımınca yerinə yetirməmiş, cavabdehin öhdəliyinin icrası isə bilavasitə iddiaçının icra edilməmiş öhdəliklərindən asılı olmuşdur, iddiaçının bu öhdəliyinin (dam örtüyünün quraşdırılması) məbləği 12200 manat, cavabdehinki isə 9500 manat təşkil edir. Məhkəmə, idida tələbi üzrə müqavilənin qiyməti ilə bağlı qeyd edir ki, cavabdeh müqavilənin qiymətinin 35000 manat olmasını etiraf etdiyindən, iddaçı isə müqavilənin məbləğinin bundan daha yüksək olmasına dair mötəbər sübutlar təqdim etmədiyindən, müqavilənin qiyməti 35000 manat məbləğində qəbul edilməlidir. Məhkəmə, iddia tələbi ilə bağlı qeyd edir ki, müqavilənin məbləğini təşkil edən 35000 manatdan 25500 manat ödənildiyi, yerdə qalan 9500 manat məbləğ isə iddiaçının yerinə yetirilməmiş öhdəliklərinə daxil olduğundan, cavabdehin müqavilə üzrə hər hansı bir icra edilməmiş öhəliyi qalmır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də təmin oluna bilməz. Həmçinin məhkəmə belə qənaətə gələrkən, müqavilə üzrə rəsmi olaraq razılaşdırılmış şərtləri (burada müqavilənin məbləği beş min manat müəyyən olunmuşdur), tərəflərin müqavilə şərtlərinə bağlılığı, öhdəliklərin icrası müddəti, torpağın satıldığı vaxtdakı dəyəri, iddiaçı tərəfindən inşa edilmiş tikintinin cavabdeh üçün əhəmiyyəti, həmin tikilinin yerində cavabdeh tərəfindən yeni tikilinin inşa edilməsi və digər diqqətəlayiq halları da nəzərə alır. Məhkəmə, iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarına münasibətdə qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, mötəbər, həqiqiliyi şübhə doğurmayan, əsaslı şübhədən kənar, digər hallar ilə təkzib edilməsi mümkün olmayan sübutlar nəzərə alınmalıdır, səs yazılarında isə “müqavilənin qiymətinin 40000 manat olması”na dair deyilənlər iddaçı və ya onun ailə üzvləri tərəfindən ifadə edilmiş, cavabdehlər həmin məbləğin 40000 manat olması barədə hər hansı fikir səsləndirməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi həmin sübut “müqavilənin qiymətinin 40000 manat olması” barədə qənaətə gəlmək üçün yetərli hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.3-cü maddəsinə əsasən, əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 436-cı maddəsinə əsasən, əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir. Həmin Məcəllənin 441.3-cü maddəsinə əsasən, əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 590-cı maddəsinə əsasən, satıcı alıcıya alğı-satqı müqaviləsinin komplektlik haqqında şərtlərinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın komplektliyi müəyyənləşdirilmədikdə, satıcı alıcıya komplektliyi işgüzar dövriyyə adətləri ilə və ya adətən irəli sürülən digər tələblərlə müəyyənləşdirilən əşya verməyə borcludur. Həmin Məcəllənin 591-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində satıcının alıcıya əşyaların müəyyən toplusunu komplekt şəklində vermək vəzifəsi nəzərdə tutulubsa, öhdəlik komplektə daxil olan bütün əşyaların verildiyi andan icra edilmiş sayılır. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, satıcı komplektə daxil olan bütün əşyaları alıcıya eyni vaxtda verməyə borcludur. Həmin Məcəllənin 592.1-ci maddəsinə əsasən, komplektsiz əşya verildiyi halda alıcı satıcıdan öz seçimi ilə aşağıdakıları tələb edə bilər: 1. alış qiymətinin mütənasib surətdə azaldılması; 2. əşyanın komplektinin ağlabatan müddətdə tamamlanması. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 597.3-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın qiymətini şərtləndirən göstəricilərdən (maya dəyəri, məsrəflər və i.a.) asılı olaraq onun qiymətinin dəyişdirilməli olduğu nəzərdə tutulduqda, lakin qiymətin dəyişdirilməsi üsulu müəyyənləşdirilmədikdə, qiymət müqavilənin bağlandığı an və əşyanın təhvil verildiyi an üçün həmin göstəricilərin nisbəti əsas götürülməklə müəyyənləşdirilir. Satıcı əşyanı vermək vəzifəsinin icrasını gecikdirdikdə qiymət müqavilənin bağlandığı an və əşyanın verilməsinin müqavilədə nəzərdə tutulan anı üçün, müqavilədə həmin an nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş an üçün həmin göstəricilərin nisbəti əsas götürülməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “35000 AZN pulun və 195 AZN ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, Qiymətləndirməyə dair tədqiqatın dəyərini təşkil edən 300 manat iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 35000 AZN pulun və 195 AZN ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı Qiymətləndirməyə dair tədqiqatın dəyərini təşkil edən 300 (üç yüz) manat tutularaq "xxxx" MMC-yə (Hesab: AZ57AİİB400500C**********211, Kod: 201229, Müxbir hesab: AZ37NABZ******************** (AZN), VÖEN (BANK): **********, SWİFT: AİİBAZ2XXXX) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar