Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4720/2024 01.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Ərizəçi xx.xx.1915-cı il təvəllüdlü nəvəsi X1 üzərində qəyyum və himayəçi təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəçi X1 üzərində onun qəyyumu təyin edilməsini tələb etsə də, ərizəyə X2 aid sənədləri əlavə etmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllədə mübahisələrə baxılmasının ümumilikdə 4 icraat növü nəzərdə tutulmuşdur. Bunlar ümumi iddia icraatı, əmr icraatı, kiçik iddialar üzrə sadələşdirilmiş icraat və xüsusi iddia icraatıdır. Hər bir icraat növündə işlərə baxılmasının ümumi cəhətləri ilə bərabər, xüsusi əlamətləri də var. Ərizəçi xüsusi iddia icraatı qaydasında ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xüsusi iddia icraatı qaydasında ərizələrə baxılmasının xüsusiyyətləri Mülki Prosessual Məcəllənin 305.1-ci maddəsində göstərilmişdir. Ərizədən də görüdüyü kimi, ərizəçi nəvəsinin üzərində qəyyum və himayəçi təyin edilməsi ilə bağlı tələb irəli sürsə də xüsusi iddia icraatı qaydasında işlərə baxılmasını nəzərdə tutan MPM-nin 305.1-ci maddəsində belə bir iddia növü nəzərdə tutulmamışdır. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, ərizəçi ərizəsinə tələbini əsaslandırdığı sənədləri əlavə etmədiyindən və hazırki ərizəyə xüsusi icraat qaydasında baxıla bilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarıldığından, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, ərizəçinin ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarıldığından ödədiyi 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-4720/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4720/2024
01.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver