Məhkəmə qərarları › İş №2(011)-5295/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5295/2024

02.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5295/2024 02.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Ərizəçi MMC-nin “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Ərizəçi MMC “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Ərizəçi MMC-nin mülkiyyətində olan “Man Tga 33.440” yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli, Z026WZZ8EV000513 şassi nömrəli, ağ rəngli, 2014-cü il buraxılışlı avtomobil yaranmış zərurətlə bağlı satışa çıxarılmış və sənədləşmə aparılması üçün 20 iyul 2023-cü il tarixdə AR DİN Baş X3 İdarəsinə müraciət olunmuşdur. Orada avtomobilə baxış keçirilib sənədləşmə işləri aparılan zaman avtomobilin İNTERPOL xətti üzrə Rusiya Federasiyası Sverdlovsk vilayəti Dİİ-si tərəfindən axtarışda olması bildirilmiş və sənədləşmə işlərinin aparılması dayandırılmışdır. AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yolnəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik- leytenantı X1 tərəfindən “Man Tga 33.440” yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli, Z026WZZ8EV000513 şassi nömrəli, ağ rəngli, 2014cü il buraxılışlı avtomobil ilə bağlı araşdırma aparılmış və 31 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar qəbul edilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, “Man Tga 33.440” yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli, Z026WZZ8EV000513 şassi nömrəli, ağ rəngli, 2014-cü il buraxılışlı avtomobilin dövlətlərarası axtarışa verilməsi faktı ilə avtomobilin mülkiyyətçisi Ərizəçi MMC-nin rəhbərliyi və təmsilçilərinin hərəkətləri arasında heç bir əlaqə yoxdur. Bu halda Ərizəçi MMC vicdanlı alıcı hesab edilməklə əməlində qeyd edilən fakt üzrə oğurluq və digər cinayətin tərkibi əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun 26 iyul 2023-cü il tarixli 3-13-25/2-8652/2023 nömrəli məktubundan görünür ki, İNTERPOL-un Baş Katibliyindən alnan məlumata görə, VİN: Z026WZZ8EV000513 olan, “Man Tga 33.440” markalı avtomobilin axtarışda olması barədə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar bir daha təsdiq edir ki, AR DİN Baş X3 İdarəsi tərəfindən Ərizəçi MMC-nin mülkiyyətində olan “Man Tga 33.440” yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli, Z026WZZ8EV000513 şassi nömrəli, ağ rəngli, 2014-cü il buraxılışlı avtomobilin satılması ilə bağlı sənədləşmə aparılmasından imtina edilməsi tamamilə əsassızdır və bu maneə aradan qaldırılmalıdır. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə ərizə ilə müraciət edərək Ərizəçi MMC-nin mülkiyyətində olan “Man Tga 33.440” yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli, Z026WZZ8EV000513 şassi nömrəli, ağ rəngli, 2014-cü il buraxılışlı avtomobilin satılması ilə bağlı sənədləşmə işlərinin aparılmasına yaradılan məhdudiyyətlərin aradan qaldırılması və avtomobilin satılmasına dair sənədləşdirilmə işlərinin təmin edilməsini xahiş etmişdir. Lakin, bu günə qədər sözügedən orqan tərəfindən ərizəyə heç bir cavab verilməmiş, qeyd edilən avtomobilin satılması ilə bağlı sənədləşmə işlərinin aparılmasına yaradılan məhdudiyyətlər aradan qaldırılmamışdır. Buna görə də qeyd edilən avtomobilin satılması ilə bağlı sənədləşmə işlərinin aparılmasına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən yaradılan məhdudiyyətlərin aradan qaldırılması və avtomobilin satılmasına dair sənədləşdirilmə işlərinin təmin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin üzərinə qoyulması tələbi üzrə ərizəçi tərəfindən Bakı İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-3192/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarının 31-ci bəndinə əsasən Ərizəçi MMC mülki məhkəmə qaydasında mübahisəli avtomobilin vicdanlı əldə edəni (sahiblik və istifadə hüququnun olmasını) olmasını müvafiq iddia tələbi verməklə təsdiq etdikdən sonra cavabdehə yenidən müraciət edə bilər. İşin hallarından da göründüyü kimi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda sözügedən avtomobilə münasibətdə Ərizəçi MMC-nin vicdanlı alıcı olması faktı müəyyən edilib, lakin hüquqi fakt kimi bu faktın tanınması üçün məhkəmə qərarının olması zəruridir. Beləliklə, Ərizəçi MMC-nin sözügedən avtomobili vicdanlı alıcı kimi əldə etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, Ərizəçi MMC-nin “Man Tga 33.440” yük markalı, **- JH-*** dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli, Z026WZZ8EV000513 şassi nömrəli, ağ rəngli, 2014-cü il buraxılışlı avtomobili vicdanlı alıcı kimi əldə etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Ərizəçi MMC və maraqlı şəxs AR DİN Baş X3 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Lakin ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, 02 sentyabr 2024-cü il tarixə təyin edilmiş baxış iclasında iştirak edə bilməyəcəyini bildirmiş, bununla bağlı məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsi tərəfindən e-2-1(112)-3192/2024 saylı 01 fevral 2024-cü il tarixli qərarından görünür ki, iddiaçı Ərizəçi MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “məhdudiyyətin aradan qaldırılması” barədə iddia iddiası rədd edilmişdir. Həmin qərardan görünür ki, məhkəmə sorğusuna əsasən cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, BƏSİİ-nin bazasının məlumatlarından müəyyən edilmişdir ki, “Man Tga 33.440” yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli, Z026WZZ8EV000513 şassi nömrəli nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdə baş vermiş hadisə səbəbindən **********0000764 nömrli cinayət işi üzrə xx.xx.2018-ci il tarixdən Rusiya Federasiyası Sverdlovsk vilayəti tərəfindən axtarışdadır. Həmçinin Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, sözügedən avtomobilin beynəlxalq axtarışda olması barədə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. Həmin qərarda məhkəmə qeyd etmişdir ki, nə qədər ki, mübahisəli avtomobilin oğurlanması ilə bağlı mübahisə mövcuddur, belə olan halda bu faktın təsdiq edilməsi, iddiaçının həqiqətən də vicdanlı əldə edən olub-olmaması inzibati məhkəmənin səlahiyyət dairəsinə aid deyildir. İddiaçı mülki məhkəmə qaydasında mübahisəli avtomobilin vicdanlı əldə edəni (sahiblik və istifadə hüququnun olmasını) müvafiq iddia tələbi verməklə təsdiq etdikdən sonra cavabdehə yenidən müraciət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik- leytenantı X1 tərəfindən qəbul edilmiş 31 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, “Man Tga 33.440” yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli, Z026WZZ8EV000513 şassi nömrəli, ağ rəngli, 2014-cü il buraxılışlı avtomobilin dövlətlərarası axtarışa verilməsi faktı ilə avtomobilin mülkiyyətçisi Ərizəçi MMC-nin rəhbərliyi və təmsilçilərinin hərəkətləri arasında heç bir əlaqə yoxdur. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Ərizəçi MMC-nin rəhbərliyi və təmsilçilərinin qeyd edilən fakt üzrə əməlində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun 26 iyul 2023-cü il tarixli 3-13-25/2-8652/2023 nömrəli məktubundan görünür ki, İNTERPOL-un Baş Katibliyindən alnan məlumata görə, VİN: Z026WZZ8EV000513 olan, “Man Tga 33.440” markalı avtomobilin axtarışda olması barədə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, “Mantga 33.440” yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli, ağ rəngli, 2014-cü il buraxılışlı nəqliyyat vasitəsi Ərizəçi MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları muəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Man Tga 33.440” yük markalı, **- JH-*** dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli, Z026WZZ8EV000513 şassi nömrəli, ağ rəngli, 2014-cü il buraxılışlı nəqliyyat vasitəsi ərizəçinin mülkiyyətindədir. İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, sözügedən avtomobilin beynəlxalq axtarışda olması barədə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik- leytenantı X1 tərəfindən qəbul edilmiş 31 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarı ilə, “Man Tga 33.440” yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli, Z026WZZ8EV000513 şassi nömrəli, ağ rəngli, 2014-cü il buraxılışlı avtomobilin dövlətlərarası axtarışa verilməsi faktı ilə avtomobilin mülkiyyətçisi Ərizəçi MMC-nin rəhbərliyi və təmsilçilərinin hərəkətləri arasında heç bir əlaqə olmadığından, Ərizəçi MMCnin rəhbərliyi və təmsilçilərinin qeyd edilən fakt üzrə əməlində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçiyə məxsus olan “Man Tga 33.440” yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli, Z026WZZ8EV000513 şassi nömrəli, ağ rəngli, 2014-cü il buraxılışlı nəqliyyat vasitəsini Ərizəçi MMC-nin vicdanlı əldə etməsi barədə kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir, odur ki, ərizə təmin edilməli, Ərizəçi MMC-nin “Man Tga 33.440” yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli, Z026WZZ8EV000513 şassi nömrəli, ağ rəngli, 2014-cü il buraxılışlı nəqliyyat vasitəsini vicdanlı alıcı kimi əldə etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrinin tələblərini rəhbər tutub məhkəmə Qət e t d i : Ərizə təmin olunsun. Ərizəçi MMC-nin “Man Tga 33.440” yük markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı, yəhərli dartıcı tipli, Z026WZZ8EV000513 şassi nömrəli, ağ rəngli, 2014-cü il buraxılışlı nəqliyyat vasitəsini vicdanlı alıcı kimi əldə etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar