Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5784/2025 12.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Seyidova Səkinə Mİrqasım qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınmasına və mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. Cavabdeh iddiaçının doğma atasıdır. Cavabdeh ilə X1-ağa qızı rəsmi qaydada xx.xx.1993-cü il tarixdə Rusiya Federasiyası Saxa-Yakutiya resp. Neryunqri şəhər Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdular. Onların birgə nikah dövründə xx.xx.1995-ci ildə İddiaçı anadan olmuşdur. Cavabdeh ilə X1-ağa qızı uzun müddət mehriban yaşasalarda sonradan münasibətləri pozulmuş bununlada aralarınada olan nikah Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-4130/2023 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçı ünvan 1 ünvanında Cavabdeh istifadəsində olan mənzildə qeydiyyatdadır. Artıq iddiaçının anası X1-ağa qızı ilə atası Cavabdeh birgə yaşamır və iddiaçı anası X1-ağa qızı tək qalmasın deyə çox vaxt onun yanında qalır. İddiaçı pasport qeydiyyatında olduğu ünvan 1 ünvanında yerləşən evdə yaşayarkən Cavabdeh ilə münasibətləri çox yaxşı olmuşdur. Bu səbəbdən də, iddiaçı pasport qeydiyyatında olduğu ünvan 1 ünvanında yerləşən evə istifadə hüququnu tanıtdırmaq istəyir.
2. Hal-hazırda iddiaçının kirayə ev tutub qalmağa heç bir imkanı çatmır. Özünün təlabatı və sağlamlığı üçün kifayət qədər vəsait tələb olunur. Lakin kirayədə yaşamaqla bu mümkün deyildir. Halbuki, doğulduğu gündən pasport qeydiyyatında olduğu ünvan 2 ünvanında yerləşən evdə yaşamaq üçün istifadə hüququ vardır.
İddiaçının tələbi:
3. İddiaçı doğulduğu gündən son günlərə kimi yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınmasına və evə köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehlərin etirazı:
4. Cavabdeh xx.xx.2025-ci tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı dərk etdiyini və iddia tələbini qəbul etdiyini, qızı İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınmasına və evə köçürülməsinə dair iddiasının təmin edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, mənzilə köçürülmə ilə bağlı iddialarını müdafiə edirlər. Məhkəmədən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən arayışa əsasən, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatındadır.
8. ünvan 4rəli xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasdan (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, mediasiya sessiyasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil və Cavabdeh iştirak etmişdir. (Vəkil 50 manat İMS 10 manat poçt xərcini ödəmişdir.)
9. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-4130/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X1-ağa qızı ilə Cavabdeh arasında 02 yanvar 1993-cü il tarixli 04 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-21-3-30/2-6222/2026 saylı məktubuna əsasən, İddiaçı adına ünvan 3 ünvanında mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-21-3-30/2-1866/2026 saylı məktubuna əsasən, İddiaçı adına ünvan 3 ünvanında mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
12. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə tərəfin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.
17. Belə ki, iddia tələbi İddiaçı doğulduğu gündən son günlərə kimi yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və evə köçürülməsi ilə bağlı olmaqla iki hissədən ibarətdir. Göründüyü kimi iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş özbaşına evə köçürülmə, istifadə hüququnun yaranması ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından münahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzilmələyən hüquq normalarına uyğun olmalıdır.
18. Məhkəmə iddia tələbini iddiaçının qeyd edilən mənzilə istifadə hüququnun tanınması hissəsində əsaslı deyil və rədd edilməlidir.
19. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-4130/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X1-ağa qızı ilə Cavabdeh arasında 02 yanvar 1993-cü il tarixli 04 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. (§9) İddiaçı cavabdehin qızıdır. Eyni zamanda DƏDRX tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən, İddiaçı adına ünvan 3 ünvanında mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. (§10, §11)
20. Məhkəmə araşrıması zamanı cavabdeh tərəf iddia tələbini qəbul etməsi ilə bağlı məhkəməyə yazılı müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessul qanunvericiliyin tələbinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. ((§15, 52.5 maddə)
21. Məhkəmə araşdırması zamanı iddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi (cavabdehin də qəbul etdiyi) mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hüquqi statusu etibarilə özbaşına tikili hesab edildiyi müəyyən edilmişdir.
22. Məhkəmə qeyd edir ki, hüquqi cəhətdən mövcud olmayan (dövlət reyestrində qeydiyyata alınmayan və hər hansı bir sənədi olmayan) daşınmaz əmlaka dair müvafiq olaraq hüquqları, o cümlədən istifadə hüququ ilə bağlı mövqe bildirilə bilməz.
23. Məhkəmə hesab edir ki, hər hansı tələbin irəli sürülməsi üçün şəxsin subyektiv hüquqa malik olması müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı nə iddiaçının, nə də cavabdehin qeyd edilən məznilə mülkiyyət müəyyən edici sənədinin mövcud olmadığı müsəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı mövcudluğu (hər hansı qeydiyyatı) müəyyən edilməyən daşınmaz əmlaka və bu əmlaka hər hansı hüquqları müəyyən edilməyən tərəflərə münasibətdə maddi hüquq normalarının tətbiqi hüquqlardan (dispozitiv imkandan və diskresion səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hallara gətirib çıxarar və prosessual qanunvericiliyin tələbləri baxımından tərəflər öz tələbinin və tələbi qəbul etmənin əsaslarını (subyektiv hüquqlarını) sübuta yetirməmişlər.
24. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (§14)
25. İddia tələbinin ikinci hissəsi İddiaçı doğulduğu gündən son günlərə kimi yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi ilə bağlıdır. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir.
26. Belə ki, iddiaçının köçürülməsini tələb etdiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir. İddiaçının cavabdehin qızı olması və həmin evdə böyüyüb boya-başa çatması, cavabdehin qızı olması, cavabdehin ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanmasını tələb etmək hüququ olması bu ev özbaşına tikili olsa da, iddiaçının həmin yaşayış sahəsinə köçmək və ondan istifadə etmək hüququnun mövcudluğunu istisna etmir. Çünki iddiaçının bu istəyi evin sahibi ilə olan razılıqla şərtləndirilir. Həmin evə faktiki sahiblik edən ata isə məhkəməyə razılıq ərizəsi ilə müraciət etmişdir.
27. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 6 ünvanında yerləşən mənzilə köçürülməlidir.
Məhkəmə xərcləri:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. İddiaçı ünvan 6 ünvanında yerləşən mənzilə köçürülsün.
3. İddia qalan hissədə təmin edilməsin.
4. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova