Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5970/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh və maraqlı şəxs Bakı şəhəri 38 saylı Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmişdirlər. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsi müəyyən edir ki, məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260-cı maddəsi müəyyən edir ki, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. İddia ərizəsinə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış AN-İ seriyalı, 26 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin 18-ci bəndinə əsasən bu müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İş materiallaında olan İddiaçı ASC tərəfindən Cavabdeh Yasim oğluna ünvanlanmış 14 iyun 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin şərtlərinin Cavabdeh Yasim oğlu tərəfindən pozulması nəzərə alınaraq, xəbərdarlıq məktubunu aldığı vaxtdan 5 gün müddətində müqavilə üzrə qalıq borcu ödəməsi, əks halda fərdi yaşayış evini boşaldaraq Banka təhvil verilməsi tələb olunmuş, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə və ya daşınmaz əmlakı könüllü olaraq Banka təhvil verilmədiyi halda müqavilə üzrə qalıq borcun tələbi, İddiaçı ASC ilə Cavabdeh Yasim oğlu arasında bağlanılmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğvi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın boşaldılaraq Banka təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət olunacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə hesab edir ki, qanunvericilik müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydasını müəyyən etsə də, İddiaçı ASC-nin cavabdehə göndərdiyi xəbərdarlıq məktubunda müqavilənin ləğv edilməsi ilə bağlı təklif deyil, öhdəliyin icra olunmadığı təqdirdə müqavilənin ləğvi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirildiyindən, müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehə təklif göndərilməsi sübut olunmadığından, hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı, 259-cu maddələrini rəhbər tutub, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı ASC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq Banka təhvil verilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5970/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5970/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver