Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-757/2024 12.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi X16 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və evdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 1ci Əhmədli küçəsi, ev 16 Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 22 aprel 1987-ci il tarixdə qeydiyyatdan keçmişdir. 06 sentyabr 1999-cu il tarixdə Cavabdeh1 ilə X6 arasında notarial qaydada rəsmiləşdirilməyən alqı-satqı müqaviləsi imzalanmışdır. X6 tərəfindən orda ev inşa olunmuş, vəfat etdiyi 16 may 2016-cı il tarixədək həmin evdə yaşamış, kommunal xidmətlər 16a saylı ünvan kimi bacısının adına olmuş, Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2004-cü il tarixli qətnaməsinə əsasən ərizəsi təmin edilərək Xətai rayon Polis İdarəsinin üzərinə X14 Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli küçəsi 16a saylı evə qeydiyyata almaq vəzifəsi qoyulmuşdur. X34 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş və Bakı şəhəri 16 saylı notariat kontorunda rəsmiləşdirilmiş vəsiyyətnamədən görünür ki, bütün əmlakını ona vəsiyyət etmişdir. ünvan 2 ünvanladığı məktudan görünür ki, ərizəsi əsasında vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş və evə dair çıxarış verilməsi xahiş edilmişdir. DƏDRX Bakı şəhəri Ərazi idarəsi tərəfindən evin və torpaq sahəsinin hüquqmüəyyənedici sənəd tələb edilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh1 ilə X24 arasında Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli küçəsi 16a saylı evə dair 06 sentyabr 1999-cu il tarixdə alqısatqı müqaviləsinin bağlanmış hesab olunması, Cavabdeh2 ünvan 3 ünvanda 45.76 kv.m sahədən ibarət evdən çıxarılması və evin boşaldılması, iddiaçının həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, izahatında bildirmişdir ki, mübahisəli evin inşa edilməsi gec başlanılmışdır. Cavabdehlər onun qohumu deyildir. X2 10000 manat vermiş və bu evi inşa etdirmişdir. Bacısı onkoloji xəstə olmuşdur. İddiaçı buna görə bacısını iki dəfə xarici ölkəyə göndərmişdir. Bu hadisələr 2004, 2008-ci illərdə baş vermişdir. İddiaçı bacısını qanuni şəkildə həmin mənzilə qeydiyyata saldırmışdır. Bacısı orada 20 ilə yaxın yaşamışdır. Bu ev onun bacısının halal evi olmuşdur. Bacısı ona evi satıb, yarısını borclarına ödəməsini, qalanını da dörd övladı arasında bölməsini bildirmişdir. Çıxarış bacısının adına olmuşdur. Vərəsəlik işi açılmışdır. Vəsiyyətnamə iddiaçıya verilmişdir. Bacısı ölməmiş cavabdehlər qapını sındıraraq evə daxil olmuşlar. İddiaçı həmin evə bir dəfə polis və mühəndislə getmişdir. Onun evə dair çıxarışı var, evin qeydiyyata alınması üçün Prezidentin sərəncamını gözləyirlər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi X28 hər biri ayrı-ayrılıqda iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. X3 həmçinin bildirmişdir ki, 2019-cu ildə qızı Cavabdeh2 həmin mənzili almışdır. Ev 2 qardaş, 1 bacıdan alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə etiraz ərizəsi təqdim edərək, qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıran halların nədən ibarət olmasını əsaslandıra bilməmiş, yalnız qanunvericiliyin tələblərini formal sadalamaqla kifayətlənmişdir. Hətta maddi hüquq normalarının yaranmasının 1999-cu ilə aid olaraq Azərbaycan SSR Mülki Məcəlləsinin normalarının tətbiq olunmasını qanunauyğun hesab etmişdir. Lakin iddiaçı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbini irəli sürməsi belə əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində iddiaçının X6 tərəfindən evin inşa olunması, orada yaşamasını, kommunal xidmətlərinin bacısının adında olması, hətta bacısının 2016-cı il tarixdə rəhmətə getməsini etiraf etmiş, həmin ünvandakı evin iddiaçıya heç bir aidiyyəti olmadığını iddiaçı özü iddia ərizəsində birbaşa təsdiq etmişdir. Belə ki, alqı-satqı müqaviləsinin tərəfi rəhmətə getdiyi zaman alqı-satqı müqaviləsinin bağlanmasının məhkəmədən iddia etməsi absurd tələb olmaqla yanaşı qanuna ziddir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanun tələbindən aydındır ki, alqı-satqı müqaviləsinin tərəfləri mövcud deyil, mövcud olmayan tərəfin adından məhkəmənin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi də qanuna zidd hesab olunmalıdır. Belə ki, öhdəlik münasibətləri tərəflərin könüllülük prinsipinə əsaslanır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Qeyd olunduğu kimi iddiaçının alqı-satqı müqaviləsinin tərəfi olmadığı halda, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi adı ilə iddia tələbi də əsassızdır, belə ki, alqı-satqı müqaviləsinin bağlanmasını məhkəmədən tələb etməsinə onun nə hüququ, nə də vəzifəsi vardır. İlk növbədə iddiaçının bu tələblə məhkəməyə müraciət etməsi, məhkəmə bir növ öhdəlik qoyması, bunu onun qanuni vərəsə olması və bacısından ona vəsiyyətnamənin olması əsaslanması da əsassız hesab olunmalıdır. İddiaçı alqı-satqı müqaviləsini sağlığında tərəfi ola biləcək bacısının qanuni vərəsəsi kimi məhkəməyə öhdəlik qoya bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qardaş ikinci növbədə olan vərəsə kimi hətta mərhum bacısının övladlarının olması qardaşın qanuni vərəsə kimi iddia etməsini istisna edir. Bundan başqa iddiaçının məhkəmədə Cavabdeh2 və digər cavabdehə qarşı irəli sürdüyü iddianın qanunauyğun olub-olmaması müəyyən edilməli, eləcə də iddiaçının cavabdehlərə qarşı subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata kecirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə mudafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata kecirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu muəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirməlidir. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. İdddiaçı cavabdehlərə qarşı ünvan 4 evə dair xx.xx.1999- cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Cavabdeh2 ünvan 4 ünvanda 45.76 kv metr sahədən ibarət evdən çıxarılması və evin boşaldılması, iddiaçının həmin evə köçürülməsini barədə iddia tələbi etməsi belə subyektiv hüququ olmadığı halda bunu etmiş, məhkəmə iddia ərizəsini icaatına qəbul edərkən iddiaçının MPM-nin 149-cu maddəsinin tələblərinə riayət etmədiyi halda, yəni digər cavabdeh rəsmi ünvanı, onun şəxsiyyəti eyniləşdirmə imkan verən məlumatlar olmadan icraata qəbul etmişdir. Digər Cavabdeh1 barəsində iddia ərizəsində məlumatlar mövcud deyil, hətta onun hər hansı bir yerdə qeydiyyatda olub-olmaması barədə məlumatlar düzgün deyildir. Cavabdeh2 sahibliyində, istifadəsində olan evin ünvanı yazmaqla iddiaçı bir növ məhkəməni aldatmağa çalışmışdır. Qeyd olunduğu kimi mübahisəli ev Cavabdeh2 məxsusdur, həmin evin dəyərini 2019-cu il tarixdə ödəməklə əldə etmiş, həmin evdə ailəsi ilə birgə köçüb yaşamağı, kommunal xidmətlərin ödəməyi işin mübahisəsiz halıdır. Həmin evi Cavabdeh2 2019-cu il tarixində iddiaçının bacısı olan X13 övladlarına dəyərini ödəməklə almışdır. Həmin evdə yaşayır, onun evinə aid olmayan şəxsin evinə soxularaq ondan yalandan evi sənədləşdirmə adı ilə sənədlərini əldə edərək ona qarşı hazırkı tələblə çıxış etməsi, onun evinə iddia etməsini, yəni iddiaçının subyektiv hüququ olmadan onun evinə köçürülməsi qeyri-mümkündür və mülki qanunvericiliyin tələblərini kobud qaydada pozmuş olur. İş üzrə Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 06 sentyabr 1999-cu il tarixli əlyazmada göstərilmişdir ki, X7 Əhmədli sakini Cavabdeh1 həyətyanı sahəsinin 8 m eni, 9 m uzunluğunda torpaq sahəsinin 900 (doqquz yüz $) Amerika dolları qiymətinə onun ailə üzvlərinin razılığı ilə alır. (əlyazma Cavabdeh1 – ev sahibi, Cəfərova Məhəbbət - həyat yoldaşı, Cəfərov Namiq – oğlu, Ağayeva Sitarə tərəfindən imzalanmışdır). İş materiallarında olan Əhmədli qəsəbəsi sakinləri – X30, X9, X29 tərəfindən tərtib edilmiş 03 sentyabr 2004-cü il tarixli aktın surətindən görünür ki, 1-ci Əhmədli küçəsi 16b №-li evdə qonşuluqda X24 1999-cu ildən həmin vaxta qədər qeydiyyatsız olaraq yaşamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X12 Xətai Rayon Polis İdarəsinin vəzifəli şəxsinin hərəkətsizliyi ilə əlaqədar ərizəsi təmin edilmiş, Xətai Rayon Polis İdarəsinin X14 Bakı şəhəri 1-ci Əhmədli küçəsindəki 16№-li evə qeydiyyata almaqdan imtinası əsassız hesab edilmiş, Xətai Rayon Polis İdarəsinin vəzifəli şəxsinin üzərinə X14 Bakı şəhərinin 1-ci Əhmədli küçəsindəki 16 №-li evə qeydiyyata almaq vəzifəsi qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri 16 saylı notariat kontorunun notariusu Abıyeva G.Ə tərəfindən təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan X24 ölən günədək ona məxsus olan bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 805262 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 16 may 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 avqust 2016-cı il tarixli arayışın surətindən görünür ki, X24 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, mərhum 1-ci Əhmədli küçəsi, 16 a №-li evdə ölən günə qeydiyyatda olmaqla yaşamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış 24 iyul 2023-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 9 iyun 2023-cü il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış əmlka obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən səndələrin Siyahısı” na uyğun müvafiq sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan Bakı şəhəri 16 saylı Notariat Kontorunun notariusu Abıyeva G.Ə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın DÖvlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış məktubun surətindən görünür ki, X11 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri, 16 saylı notariat kontoruna İddiaçı tərəfindən müraciət olunmuşdur. X24 xx.xx.2016-cı il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasından tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən İddiaçı “xx.xx.2023-cü il tarixli müraciətinə dair” ünvanlanmış cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli müraciətə tam təfsilatı ilə araşdırılmışdır. Məlumdur ki, mərhum X4 Elşad Ağacanoviçin adına vəsiyyətnamə qoymuşdur. Miras qoyan Sitarə Ağayevanın vəfatı ilə əlaqədar vərəsəlik işi açılmışdır. Lakin miras qoyan S.Ağayevanın adına müvafiq qaydada dövlət qeydiyyatına alınmış hər hansı bir daşınmaz əmlak haqqında çıxarış müəyyən olunmamışdır. Hazırda ərizə qeyd edilən ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə aid miras qoyan X13 adına mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcud deyildir. Belə olan halda vərəsəlik şəhadətnaməsi yalnız konkret əmlak üzrə verilir və vərəsələr tərəfindən həmin əmlak üzrə miras qoyanın qanuna müvafiq qaydada mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. Belə ki, “Notariat haqqında” AR Qanununun 27-ci maddəsinə əsasən Notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Bundan başqa “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatının 95-ci bəndinə əsasən Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.) qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Həmin Təlimatın 104-cü bəndinə əsasən Notarius vəsiyyət üzrə vərəsəlik hüququ şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını vəsiyyətnamənin olub-olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri yoxlayır, mirasda məcburi paya hüququ şəxslər olub-olmadığım aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini təsdiq etmiş notariat ofisində yoxlayır. Həmin. Təlimatın 107-ci. bəndinə əsasan Miras tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı «Elektron notariat» informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir. Odur ki, göstərilənlər nəzərə alınaraq İddiaçı adına ünvan 9 ünvanında yerləşən daşınmaz əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri 49 saylı notariat ofisinin xüsusi notariusu X20 tərəfindən təsdiq edilmiş X1 **********665 saylı 28 noyabr 2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, **********20000 saylı qaz abonent kodunun Cavabdeh2 adına keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən X1 **********021 saylı 02 noyabr 2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, ünvan 10 ünvanda yerləşən 45.76 kv/m-dən ibarət olan fərdi yaşayış evini – Cavabdeh2 24000 manata satmışdır. Həmin məbləği tam olaraq almışdır. Gələcəkdə onun bu əmlak barədə heç bir iddiası və tələbi olmayacaqdır. İş materiallarında olan Bakı şəhəi 18 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən X5 **********022 saylı 02 noyabr 2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, ünvan 10 ünvanda yerləşən 45.76 kv/m-dən ibarət olan fərdi yaşayış evini – Cavabdeh2 satılmasına razıdır. Gələcəkdə onun bu əmlak barədə heç bir iddiası və tələbi olmayacaqdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən "xxxx" ASC və "xxxx" ASC-yə verilmiş 04 noyabr 2019-cu il tarixli arayışların surətindən görünür ki, Cavabdeh2 1-ci Əhmədli küçəsi ev 16A ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan "xxxx" ASC-nin abunə haqqında çıxarışından görünür ki, ünvan 11 ünvanında yerləşən sayğac (abunə **********2021D) Cavabdeh2 adınadır. İş materiallarında olan “Azəriqaz” İB-nin abonent saldosundan görünür ki, ünvan 10 ünvanında yerləşən sayğac (abonent kodu **********20000) Cavabdeh2 adınadır. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin 12 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 DİN-in 102 xidmətinə verdiyi məlumat və X15 müraciəti əsasında cinayət işinin başlanması rədd edilmiş, İddiaçı Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin Xətai RPİ-nin 34-cü PŞ-nin aidiyyəti əməkdaşına verilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan satıcı X8 ilə alıcı Cavabdeh2 arasında şahidlərin (Ziba Hümmətova, Esmira Hüseynovanın) iştirakı ilə bağlanmış evlərin alqı-satqısı haqqında 26 oktyabr 2019cu il tarixli müqavilənin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzilin satış qiyməti 25000 manat müəyyən edilmiş, alıcı tərəfindən 1000 manat beh verilmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəs mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin (bundan sonra bu Məcəllənin müddəalarına istinad ediləcək) 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.(Maddə 1134.1.) Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. (Maddə 1159.1.) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanda 45.76 kv.m sahədən ibarət özbaşına tikili olan fərdi yaşayış evinə İddiaçı X34 məhkəmə qətnaməsi əsasında qeydiyyata düşməklə ölən günə qədər yaşamışdır. X4 Elşad Ağacanoviçin adına 2016-cı il tarixdə vəsiyyətnamə qoyaraq, ölən günədək ona məxsus olan bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. 16 may 2016-cı il tarixdə X24 vəfat etmiş və həmin məqamda qanun üzrə birinci növbədən dörd övladı vərəsə olmuşdur. Miras qoyan Sitarə Ağayevanın vəfatı ilə əlaqədar vərəsəlik işi açılmış, lakin ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinə aid miras qoyan X13 adına mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcud olmamışdır. Mübahisəli mənzil 2019-cu ildə mərhum X18 oğlu X8 tərəfindən Cavabdeh2 25000 manata satılmışdır. X1 və onun qardaşı X5 notarial təsdiq olunmuş ərizələrindən görünür ki, onların ünvan 10 ünvanda yerləşən 45.76 kv/m-dən ibarət olan fərdi yaşayış evi barədə heç bir iddiası və tələbi olmayacaqdır. Hazırda ünvan 10 ünvanda yerləşən 45.76 kv/m-dən ibarət olan fərdi yaşayış evi Cavabdeh2 ailə üzvləri ilə birlikdə faktiki sahibliyində və istifadəsindədir. Hazırda iddiaçı Cavabdeh1 ilə X24 arasında Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli küçəsi 16a saylı evə dair 06 sentyabr 1999-cu il tarixdə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması, Cavabdeh2 ünvan 3 ünvanda 45.76 kv.m sahədən ibarət evdən çıxarılması və evin boşaldılması, iddiaçının həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, X4 Elşad Ağacanoviçin adına 2016-cı il tarixdə vəsiyyətnamə qoyaraq, ölən günədək ona məxsus olan bütün əmlakını İddiaçı vəsiyyət etsə də, X24 vəfat etdiyi məqamda mülkiyyətində hər hansı daşınmaz əmlak, o cümlədən iddianın predmeti olan Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli küçəsi 16a saylı evlə bağlı hər hansı hüquqları müəyyən edilməmişdir. Bununla yanaşı X13 qanun üzrə birinci növbədən dörd övladı vərəsə olmuşdur. İddiaçı vəsiyyətnaməyə əsaslanaraq, Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli küçəsi 16a saylı evə dair 06 sentyabr 1999-cu il tarixdə alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasını xahiş etsə də, X13 həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yuxarıda istinad edilmiş maddi və prosessual hüquq normalarına əsasanıb, işdə olan sübutları qiymətləndirib, belə qənaətə gəlir ki, İddiaçı hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququ müəyyən olunmadığından, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və evdən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-757/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-757/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver