Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7176/2024 01.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “itkin düşməsi faktının müəyyən ediləsi barədə qətnamənin ləğv edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 15 aprel 1991-ci ildən Bakı şəhərində xəbərsiz itkin düşməsi faktının müəyyən edilməsinə dair Xətai rayon xalq məhkəməsinin 2-804/97 saylı 29 avqust 1997-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri Ərizə onunla əsaslandırılmışdır ki, 1997-ci ildə anam Daştəmirova Şeyrixan Məhəmmədovna qızı ərizəçi X2 xəbərsiz itkin düşməsi faktının müəyyən edilməsi ilə bağlı Xətai rayon xalq məhkəməsinə müraciət etmişdir. Xətai rayon xalq məhkəməsin 2-804/97 saylı 29 avqust 1997-ci il tarixli qətnaməsinə əsasən ərizə təmin edilmiş, Daştəmirova Şeyrixan Məhəmmədovnanın xx.xx.1969-cu ildə anadan olmuş qızı X2 15 aprel 1991-ci ildən Bakı şəhərində xəbərsiz itkin düşməsi faktının müəyyən edilmişdir. Ərizəçi bildirir ki, 1991-ci ildə rəsmi qeydiyyata düşmədən hazırki əri ilə evlənərək Rusiya Federasiya gedərək Murmansk şəhərində uzun müddət ərzində yaşamışdır. Azərbaycan Respublikasında barəsində xəbərsiz itkin düşməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qətnaməsinin olmasından xəbərsiz olmuşdur. 2014-cü ildə Azərbaycana qayıtmış və hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. Artıq gələndən sonra atasından miras qalmış mənzilin qeydiyyat vəsiqəsində vərəsələr arasında adı olmadığını görəndən sonra barəsində belə bir qətnamənin olduğu ərizəçiyə məlum olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, X1 1991-2000-ci il tarixlərdə dövlət sərhədindən hərəkətləri barədə məlumatın təqdim edilməsi texniki cəhətdən mümkün olmamışdır, xx.xx.1969-cu il təvəllüdlü X1 xx.xx.2001-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında qeyd edilən məlumatlardan görünür ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixə kimi ölkəyə daimi olaraq giriş-çıxışı olmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Rusiya Federasiyasının vətəndaşı, xx.xx.1969-cu il təvəllüdlü Serfinat Dashtamirova sonuncu dəfə xx.xx.2020-ci il tarixdən etibarlılıq müddəti xx.xx.2020-ci il tarixədək olan müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qeydiyyata alınmış və ünvan 1 ünvanına qeydiyyatdadır. İş materiallarında olan, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata adı qrafasında X6, ana adı qrafasında Daşdəmirova Şeyrixan qeyd olunmuşdur. İş materiallarında olan, Əcnəbilərin və X7 Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə 80716340 nömrəli bildirişdən görünür ki, qeydiyyata alınan şəxs Dashtamirova Serfinat , müraciət tarixi xx.xx.2020-ci il , qeydiyyatın son tarixi xx.xx.2020-ci il , qeydiyyatına alan Kseniya Dashdamirova, qeydiyyat ünvanı ünvan 2zərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı vəsiqəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 34, 73 nömrəli mənzil Daştəmirova Şeyrixan, Daştəmirov Tasmuddin Srajidinoviç, Daştəmirov Aslan Srajidinoviç, Daştəmirova Marina Srajidinovna və X4 adlarına 1/6 hissələrdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan xx.xx.1998-ci ildə keçmişdir. İş materiallarında olan, Xətai rayon Xalq Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.1997-ci il tarixli, 2-804/97 saylı qətnaməsindən görünür ki, ərizəçi Daştəmirova Şeyrixan Məhəmmədovnanın xx.xx.1969-cu ildə anadan olmuş qızı Daştəmirova Serfinat Srajidinovna xx.xx.1991-ci l tarixdən Bakı şəhərində xəbərsiz itkin düşməsi faktı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, o ərizəçinin qardaşının tanışıdır, Serfinat ilə telefon əlagələri olmuş, həmçinin görüşürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, ərizəçi onun doğma xalasıdır, Moskavaya getmiş, amma hər zaman ünsiyyətləri olmuş,onlara tez-tez gedib-gəlirdi, xalasının itkin düşməsi barədə balaca olduğundan məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, ərizəçinin doğma bacısıdır, ataları ölən zaman vərəsəlik işi açılmış, lakin bacısı burda olmadığına və onu tapa bilmədiklərinə görə, evə dair çıxarış almaq üçün o zamanlar bacısının itkin düşməsinə dair sənəd almaq üçün məhkəməyə müraciət etmişlər, sonradan bacısı yenidən Bakıya gəlmiş, hal-hazırda əlaqələri var, ünsiyyətdədirlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1- ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. Həmin Məcəllənin 40.4-cü maddəsinə əsasən, xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. Həmin Məcəllənin 40.5-ci maddəsinə əsasən, xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 305.1.2-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 312 –ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.1-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xətai rayon Xalq Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.1997-ci il tarixli, 2-804/97 saylı qətnaməsi ilə ərizəçi Daştəmirova Şeyrixan Məhəmmədovnanın xx.xx.1969-cu ildə anadan olmuş qızı Daştəmirova Serfinat Srajidinovna xx.xx.1991-ci il tarixdən Bakı şəhərində xəbərsiz itkin düşməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli məktubdan qeyd olunmuşdur ki, xx.xx.1969-cu il təvəllüdlü X1 xx.xx.2001-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərkəti barədə İAMAS bazasında qeyd edilən məlumatlardan görünür ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixə kimi ölkəyə mütəmadi olaraq girişçıxışı olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Rusiya Federasiyasının vətəndaşı, xx.xx.1969-cu il təvəllüdlü Serfinat Dashtamirova sonuncu dəfə xx.xx.2020-ci il tarixdən etibarlılıq müddəti xx.xx.2020-ci il tarixədək olan müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qeydiyyata alınmış və ünvan 1 ünvanına qeydiyyatdadır. Göründüyü kimi, ərizəçi 1997-ci ildən məhkəmə qətnaməsi ilə itkin düşmüş hesab olunsada, ölkəyə daimi olaraq gəlib-getmiş, yaxınları ilə hər zaman ünsiyyətdə olmuşdur, habelə, bu hal şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Hal-hazırda da, ərizə ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş qətnamənin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 316-cı maddəsindən də görünür ki, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, Xətai rayon Xalq Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.1997-ci il tarixli, 2-804/97 saylı qətnaməsi ləğv edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Daştəmirova Şeyrixan Məhəmmədovnanın xx.xx.1969-cu ildə anadan olmuş qızı Daştəmirova Serfinat Srajidinovnanın xx.xx.1991-ci il tarixdən Bakı şəhərində xəbərsiz itkin düşməsi faktının müəyyən edilməsi barədə Xətai rayon Xalq Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.1997-ci il tarixli, 2-804/97 saylı qətnaməsi ləğv edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7176/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7176/2024
01.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver