Məhkəmə qərarları › İş №2(016)-380/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-380/2023

10.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-380/2023 10.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X20 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X15 oğlunun katibliyi, X1, Maraqlı şəxsin nümayəndəsi Ağsu rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər komissiyasının üzvü X7 iştirakları ilə, X1 maraqlı şəxs Ağsu rayon İcra Hakimiyyəti Aparatının Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X1 maraqlı şəxs Ağsu rayon İcra Hakimiyyəti Aparatının Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X12 izahat verərək bildirdi ki, Ağsu Rayon Məhkəməsinin oğlu xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən oğlu X9 ilə X10 arasında Ağsu rayon Qeydiyyat Şöbəsində 13.5.2016-cı il tarixdə bağlanmış və 145 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Birgə nikahdan andan olan xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 anaları atıb getmiş və onlar atalarının yanında qalmışlar. Hazırda barəsində ərizə ilə müraciət etdiyi xx.xx.2016-cı il təvəllüdlü X11 onun nəvəsidir və 7 yaşı tamam olmamışdır. Nəvələri ataları və onlarla birlikdə yaşayır. Salahova Xumarın atası Məmməd özüdə fəaliyyət qabiliyyətsizdir, lakin buna dair məhkəmə qətnaməsi yoxdur. Bu səbəbdən ərizə ilə məhkəməyə o, müraciət etmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi işin məhkəmə baxışına təyin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Ərizəni nəzərdən keçirərək Məhkəmə hesab edir ki, hazırkı halda müvafiq nöqsanlara yol verildiyi üçün ərizə və ona əlavə edilən sənədlər, o cümlədən ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzi üzrə ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. İş materiallarından da görünür ki, X11 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. Yəni onun hazırda 6 yaşı vardır. Göründüyü kimi Mülki qanunvericiliyin tələblərinə əsasən Salahova Xumarın hazırda fəaliyyət qabiliyyəti yoxdur. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. X12 ərizəsində nəvəsi X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etsə də, mülki prosessual qanunvericiliyin tələblərindən görünür ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işyaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırılır. Qeyd olunan siyahıda nənə və baba qeyd edilməmişdir. Odur ki, ərizə hüququ olmayan şəxs tərəfindən qaldırılmış və imzalanmışdır. Beləliklə, Məhkəmə hesab edir ki, qeyd olunan əsaslara görə ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 maraqlı şəxs Ağsu rayon İcra Hakimiyyəti Aparatının Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə və ona əlavə edilən sənədlər, o cümlədən ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzi üzrə ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılsın. X2 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar