Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-1057/2024 27.11.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh1 və onun ailə üzvlərinin adına verilmiş JN-557F KOD 30116018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dairşəhadətnamə”nin və Cavabdeh2 adına verilmiş JN-556F KOD 30116018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dairşəhadətnamə”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin tələb mülki deyil, inzibati hüquqi xarakter daşıyır və həmin tələbə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxıla bilməz. Azərbaycan RespublikasınınMPM-nin 25.1-cimaddəsinəəsasənmülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi iləəlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərəümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz hərəkətlərindən (hərəkətsizliyi) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Göründüyü kimi hazırkı iddiaya ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır və bu səbəbdəndə hesab edirəm ki, iddia ərizəsi və əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah edilməldir ki, hal-hazır ki, iddia tələbi ilə bağlı Sumqayıt İnzibati Məhkəməyə müraciət etməlidir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu iddiçıya qaytarılır. İddiaçı məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. YuxarıdagöstərilənlərəəsasənvəAzərbayjanRespublikasınınMPM-nin 152, 263-264, 267-268-cimaddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hal-hazırki iddia tələbi ilə bağlı Sumqayıt İnzibati Məhkəməyə müraciət etsin. İddiaçı məhkəmədə işə baxılması üçün üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-1057/2024
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-1057/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver