Məhkəmə qərarları › İş №2(029)-1340/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1340/2025

26.02.2026 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1340/2025 26.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşın ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “vətəndaşın ölmüş elan edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 14 noyabr 1962-ci il tarixdə Qusar rayonunun Əniğ kəndində anadan olmuş X6 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun əmisi X8 14 noyabr 1962-ci il tarixdə Qusar rayonunun Əniğ kəndində anadan olmuşdur. Sonradan əmisi X3 şəhəri, L.Nemət küçəsi 239 saylı ünvanda həyətyanı torpaq sahəsini almış, həmin torpaq sahəsində yaşayış evini inşa etmiş və orada yaşamağa başlamışdır. Əmisi, X8 1994-cü ilin avqust ayında işləyib pul qazanmaq adı ilə evdən çıxıb Rusiya Federasiyasına getmiş və bir daha geri qayıtmamışdır. Həmin vaxtdan etibarən əmisi X5 heç bir xəbər çıxmamışdır. Həmin vaxtdan əmisi X8 itkin düşmüş, ondan heç bir xəbər çıxmamış, onun harada olması naməlum olaraq qalmışdır. Onun mərhum atası X1 əmisi X7 xeyli axtarmış, soraqlaşmış, lakin ondan heç bir xəbər, soraq əldə edə bilməmişdir. X4 14 sentyabr 2024cü il tarixdə vəfat etmişdir. Artıq 30 ildən çoxdur ki, əmisi X8 itkin düşmüşdür, ondan heç bir xəbər yoxdur. Qusar Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli 2(029)-407/2025 saylı qətnaməsinə əsasən əmisi X8 xəbərsiz itkin düşmüş elan edilmişdir. Həmin qətnamənin qəbul edildiyi vaxtdan yenə bir xeyli müddət keçmiş əmisi X5 heç bir xəbər, soraq çıxmamışdır. Ona görə də X8 məhkəmə qaydasında ölmüş elan edilməlidir. X2 ölmüş elan edilməsi ona ondan miras qalmış əmlaklar barəsində vərəsəlik hüquqlarını həyata keçirmək üçün zəruridir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ərizədə qeyd edilənləri təsdiq edir və ərizənin təmin olunmasını xahiş edir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon məhkəməsinin 26 iyun 2025-ci il tarixli 2(029)- 407/2025 saylı qətnaməsindən görünür ki, 14 noyabr 1962-ci il tarixdə Qusar rayonunun Əniğ kəndində kəndində anadan olmuş X8 xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respiblikasının Mülki Məcəlləsinin 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə belə qənaətə gəlir ki, 14 noyabr 1962-ci il təvəllüdlü X2 ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, həmin şəxsə məxsus əmlakın ərizəçinin vərəsəlik yolu ilə mülkiyyətə verilməsi üçün isə onun ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi zəruridir. Həmçinin hazırki iş üzrə Qusar rayon məhkəməsinin 25 iyun 2025-ci il tarixli 2(029)-407/2023 saylı qətnaməsi ilə X8 itkin düşmüş elan edilmişdir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 14 noyabr 1962-ci il tarixdə Qusar rayonunun Əniğ kəndində kəndində anadan olmuş X8 ölmüş elan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 14 noyabr 1962-ci il tarixdə Qusar rayonunun Əniğ kəndində anadan olmuş X8 ölmüş elan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar