Məhkəmə qərarları › İş №2(039)-1931/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1931/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1931/2020 26.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı «X4 X1» MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin geri qaytarılması» tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X4 X1» MMC Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğvi, lizinq obyektinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X4 X1» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 09/AV-19 saylı daxili lizinq müqaviləsinin ləğv olunması, lizinq obyekti olan 2007-ci il buraxılışlı, ** BM *** nömrə nişanlı, MİTSUBİSHİ L 200 markalı, qara metallik rəngli minik avtomobili «X4 X1» MMCyə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X4 X1» MMC iddia tələbini onunla əsaslandırmışdır ki, «X4 X1» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 09/AV-19 saylı daxili lizinq müqaviləsinə əsasən «X4 X1» MMC-yə məxsus 2007-ci il buraxılışlı, ** BM *** nömrə nişanlı, MİTSUBİSHİ L 200 markalı, qara metallik rəngli minik avtomobili qarşılıqlı razılıq əsasında 9150 (doqquz min yüz əlli) manat məbləğində qiymətləndirilərək, 18 ay müddətinə illik 36 faiz hesablanmaqla Cavabdeh verilmiş, Cavabdeh hər ay 665.28 (altı yüz altmış beş manat iyirmi səkkiz qəpik) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi şəkildə icra etməmiş, kredit borcunu vaxtında və lazımi qaydada ödəməmiş, nəticədə «X4 X1» MMC-yə xx xxxx 2019-cu il tarixli 09/AV-19 saylı müqavilə üzrə xx xxxxxxxx 2020-ci il tarixə əsas borc 6443.51 (altı min dörd yüz qırx üç manat əlli bir qəpik) manat, faiz borcu 1798.04 (bir min yeddi yüz doxsan səkkiz manat dörd qəpik) manat olmaqla ümumilikdə, 8241.55 (səkkiz min iki yüz qırx bir manat əlli beş qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, «X4 X1» MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. İddiaçı «X4 X1» MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş arayışından məlum olur ki, Cavabdeh xx xxxxxxxx 1991-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Yevlax rayonu, Kolnı kəndində qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİNnin Yevlax RQİ və TBŞ-si tərəfindən xx xxxx 2019-cu il tarixli AD 497653 saylı Azərbaycan Respublikası Nəqliyyat vasitədinin qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, 2007-ci il buraxılışlı, ** BM *** nömrə nişanlı, MİTSUBİSHİ L 200 markalı, qara metallik rəngli minik avtomobil «X4 X1» MMC-yə məxsusdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən «X4 X1» MMC ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixdə bağlanmış 09/AV-19 saylı daxili lizinq müqaviləsinin surətindən məlum olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 2007-ci il buraxılışlı, ** BM *** nömrə nişanlı, MİTSUBİSHİ L 200 markalı, qara metallik rəngli minik avtomobil Cavabdeh verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2019-cu il tarixli BC- BOKT-241/2019 sylı pretenziyasının surətindən məlum olur ki, «X4 X1» MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh öhdəliklərinin icra edilməsini, borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh «X4 X1» MMC-yə 8241.55 manat borcu yaranmışır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlrlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748.1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh xx xxxx 2019-cu il tarixli daxili lizinq müqavilə əsasən «X4 X1» MMC-yə məxsus 2007-ci il buraxılışlı, ** BM *** nömrə nişanlı, MİTSUBİSHİ L 200 markalı, qara metallik rəngli minik avtomobili lizinqə götürmüş, lizinq obyektinin lizinqə alınması ilə bağlı ödəməli məbləğləri ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələbinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «X4 X1» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 09/AV-19 saylı daxili lizinq müqaviləsinin ləğv olunmalı, lizinq obyekti olan 2007-ci il buraxılışlı, ** BM *** nömrə nişanlı, MİTSUBİSHİ L 200 markalı, qara metallik rəngli minik avtomobil mülkiyyətçi «X4 X1» MMC-nə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «X4 X1» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 09/AV-19 saylı daxili lizinq müqaviləsinin ləğv olunsun. Lizinq obyekti olan 2007-ci il buraxılışlı, ** BM *** nömrə nişanlı, MİTSUBİSHİ L 200 markalı, qara metallik rəngli minik avtomobil mülkiyyətçi «X4 X1» MMC-nə geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar