Məhkəmə qərarları › İş №2(051)-1180/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1180/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1180/2020 21.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 etibarnamə üzrə nümayəndəsi-vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və X7 etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X15, X16, Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsinin müəyyən olunması, miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, X10 və X2 ünvan 1 ünvanında yerləşən miras əmlakının onların tərəfindən qəbul edilməsinin müəyyən olunması və miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 etibarnamə üzrə nümayəndəsivəkili Vəkil məhkəmə iclasında iddia tələbinin həcmini artıraraq izahatında göstərmişdir ki, tərəflərin valideynləri xx xxxxxx 1962-ci ildə evlənmişlər. X10 və X4 birgə nikahında altı uşaqları olmuşdur. ünvan 1 ünvanında yerləşən ev X5 adına xx xxxxxxx 2014-cü ildə qeydə alınmışdır. Müsənbər Bayramova xx xxxx 2018-ci ildə, Əmiraslan Bayramov isə xx xxxxxxx 2018-ci ildə vəfat etmişdir. Müsənbər Bayramova və Əmiraslan Bayramov vəfat etdikdən sonra sözügedən evdə iddiaçılar yaşayır və miras əmlak onlar tərəfindən faktiki olaraq qəbul olunmuşdur. X10 və X4 ünvan 1 ünvanında yerləşən miras əmlakının iddiaçılar tərəfindən qəbul edilməsinin müəyyən olunması və miras paylarının müəyyən olunması barədə iddia qaldırmışlar. Məhkəmə sorğusuna əsasən məhkəməyə təqdim olunmuş X5 vərəsəlik işi ilə tanış olduqdan sonra məlum olmuşdur ki, 1932-ci il təvəlüdlü X10 xx xxxx 2015-ci ildə X6 ilə ümumibirgə mülkiyyətində olan əmlakını nəvəsi X11 vəsiyyət etmişdir. Qanunvericililə əsasən vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Əmiraslan Bayramovun vəsiyyətnaməni imzalaya bilməməsi səbəbi latın qrafikasını bilmədiyi göstərilmişdir. Halbu ki, latın qrafasını bilməməsi imzahala bilməməsi kimi sayıla bilməz. Səbəb bundan ibarətdir ki, Əmiraslan Bayramov həmin vaxt yüksək yaşlı olması səbəbindən öz hərəkətlərinin mənasını başa düşməmişdir. Əmiraslan Bayramova vəsiyyətnaməni X20 oxumuş, onun yerinə X25 imzalamış, şahid isə X14 və X3 imzalamışdır. Şahidlərin hər birisi miras qoyulan şəxs X7 yeksələn və enən xətt üzrə qohumlarıdır. Belə ki, X1 İbrahimovun anası, Cavabdeh1 xalası, X28 Həsənovanın nəvəsi, Rəşid Məmmədov digər xalasının əri, Məcburə Məmmədova isə Rəşid Məmmədovun anasıdır və bir ünvanda yaşayırlar. Ona görə də X10 və X2 ünvan 1 ünvanında yerləşən miras əmlakının onların tərəfindən qəbul edilməsinin müəyyən olunması, X5 adından tərtib olunmuş və Mingəçevir şəhər 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxx 2015-ci il tarixli vəsiyyətnamənin etibarsız sayılması və hər birinin miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X16 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçılar məhkəməyə müraciət edərək X5 adından tərtib olunmuş və Mingəçevir şəhər 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxx 2015-ci il tarixli vəsiyyətnamənin etibarsız sayılması ilə bağlı onlara qarşı iddia qaldırmışdır. İddia tələbi tam əsassız və qanunsuzdur. İddianın əsası kimi göstərilmişdir ki, guya Əmiraslan Bayramov yaşlı olması səbəbindən öz hərəkətlərinin mənasını başa düşməmiş və orada olan şahidlər onların artan və azalan xət üzrə qohumlarıdır. Lakin bunlar tam əsassızdır. Belə ki, Əmiraslan Bayramov yaşlı olsa da ölənədək öz hərəkətlərinin mənasını başa düşmüşdür. Şahid kimi göstərilən şəxslər isə onların nə artan nə də azalan xətt üzrə vərəsələri deyil. Şəxs anlaqsız və ya öz hərəkətlərini idarə edə bilməzsə onun adından kiminsə qanunsuz hərəkət etməsinə notarius tərəfindən icazə verilməz. Buna görə də, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və X15 digər cavabdehin izahatına uyğun izahat verərək iddinın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Mingəçevir şəhər “Asan xidmət” X13 notariusu X21 göstərmişdir ki, X5 adından tərtib olunmuş və Mingəçevir şəhər 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxx 2015-ci il tarixli vəsiyyətnamənin etibarsız sayılması tələb olunur. Lakin sözügedən tələbin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, X10 vəsiyyətnamə tərtib edilərkən öz hərəkətlərinin mənasını tam formada başa düşmüşdür. Şəxsin yaşlı olması və latın qrafasında yazmağı bacarmaması vəsiyyətnamənin etibarsızlığına səbəb ola bilməz. Bundan əlavə şahidlər nə artan nə də azalan xətt üzrə vəsiyyət qoyulan şəxsin qohumları deyil. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 2018-ci ildə ölmüşdür. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxxx 2018-ci ildə ölmüşdür. İşə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X12 xx xxxxxx 2006-cıildə ölmüşdür. İşə əlavə olunmuş Mingəçevir şəhər Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Müsənbər Bayramova və Əmiraslan Bayramov arasında nikah xx xxxxxx 1962-ci ildə Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Nəsimi küçəsi 8 saylı fərdi yaşayış evi X5 adına mülkiyyət hüququ əsasında xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İşə əlavə olunmuş xx xxxx 2015-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X10 özünə məxsus bütün əmlakı nəvəsi X11 vəsiyyət etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Belə ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə bildirir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarı) Beləliklə, göstərilənlər əsasında məhkəmə hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsızlığı məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı faktiki qəbul edib-etməmələri müəyyən olunmalıdır. Yuxarıda göstərildiyi kimi, mirasın faktiki qəbulu özündə miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulunu ehtiva edir. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Bu baxımdan, məhkəmə tərəfindən mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Həmin Məcəllənin Mülki Məcəllənin 1225.2-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Mülki Məcəllənin 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1183.1-cü maddəsinə əsasən əgər vəsiyyət edən lal-kardırsa və ya lal-kar və savadsızdırsa, vəsiyyət sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir. Həmin Məcəllənin 1184-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Məhkəmə iş materiallarını və tərəflərin izahatını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsasızdır və təmin olunması üçün heç bir hüquqi əsası yoxdur. İddiaçlar tələbini yaşlı olması səbəbindən öz hərəkətlərinin mənasını başa düşməməsi və şahidlərin vəsiyyət olunan şəxsin yaxın qohumları olması ilə əsaslandırsa da hər iki əsas məhkəmə üçün əsassızdır. Belə ki, X5 yaşlı olması onun öz hərəkətlərinin mənasını başa düşməməsi kimi qiynətləndirilə bilməz. Bundan əlavə iş materiallarından və qanunun tələbindən də bilindiyi kimi vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları şahidləri ola bilməzlər. Lakin vəsiyyətnamə tərtib edilərkən rada iştirak edən şahidlər hazırki tələb üzrə vəsiyyət qoyulan vərəsə İbrahim Bayramovun yaxın qohumları və ya onun yüksələn və enən xətt üzrə qohumları sayıla bilməz. Bundan əlavə miras əmlakın iddiaçılar tərəfindən faktiki qəbul edilməsi və payların müəyyən olunması məhkəmə iclasında öz əksini tapmamışdır. Bununla əlaqədar iddiaçılar tərəfindən heç bir mötəbər sübut təqdim olunmamış və hər hansı əsaslı sübut gətirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X15, X16, Cavabdeh2 və Cavabdeh3 qarşı “X10 və X2 ünvan 1 ünvanında yerləşən miras əmlakının onların tərəfindən qəbul edilməsinin müəyyən olunması, X5 adından tərtib olunmuş və Mingəçevir şəhər 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxx 2015-ci il tarixli vəsiyyətnamənin etibarsız sayılması və hər birinin miras payının müəyyən olunması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar