Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1182/2020 19.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və İddiaçı “X14” İctimai Birliyinin sədri vəzifəsini müvəqqəti icra edən X6 və Cavabdeh iştirakı ilə, İddiaçı: Əlil Qadınlar X7 Cavabdeh: Cavabdeh qarşı «qeyri yaşayış sahəsinin boşaldılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Əlil Qadınlar X10 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh “Əlil Qadınlar” X10 tərəfindən icarəyə götürülmüş Əmlak Məslələri Dövlət Komitəsinə məxsus olan, ünvan 1 ünvanda yerləşən 121 kv.m sahəsi olan ofisdə cəmiyyətin fəaliyyətinə və ofis otaqlarından istifadə edilməsinə törədilən maneçiliklərə son qoyulması və Cavabdeh X14 X4 şəhər Şöbəsinin dəyirmi möhürü, künc ştampı, təşkilata aid olan bütün sənədlərin alınaraq cəmiyyətə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Əlil Qadınlar X10 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış müqavilə əsasında “X12” İctimai Birliyinin qanuni sahibliyidə və istifadəsində olan, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 121 kv.m ölçüdə sahəsi olan ofis otaqlarından Cavabdeh ofisə topladığı naməlum şəxslərlə birlikdə çıxarılaraq otaqların boşaldılması və “X14” İctimai Birliyinin dəyirmi möhürü, künc ştampı, təşkilata aid olan bütün sənədlərin cavabdehdən alınaraq cəmiyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X15 X7 sədri vəzifəsini müvəqqəti icra edən X6 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikasi “Əlil Qadinlar” X10 üzrə Mingəçevir şəhər şöbəsinin fəaliyyətinin təmin edilməsi, cəmiyyətin fəaliyyət proqramı və lahiyələrinə uyğun olaraq əlil insanlara lazımi qayğı göstərilməsi məqsədi ilə“Əlil Qadinlar” X10 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olan, ünvan 1 saylıünvanda yerləşən binanın 1-ci mərtəbəsində 121 kv.m ölçüdə sahəsi olan otaqları ofis fəaliyyəti təyinatı ilə icarəyə götürülmüşdür. Cəmiyyətin idarə heyyəti tərəfindən Cavabdeh ƏQC İB-nin Mingəçevir şəhər şöbəsinin sədri vəzifəsinə təyin edilmişdir. Cavabdeh uzun müddət bu vəzifəni tutmuş və cəmiyyətin icarəyə götürmüş olduğu ofis otaqlarışöbənin istifadəsində olmuşdur. ƏQC İB-nin Azərbaycan Respublikasının Prezidenti Fondundan maliyyələşdirilmiş Əlilliyi olan uşaqlar üçün “İcma əsaslı Reabilitasya Mərkəzi”nin (50 ƏOU) və“ X16”nin (30 az təminatlı, sosial təhlükəli vəziyyətdə olan uşaqlar) həmin binada yerləşdirilməsi, dövlət proqramlarının uğurla həyata keçirilməsi məqsədi ilə aparılan araşdırma zamanı Cavabdeh tərəfindən qanunsuzluqlara yol verildiyi, Azərbaycan Respublikasi “Əlil Qadınlar” X10 üzrə Mingəçevir çəhər şöbəsinin fəaliyyətinin bərbad hala salındığı, cavabdehin yalnız öz şəxsi mənafeyi üçün çalışdığı müəyyən edilmişdir. Belə ki, cavabdeh ofis binasını onun təyinatına zidd olaraq, qanunsuz kommersiya, sahibkarlıq fəaliyyəti üçün buna heç bir səlahiyyəti olmadığı halda icarəyə (sub icarə) vermiş, ƏQC İB-nin Mingəçevir şəhər şöbəsinin ofis otaqları Cavabdeh tərəfindən bərbad hala salınaraq zibilxanaya çevrilmiş, təşkilatın fəaliyyəti tamamilə iflic edilmişdir. Uzun illər vergidən yayınma halları ilə həmin ofis tikiş sexi, şirniyyat sexi sexi, kimi işlədərək, himayədarlıq etmiş, müxtəlif insanlara icarəyə verilmişdir. Hal- hazırda Azərbaycan Respublikasi “Əlil Qadınlar” X10 tərəfindən əlil qadınlarla və digər əlilliyi olan uşaqlarla bağlı heç bir proqram həyata keçirə bilmir. Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin ehtiyyat fondundan dəstək aldığıqları50 nəfər əlil, 30 nəfər az təminatlı, şəhid, sosial durumu ağır, nənə, baba himayəsində olan uşaqlar bağlı proqramlarımızı həyata keçirə bilmirik. Qeyd edilən səbəblərə görə cmiyyətin idarə heyəti tərəfindən xx.xx.2019-cu il tarixdən Cavabdeh fəaliyyətində yol verdiyi qanunsuzluqlarla əlaqədar ƏQC İB-nin Mingəçevir şəhər şöbəsinin sədri vəzifəsindən azad edilmişdir. xx.xx.2019-cu il tarixdən azad edilmiş keçmiş sədri Cavabdeh tərəfindən təşkilatın dəyirmi möhürü, künc ştampı, təşkilata aid olan bütün sənədlər, “Əlil Qadinlar” X10 tərəfindən icarəyə götürülmüş Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olan, ünvan 1 ünvanda yerəşən ofis otaqları ƏQC İB-nin sədri vəzifəsinə müvəqqəti təyin edilmiş X3 təhvil verilməsi tələb edilmişdir. Cavabdeh bütün cabadehliyi olduğu sənədləri və ƏQCİB-ə məxsusu dəyirmi möhür və künc ştampını xx.xx.2019-cu il tarixdə təhvil verəcəyini söz veməsinə baxmayaraq həmin gündən gizlənməyə başlamış, telefon zənglərinə cavab verməmiş, Cavabdeh təşkilatın dəyirmi möhürü, künc ştampı, təşkilata aid olan bütün sənədləri təhvil verməkdən yayınmış, qeyd edilən ünvanda yerləşən ofis otaqlarını cəmiyyətə qaytarmamaq üçün qeyri-qanuni icarəyə verdiyi otaqlardan əlavə olaraq 2 gün ərzində 5 nəfər qadın toplayıb ofisdə perajki bişirtdirib satmaqla məşğul olurlar. Bu qadınlar cəmiyyətin nümayəndələrinə qarşışantaj edərək işləməyə, cəmiyyətin fəaliyyət göstərməsinə əngəllər yaradırlar. Ona görə dəƏmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış müqavilə əsasında “X12” İctimai Birliyinin qanuni sahibliyidə və istifadəsində olan, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 121 kv.m ölçüdə sahəsi olan ofis otaqlarından Cavabdeh ofisə topladığı naməlum şəxslərlə birlikdəçıxarılaraq otaqların boşaldılması və “X14” İctimai Birliyinin dəyirmi möhürü, künc ştampı, təşkilata aid olan bütün sənədlərin cavabdehdən alınaraq cəmiyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, 22 il əvvəl «X14»İB-nin Mingəçevir şəhər Şöbəsinin sədri təyin olunmuş, həmin şöbə ünvan 3 saylıünvanda yerləşən 121 kv.m sahəsi olan qeyri-yaşayış sahəsində fəaliyyəti göstərir. Əmlak Məsələləri Dövlət Komitəsi xx.xx.2009cu il tarixli icarə müqaviləsini onunla bağlamış, həmin müqaviləyə özü imza etmiş və müqaviləşöbənin möhürü ilə möhürlənmişdir. Müqaviləyə əsasən hər ay icarə haqqı ödəyir və ofisdə əlil qadın və uşaqların ehtiyaclarını qarşılamaq üçün müəyyən fəaliyyətlə məşğul olurlar. O, ofisdə əsaslı təmir işləri aparmış, X17 Hakimiyyətinə müraciət edərək qeyri yaşayış sahəsindən küçəyə əlavə giriş qapıları açdırmışdır. İddiaçının onu sədr vəzifəsində azad etməsindən məlumatı olmamış, ona işdən azad olunması ilə bağlıəmr təqdim olunmamışdır. Məhkəmədən iddianın əsassız olduğu üçün iddianın rədd edilməsini xahiş etdi. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2009-cu il tarixli 9183 nömrəli Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinin kserosurətindən görünür ki, sözügedən müqavilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini ilə Azərbaycan Respublikası X14 İB-nin sədri (prezidenti) arasında bağlansa da həmin müqavilə X14 İB-nin Mingəçevir şəhər Şöbəsinin möhürü ilə möhürlənmiş və cavabdeh tərəfindən imzalanmışdır. Müqavilə 6 (altı) ay müddətinə bağlansa da, sözügedən qeyriyaşayış sahəsi hazırki vaxta qədər şöbənin istifadəsindədir. İş məhkəmənin icraatına daxil olduqdan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini ilə Azərbaycan Respublikası “X8” İB-nin sədri (prezidenti) arasında xx.xx.2019-cu il tarixdə 11501/9183 nömrəli Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmış və həmin müqavilə Azərbaycan Respublikası X14 İB-nin prezidenti tərəfindən möhürlənib, imzalanmışdır. İşdə olan Azərbaycan RespublikasıƏlil X5 şəhər Şöbəsinin xx.xx.1999-cu il tarixli təsis yığıncağının protokolundan görünür ki, şöbə həmin tarixdə təsis edilmiş, Cavabdeh şöbəyə sədr təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, ********** VÖEN-lə vergi ödəyicisinin adı ünvan 4 ünvanında yerləşən X8 Mingəçevir Şəhər Şöbəsidir. İşdə olan X17 Hakimiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2016-cı il tarixli 274 nömrəli məktubundan görünür ki, Cavabdeh ünvan 3 saylı binanın İ mərtəbəsində fəaliyyət göstərən qeyriyaşayış sahəsindən küçəyə əlavə giriş qapılarının açılması barədə müraciət etmiş, Mingəçevir İH-i tərəfindən buna etiraz edilməmişdir. İşdə olan “Əlil Qadınlar” X10 üzrə xx xxxxxxxx 2019-cu il tarixli 09 № li əmrdən görünür ki, X6 xx xxxxxxxx 2019-cu il tarixdəƏQC İB-nin Mingəçevir şəhər şöbəsinə müvəqqəti sədri vəzifəsinə təyin edilmiş, Cavabdeh tərəfindən təşkilatın dəyirmi möhür, künc ştampı, təşkilata aid olan bütün sənədlərin, 20 Yanvar küçəsi 21 ünvanda yerləşən ümumi sahəsi 121 kv.m olan ofis binasının təhfil götürülməsi ƏQC İB-nin Mingəçevir şəhər şöbəsinin müvəqqəti sədri vəzifəsinə təyin edilən X1 təhfil verilməsi əmr edilmişdir. “Əlil Qadınlar” X10 üzrə xx xxxxxx 2019-cu il tarixli 02 № li əmrdən görünür ki, X2 xx xxxxxx 2019-cu il tarixdə ƏQC İB-nin hüquqşünası vəzifəsinə təyin edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnaməçıxarıldıqda hakim başqa məsələlərlə yanaşı tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən edir. Məhkəmə işüzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqasının qanunsuz sahibliyindən əmlakın alınması ilə bağlı yaranan mülki münasibətlərdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1 və 158.1.2-ci maddələrinin tələblərinə görəəmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2 və 158.4-cü maddələrinə görəəmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, qeyri yaşayış sahəsinin istifadəçisi və ya icarəçisi özgənin qanunsuz sahibliyindən qeyri yaşayış sahəsini geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan qeyri yaşayış sahəsinə dair özünün icarə və ya istifadə hüququnun olduğunu, bundan sonra qeyri yaşayış sahəsinin faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin qeyri yaşayış sahəsinin sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Məhkəmədə sadalanan hüquq normalarının sistemli təhlili bu nəticəyə gəlməyə əsas verir ki, mübahisəli qeyri yaşayış sahəsi iddiaçının istifadəsinə verilmişdir. Hazırda həmin qeyri yaşayış sahəsi cavabdeh tərəfindən tutulmuşdur. Cavabdehin mübahisəli qeyri yaşayış sahəsinə sahibliyinin hüquqi əsası yoxdur. Ona görə də iddia tələbi təmin edilməli, cavabdeh qaununsuz zəbt etdiyi Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış müqavilə əsasında “X12” İctimai Birliyinin qanuni sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 121 kv.m ölçüdə sahəsi olan ofis otaqlarından çıxarılmalı və ofisə topladığı naməlum şəxslərlə birlikdə çıxarılaraq otaqların boşaldılması və “X14” İctimai Birliyinin dəyirmi möhürü, künc ştampı, təşkilata aid olan bütün sənədləri cavabdehdən alınaraq cəmiyyətə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış müqavilə əsasında “X12” İctimai Birliyinin qanuni sahibliyində və istifadəsində olan, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 121 kv.m ölçüdə sahəsi olan ofis otaqlarından Cavabdeh ofisə topladığı naməlum şəxslərlə birlikdə çıxarılsın, otaqlar boşaldılsın və “X14” İctimai Birliyinin dəyirmi möhürü, künc ştampı, təşkilata aid olan bütün sənədlər cavabdehdən alınaraq cəmiyyətə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-1182/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1182/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver