Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1752/2020 20.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid oğlunun katibliyi və Ərizəçi və etibarnamə üzrə nümayəndəsi vəkili Vəkil iştirakı ilə, ərizəçi: Ərizəçi oğlunun «Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 179 saylı qərarına əsasən Azərbaycan SSR Tikinti materialları sənayesi Nazirliyi Mingəçevir Çınqıl-Beton zavodunun “Kür” kollektivi bağçılıq təsərrüfatı tərəfindən verilmiş torpaq sahəsinin yalnız onun tərəfindən qəbul etmə faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Mingəçevir Regional «Asan xidmət» X2 məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi oğlu məhkəmə iclasında iddiaçının tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980ci il tarixli 179 saylı qərarına əsasən Azərbaycan SSR Tikinti materialları sənayesi Nazirliyi Mingəçevir Çınqıl-Beton zavodunun “Kür” kollektivi bağçılıq təsərrüfatı tərəfindən mərhum anası X5 bağ torpaq sahəsi verilmişdir. Anası Ş.Səfərova xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Anası vəfat etməzdən əvvəll və sonra həmin torpaq sahəsindən birlikdə istifadə etmişdir. Ona görə də Mingəçevir şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 179 saylı qərarına əsasən Azərbaycan SSR Tikinti materialları sənayesi Nazirliyi Mingəçevir Çınqıl-Beton zavodunun “Kür” kollektivi bağçılıq təsərrüfatı tərəfindən verilmiş torpaq sahəsinin yalnız onun tərəfindən miras əmlak kimi qəbul etmə faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkilda ərizəçinin izahatına oxşar məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Ərizəçi onun doğma oğludur. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 179 saylı qərarına əsasən Azərbaycan SSR Tikinti materialları sənayesi Nazirliyi Mingəçevir Çınqıl-eton zavodunun “Kür” kollektivi bağçılıq təsərrüfatı tərəfindən verilmiş torpaq sahəsi mərhum həyat yoldaşı X3 mülkiyyətində olmuşdur. Həyat yoldaşı Şəfiqə Səfərova xx xxxxxx 2019cu ildə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra oğlu Feruz həmin torpaq sahəsindən istifadə etmişdir, hazırda həmin torpaq sahəsinin oğlu Feruzun mülkiyyətinə keçməsinə etiraz etmir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 2019-cu ildə ölmüşdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət X4 tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli 403/22 № li arayışdan görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən xx xxx 1980-ci il tarixli 179 saylı qərarı ilə Çınqıl-Beton zavodunun yoldaşlıq bağçılıq üçün Nizamnaməsi qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional «ASAN xidmət» Mərkəzində Notariat kontorunun notariusu tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 1678 saylı məktubundan görünür ki, ərizəçinin vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçiyə miras açıldıqdan altı ay sonra mirasın qəbuluna yol verilmədiyi bildirilərək məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Mülki işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X20 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, X3 adına Mingəçevir şəhər “Kür” Çınqıl beton zavoduna yoldaşlıq bağçılıq üçün verilmiş torpaq sahəsinə dair heç bir sənəd aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 05/Q- 343/15 nömrəli məktubdan görünür ki, Ərizəçi barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair xx.xx.2020-ci ilədək yoxlama aparılmış və atası X11, anası mərhum X6, qardaşı X12, qardaşı X7, arvadı X13, qızı X8 və oğlu X14 olması aşkar edilmişdir. İşə əlavə edilmiş X7 tərəfindən verilmiş ərizədən görünür ki, X7 faktiki Feruz orda yaşadığına görə torpağın Ərizəçi adına keçməsinə heç bir etirazı olmadığını göstərmişdir. İşə əlavə edilmiş X12 tərəfindən verilmiş ərizədən görünür ki, X7 faktiki Feruz orda yaşadığına görə torpağın Ərizəçi adına keçməsinə heç bir etirazı olmadığını göstərmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, tələb əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışını müəyyən edən 1274-cü maddəsində göstərilmişdir ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Göstərilən qanunvericilik normalarının sistemli təhlilindən göründüyü kimi, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan ərizə araşdırılarkən müəyyən olunmuşdur ki, X9 miras qalmış evdə yaşayır və bununla da mirası faktiki qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi mirasın qəbul edilməsini faktını başqa yolla müəyyən edə bilmir. Ona görə də ərizəçinin tələbinə baxılması üçün Azərbaycan Respublikası MPM-nin 308 və 310-cu maddələrində nəzərdə tutulmuş şərtlər mövcuddur və həmin maddənin 307.2.9-cu maddəsinə əsasən tələb olunan fakt məhkəmə qaydasında müəyyən oluna bilər. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təsdiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar, ərizəçinin mərhum anası X1 miras qalmış Mngəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 179 saylı qərarına əsasən Azərbaycan SSR Tikinti materialları sənayesi Nazirliyi Mingəçevir Çınqıl-Beton zavodunun “Kür” kollektivi bağçılıq təsərrüfatı tərəfindən verilmiş torpaq sahəsinin yalnız onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi üçün yetərlidir və tələb təmin olunmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: Ərizəçinin xahişi təmin edilsin. Mingəçevir şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 179 saylı qərarına əsasən Azərbaycan SSR Tikinti materialları sənayesi Nazirliyi Mingəçevir Çınqıl-Beton zavodunun “Kür” kollektivi bağçılıq təsərrüfatı tərəfindən verilmiş torpaq sahəsinin yalnız Ərizəçi oğlu tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(051)-1752/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1752/2020
20.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver