Məhkəmə qərarları › İş №2(051)-347/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-347/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-347/2021 05.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, onun vəkili X2 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı şəxs “Asan Xidmət” mərkəzində Notariat Kontoruna qarşı «Miras əmlakın bütövlükdə qəbul edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mərhum anası X3 miras qalmış ünvan 1 mənzil 14 ünvanda yerləşən mənzilin yalnız onun tərəfindən miras əmlak kimi qəbul edilməsi və həmin miras əmlaka vərəsəlik haqqında şəhadətnamənin yalnız onun adına verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, o, xx xxxx 1975-ci ildə Bərdə rayonu, Təzəkənd kəndində anadan olmuşdur. Artıq 15 ildir ki, ailə üzvlərimiə birgə Mingəçevir şəhərində yaşayır. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. O, anası və onun ailə üzvləri uzun müddət anasına məxsus olan ünvan 2 ünvanında yerləşən mənzildə birgə yaşamışlar. xx.xx.2020-ci ildə anası X9 ürək xəstəliyindən vəfat etmişdir. Anası vəfat etdikdən sonra o, anasına məxsus olmuş ünvan 2 ünvanında yerləşən mənzil öz adına rəsmiləşdirmək istədikdə ona Notariusa müraciət etmək lazım olduğunu bildirmişlər. Anası rəhmətə getdiyi ilk 3 ayda o, notariusa müraciət etdim və bütün zəruri sənədləri toplayıb onlara təqdim etmişlər. Lakin Notarius ona dedi ki, bütün vərəsələrin razılığı lazımdır. X7 müraciət etdikdə ona Mingəçevir Regional “ASAN xidmət” Mərkəzinin xüsusi notariusu Elxan Hüseynov xx xxxxxx 2020-cu il tarixli 1497 saylı məktubla “Miras şərikləri arasında mirasın bölünməsinə dair ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır” cavabı ilə imtina məktubu verdi və məhkəməyə müraciət etməyi tövsiyə etdi. Mərhum anası X4 birinci növbə vərəsələri o və qardaşı və bacılarıdır. Yəni, atası 1992-ci ildə rəhmətə gedib. Digər vərəsələr, yəni bacıları Nazlı Ramilə və qardaşı Müsahib onun xeyrinə öz payından imtina edəcək, onlar yazılı şəkildə ərizə verməyə hazırdı və bu barədə onların arasında heç bir mübahisə və ya narazılığıq yoxdur. Yalnız kiçik bacısı Cavabdeh2 öz ailəsi ilə birgə artıq on ildən çoxdur ki, Türkiyə Respublikasında yaşayır və bura gələ bilmir. Onunla bu məsələ barədə danışmış və onunla aralarında miras əmlak barədə heç bir mübahisə yoxdur. Onun qeydiyyat ünvanı ünvan 3 da, o, uzun müddətdir ki, ailə üzvlərilə birgə Mingəçevir şəhəri, H.Əİiyev PR., ev. 90, mənzil 14 ünvanında yerləşən mənzildə yaşayır, indi də bu mənzildə öz ailə üzvlərilə birgə yaşayır. O, notariusa müraciət edəndə bütün bu məsələləri izah etdi, hətta yaşadığı yerin mənzil istismar idarəsindən də müvafiq arayış aldı, lakin notarius razılaşmadı. Onun mərhum anasından qalmış miras əmlakı başqa yolla qəbul etmək imkanı yoxdur. Buna görə də mərhum anası X3 miras qalmış ünvan 1 mənzil 14 ünvanda yerləşən mənzilin yalnız onun tərəfindən miras əmlak kimi qəbul edilməsi və həmin miras əmlaka vərəsəlik haqqında şəhadətnamənin yalnız onun adına verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili X6 da İddiaçı izahatına oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş edir. İddia ərizəsinə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin X8 yerləşən 90 saylı evin 14 saylı mənzili X4 adına xx xxxxxx 2016cı il tarixdə qeydə alınmışdır. İddia ərizəsinə əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli 1497 saylı məktubdan görünür ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mirasın bölüşdürülməsi haqqında mübahisə həll edilənədək vərəsəlik şəhadətnaməsi verilməsi mümkün olmadığından mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh4 notariat kontoruna ünvanladığı ərizəsindən görünür ki, anası X3 miras qalmış əmlak ünvan 4 mənzil 14 ünvanında yerləşən mənzilin qardaşı İddiaçı tərəfindən qəbul edilməsinə heç bir etirazı yoxdur. Həmin mənzildən heç bir pay istəmir, bu iş üzr heç bir mübahisə yoxdur. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh3 notariat kontoruna ünvanladığı ərizəsindən görünür ki, anası X3 miras qalmış əmlak ünvan 4 mənzil 14 ünvanında yerləşən mənzilin qardaşı İddiaçı tərəfindən qəbul edilməsinə heç bir etirazı yoxdur. Həmin mənzildən heç bir pay istəmir, bu iş üzr heç bir mübahisə yoxdur. İddia ərizəsinə əlavə olunmuş Cavabdeh1 notariat kontoruna ünvanladığı ərizəsindən görünür ki, anası X3 miras qalmış əmlak ünvan 4 mənzil 14 ünvanında yerləşən mənzilin qardaşı İddiaçı tərəfindən qəbul edilməsinə heç bir etirazı yoxdur. Həmin mənzildən heç bir pay istəmir, bu iş üzr heç bir mübahisə yoxdur. Məhkəməyə təqdim olunmuş ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X9 xx xxx 2020-ci ildə, ildə ölmüşlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mülki mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-cu bölməsinin müddəaları tətbiq edilməklə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinin tələbinə görə vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə ölənin uşaqları qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr sayılırlar. Mülki Məcəllənin 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəllənin 1166-cı maddəsinin tələbinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin mirasın bölüşdürülməsinin anlayışını müəyyən edən 1274-cü maddəsində göstərilmişdir ki, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mülki Məcəllənin 1246-cı maddəsinin tələbinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Mülki Məcəllənin 1243.2-ci maddəsində «mirası qəbul etmə»nin nədən ibarət olduğu izah edilərək göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1291-ci maddəsində göstərilmişdir ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı mərhum anası X3 miras qalmış ünvan 1 mənzil 14 ünvanda yerləşən mənzilin yalnız onun tərəfindən miras əmlak kimi qəbul edilməsi və həmin miras əmlaka vərəsəlik haqqında şəhadətnamənin yalnız onun adına verilməsi müəyyən edilməklə iddia tələbi təmin olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub qət e t d i: İddia tələbi təmin edilsin. İddiaçı mərhum anası X3 miras qalmış Mingəçevir şəhəri H.Əliyev prospekti 90 saylı evin, 14 saylı mənzilinin yalnız onun tərəfindən miras əmlak kimi qəbul edilsin və həmin miras əmlaka vərəsəlik haqqında şəhadətnamənin yalnız onun adına verilməsi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar