Məhkəmə qərarları › İş №2(051)-728/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-728/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-728/2021 30.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X9, İcbari Tibbi Sığorta üzrə X6 şəhər X8 hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X1, işə cavabdeh qismində cəlb edilmiş X12 Mərkəzi MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 və İcbari Tibbi Sığorta X16 etibarnamə üzrə nümayəndəsi X10 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə X6 şəhər X8 hüquqi şəxsə və İcbari Tibbi Sığorta X17 qarşı “səhhətə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, İcbari Tibbi Sığorta üzrə X6 şəhər X8 hüquqi şəxsin və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin üzərinə onun tərəfindən ödənilmiş 34068 manat pulun ödənilməsi öhdəlyinin qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İlyas oğlu iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək İcbari Tibbi Sığorta üzrə X6 şəhər X8 hüquqi şəxsin və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin üzərinə onun tərəfindən ödənilmiş 3408 manat pulun ödənilməsi öhdəlyinin qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Eyvazov X5 şəhəri 20 Yanvar küçəsi 39 saylı evin 9 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. 12 noyabr 2019-cu ildə Gəncə şəhərində qızıgildə qonaq olarkən orada qəfildən sinəsində möhkəm ağrılar başlamış və təcili tibbi yardımla onu Gəncə şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Həkimlər ona miokard infarkt diaqnozu qoyaraq angioplastika LAD-yə 3.0X30mm Resulute integrity stenti impalantə olunmuşdur. Əməliyyat təxirəsalınmaz tələb olunduğundan icbari sığorta tətbiq olunduğu Mingəçevir şəhər xəstəxanasına müraciət edə bilməmişdir. Həyatı təhlükədə olduğundan əməliyyat üçün 3628 manat ödəniş həyata keçirmişlər. Daha sonra həmin məbləğdən 220 manat vəsait artıq ödənildiyindən geri qaytardı. Onda təcili və təxirəsalınmaz tibbi yardım xidməti vasitəsilə İcbari Tibbi yardım xidməti vasitəsilə İcbari Tibbi Xidmət göstərən tibb müəssisəsi olan Gəncə şəhər Mərkəzi Xəstəxanasında əməliyyat olunmuşdur. Hesab edir ki, cavabdehlərin onun tibb müəssisəsinin göndərişi olmadan tibbi xidmətdən yaralandığından öz vəsaiti hesabına əməliyyat olunmalı olduğu barədə dəlilləri əsassızdır. Çünki, 01 yanvar 2021-ci ildən qüvvəyə minən qanunun 15-28.3-cü maddəsinə əsasən ilkin səhiyyə xidmətinə müraciət etmədən birbaşa ambulator-poliklinik laboratar funkisonal diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığorta olunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Cavabdehlər həmin halları nəzərə almadan onun dövlət tərəfindən ödənilən tibbi xidmətlərdən istifadə üçün xərclərin qaytarılmasını təmin etmirlər. Buna görə də İcbari Tibbi Sığorta üzrə X6 şəhər X8 hüquqi şəxsin və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin üzərinə onun tərəfindən ödənilmiş 3408 manat pulun ödənilməsi öhdəlyinin qoyulması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili X9 da iddiaçının izahatına uyğun zahat verərək iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh İcbari Tibbi Sığorta üzrə X6 şəhər X8 hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərdi ki, İddiaçı Gəncə şəhərində yerləşən özəl fəaliyyət göstərən klinikalardan birinə müraciət etmiş və ürək əməliyyatı keçirmişdir. İcra olunmuş tibbi xidmətlər üçün iddiaçının sözlərinə görə ümumilikdə 3428 (üç min dörd yüz iyirmi səkkiz) manat pul ödəmişdir. Vətəndaş İddiaçı İlyas oğlu hesab edir ki, o sığortalı vətəndaş olduğu üçün əməliyyat üçün sərf etdiyi 3428 manat vəsaiti İcbari Tibbi Sığorta Agetliyinin tabeliyində olan Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ- dən ona geri ödənilməlidir. iddiaçı bu məsələ ilə bağlı dəfələrlə yuxari dövlət orqanlarına;-İnsan Hüqüqları üzrə Müvəkkil (Ombudsman) aparatına, Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya həmçinin İcbari Tibbi Sığorta X17 müraciət etmişdir. Vətəndaşın müraciətinə cavablandırilarkən ona dəfələrlə bu iddiasının müəssisənin fəaliyyət qaydalarina əsasən əsassız olduğu izah edilmişdir. Beləki, vətəndaş İddiaçı İlyas oğlu əməliyyat olunduğu 12.11.2019- cu il tarixdə respublikanın yalniz 3 rayonunda İcbari Tibbi Sığorta pilot lahiyə olaraq həyata keçirilirdi. (Mingəçevir, Yevlax, Ağdaş) 2020-ci ilin aprel ayından bütün Respublikada İcbari Tibbi Sığortanın tətbiqinə start verildi. 28 dekabr 2016-cı il tarixdə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş pilot lahiyə haqqında qanunun 2.1.2. bəndinə əsasən sığorta olunan - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşayış yeri üzrə Mingəçevir şəhəri və ya Yevlax rayonunda qeydiyyata alınmış Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada yaşayış yeri üzrə Mingəçevir şəhəri və ya Yevlax rayonunda qeydiyyata alınmış müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər hesab olunurlar. Pilot lahiyə həyata keçirilən xəstəxanaların fəaliyyətini tənzimləmək məqsədilə nizamnəmə təsdiq olunmuş, nizamnaməyə əsaslanaraq əmrlər verilmişdir. İcbari Tibbi Sığorta X20 Agentliyi idarə heyyətinin sədri tərəfindən “Tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi Qaydalarının” təsdiq edilməsi barədə 23.04.2018-ci il tarixdə 01/67 saylı əmr imzalanmışdır. Həmin əmrin 5.1 bəndində - Pasiyentə tibbi xidmətin göstərilməsi zamanı Xəstəxananın ixtisaslı həkimi tərəfindən pasiyentin vəziyyəti qiymətləndirilir və zəruri olan tibbi xidmətin Xəstəxanada göstərilməsinin mümkünsüzlüyü müəyyənləşdirildiyi təqdirdə, vəziyyətinin ağırlıq dərəcəsindən asılı olaraq təcili və təxirəsalınmaz və ya planlı qaydada ixtisaslı həkim müayinəsi və xüsusi müayinə metodları üçün tibb müəssisələrinə göndəriş verilir. Ona görə də onlara qarşı iddia əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iclasında işə cavabdeh qismində cəlb edilmiş X12 Mərkəzi MMC-nin etibarnamə üzrə nümayəndəsi X14 izahatında göstərdi ki, şəxs onlara müaricət edib, ödənişini edib və kardeoloqdan müalicəsini alıb. Agentliklə aralarında müqavilə bağlanmışdır. Müqavilələri təqdim olunub. Şəxsin müalicəsi barədə Mingəçevir şəhər Mərkəzi xəstəxanasına müraciət etməmişlər. İşə əlavə olunmuş Tibbi xidmətərin göstərilməsi haqqında 30 aprel 2020-ci il tarixli N-007/TXM müqavilədən görünr ki, İcbari Tibbi Sığorta Agentliyi və X13 Mərkəzi MMC arasında müqavilədə göstərilən xidmətlər əsasında qarşılıqlı müqavilə bağlanmışdır. İşə əlavə olunmuş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs və “X13 Mərkəzi” MMC arasında bağlanmış 30.04.2020-ci il tarixli 007/TXM nömrəli müqaviləyə dəyişikliklər edilməsi barədə 30 aprel 2020-ci il tarixli razılaşma imzalanmışdır. İşə əlavə edilmiş X13 Mərkəzi tərəfindən verilmiş 299 № li 31 may 2021-ci il tarixli məkutbdan görünür ki, İddiaçı İlyas oğlu 12 noyabr 2019-cu il tarixdən 15 noyabr 2019-cu il tarixədək X13 Mərkəzində müalicə olunmuş müalicə üçün 3426 manat ödəniş etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə iş materiallarını araşdıraraq tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı səhəttində yaranan problemlərlə əlaqədar olaraq təcili Gəncə şəhərində yerləşən Gəncə şəhər Mərkəzi xəstəxanasına aparılmışdır. Əməliyyat təxirəsalınmaz tədbirlər tələb etdiyindən İcbari Sığortanın tətbiq olunduğu Mingəçevi şəhər Xəstəxanasına müraciət edə bilməmişdir. Əməliyyat üçün Gəncə şəhər Mərkəzi Xəstəxanasına 3628 manat ödəniş etmiş, həmin məbləğdən 220 manat vəsait artıq ödənildiyindən ona geri qaytarılmışdır. “Tibbi Sığorta haqqında Azərbaycan Respublikası Qanununun 15-13.1-ci maddəsinə əsasən icbari tibbi sığorta şəhadətnaməsi sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın elektron informasiya sistemində yaradılan elektoron sənəddir. Qanunun 15-28.1-ci maddəsinə əsasən xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə mraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla sığortaolunanların ambulatorpolikilinik, laborator, funksionaldiqonostik tibbi xidmətlərdən istifadəsinə ilkin səhiyyə xidmətlərini göstərən dövlət tibb müəssisəsninin göndərişinə əsasən yol verilir. 15-28.2-ci maddəyə əsasən sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator polikilinika müəssisəsnin göndərişinə əsasən yol verilir. Bu halları nəzərər alaraq cavabdehin onun tibb müəssisəsinin göndərişi olmadan tibbi xidmətlərdən öz vəsaiti hesabına yaralanması həmçinin, əməliyyat olunması barədə cavabdehlərin irəli sürdüyü fikrlərdə əsassızdır. 01 yanvar 2021-ci il ildən qüvvəyə minən qanunun 15-28.3-cü maddəsinə əsasən ilkin səhiyyə xidmətinə müraciət etmədən birbaşa ambulator-polikilinik, ambrator, funksional diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödənməlidir. Sığortaolunanın icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödənməlidir. Qeyd olunanları nəzərər alaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin işə sonradan cavabdeh qismində cəlb edilmiş Gəncə Dioqnostika mərkəzinə qeyd edilən məbləğin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən tələb etmək hüququda izah ediləmlidir. Sadalanan hüquq normaları iddiaçıya səhhətə çəkilmiş xərclərin ödənilməsinin hüquqi əsasını təşkil edir zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı əməliyyat üçün ödədiyi 3408 manatın X2 (mərkəzi klinika) alınaraq İddiaçı geri qaytarılsın. X7 (mərkəzi klinika) həmin məbləğin İcbari Tibbi Sığorta X17 tələb etmək hüququ izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar